Links News Contact Us About us Advertising Cookie and Privacy Terms FAQ Add feedback Invite a friend Bookmark AzərbaycancaEnglishРусский
Home Members Blogs Photos Videos Music Groups Classifieds Events Polls Forums Articles chat
All Events
Tags: terorizm islam sevgi dialoq 
Date:
15 January, 2010 (54 Days Ago)
Posted by:
Place:
Azerbaijan, Baki
Description:

Salam eziz muselman baci qardaslarim! Allahin salami, rehmeti, megfireti, bereketi uzerinize olsun.

Bezi yazilara rast gelirem bu forumda, ozu de ele insanlar yazir ki, baxirsan 38- 40 yasi var, saci saqqali agarib amma dusunce ve insanliq etibari ile ozu hele de qaranliqlarda ve zulumetdedir. uzulurem, goresen bu insanlar idrak etmir mi hec bir sey basi bos deyil? Goresen bu insanlar oturub dusunmurler mi? niye bu insanlar basqasinin oyuncagi ve piyonu olur? Niye pula gore butun menliyini ve namusunu satir?

Islam Terorizmi kimi qisa bir yazi gordum.inanin ureyim bulandi. bu yasa gelmis ama agildan ve mentiqden, oxuyub arasdirmaqdan ve incelemekden aciz, kenardakilerin her sozunu ozune rehber secen zavalli ruhlara aciyiram. Islamdan xeberi yoxdur amma ilk saldirganligi da ele mehz terorizm olur. bunlar basqalarinin empoze etdiyi qaranliq ve kirli dusuncelerin esiri olublar. cahilce sozler serf edirler. beleleri inanin ki hadiselerin on planini qoyun kenara, hec perde arxasini da qavara bilmeyecek qeder bilgisiz ve mutaileden uzaqdirlar. Once Islami arasdir, haqqinda melumat topla, Sonra terorizmi arasdir, hardan cixdigini ve ne sebeden cixdigini incele, ve nehayetinde de arasinda bir mutenasiblik axtar, var mi yox mu? tutuqusu kimi tekrara oyresen bu insanlarin ne ozlerine, ne millete, ne de geleceye bir faydasi yoxdur. Tarix, bunlari yad ederken esefle qinayacaqdir, yasadilar amma ot gelib saman getdiler deyecek tarix.

Sevgiler

Tags:  
Date:
26 December, 2009 (74 Days Ago)
Posted by:
Place:
Azerbaijan, Baku
Description:

 

 

 

Almaniyanın Daxili İşlər naziri Volfqanq Shoubl dini tolerantlığın əhəmiyyətini islam ilə tanış olduqdan sonra başa düşdüklərini bildirib.

 Almaniyada təşkil edilən iftar süfrəsində iştirak edən Volfqanq Shoubl etdiyi çıxışda xristianların müsəlmanlarla  dialoqu sayəsində dinin demokratiya üçün nə qədər mühüm amil olduğunu başa düşdüklərini deyib. Demokratik bir dövlətin ölkədə dini azadlığa əhəmiyyət verməsinin vacibliyinə toxunan Volfqanq Shoubl belə deyib: "Dinin tolerantlığı gücləndirdiyini islam ilə tanış olduqdan sonra daha da dərindən başa düşdük".

Hələ də bir çox çatışmazlığın mövcud olduğu deyən Volfqanq sentyabr ayının 27-də keçiriləcək bələdiyyə seçkilərində hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq ölkədə islama geniş imkanların veriləcəyini bildirib.

Tags:  
Date:
26 December, 2009 (74 Days Ago)
Posted by:
Place:
Azerbaijan, baku
Description:

 

 

 

Qərb mədəniyyətinin 34 mənfi cəhəti və qeyri-əxlaqi tərəfi  

1974-cü ildə tibb sahəsi üzrə Nobel mükafatına layiq görülən Konrad Lorenz “Mədəni insanın səkkiz böyük günahı” adlı əsərində Qərb mədəniyyətini dərindən araşdırır və tənqid edir.

Bu gün bəşəriyyətin və yer kürəsinin üzləşdiyi böyük və başlıca fəlakətlərin səbəbi həmişə Qərb mədəniyyəti olmuşdur.

Son 40-50 ildə minlərlə Qərb mütəfəkkiri, alimi və filosofu bu mədəniyyəti tənqid etmişdir. Bu tənqidləri qəsdən görməməzliyə vurmaq xainlikdən başqa bir şey deyildir.
Qərbə heyran olanlar bəziləri bu içiboş və zərəri faydasından çox olan mədəniyyətin yalnız müsbət tərəflərini nəzər salır, mənfi cəhətlərinə qarşı isə heç bir reaksiya nümayiş etdirmirlər.
Qərb və onun yaratdığı mədəniyyətin başlıca mənfi cəhətləri hansılardır? Bunları bəndlər şəklində çox açıq şəkildə belə sıralamaq mümkündür:

1) Bu mədəniyyət varlıq fəlsəfəsi məsələsinə düzgün və qənaətbəxş izah vermir. İnsanın varlığının mahiyyəti nədir? Haradan gəlib haraya gedir? Qərb mədəniyyəti bu kimi suallar üzərində baş sındırmır.
2) Qərb mədəniyyəti insanı bütləşdirmişdir.

3) Bu mədəniyyətdə xaliq və məxluq arasındakı əlaqələr qoparılıb.

4) Qərb mədəniyyəti materialistdir.

5) Qərb mədəniyyəti hedonistdir.

6) Qərb mədəniyyəti istismarçı və müstəmləkəçidir.

7) Qərb mədəniyyəti cəmiyyətin bünövrəsi olan ailə müəssisəsinə zərbə vurmuş və onu dağıtmışdır.

8) Qərb mədəniyyəti qızıl öküzə, yəni pula sitayiş edir. Bu mədəniyyətdə pul-para bütləşdirilib.

9) Bu mədəniyyət iffətin nə olduğunu həyatından silib atmış və maviləri kilsələrdə evləndirəcək dərəcədə yolunu azmışdır.

10) Qərb mədəniyyətinin hakim olduğu ölkələr əxlaq baxımından o dərəcədə süquta uğrayıb ki, qədim Sodom və Qomore onlarla müqayisədə kölgədə qalır.

11) Qərb mədəniyyəti israfçılıq, ikiüzlülük, qürur və təkəbbür mənbəyidir. Onun uşaqları tıx yeyib şişman olduğu halda dünyanın digər bölgələrində milyardlarla insan aclıq və səfalətlə mübarizə aparır.

12) Qərb mədəniyyəti qadını reklam, zövq aləti və vasitəsi etmişdir. Yük maşını təkərindən tutmuş ta ülgüc reklamına qədər bütün işlərdə qadınların “xidmətindən” istifadə olunur.

13) Qərb mədəniyyəti marksizm, nasizm və buna bənzər qeyri-bəşəri ideologiyaları ortaya çıxarmış bir mədəniyyətdir.

14) Bəşəriyyəti və dünyanı məhv edən, nəticədə 100 milyondan çox insanın ölümünə, yüz milyonlarla insanın isə səfil və pərişan olmasına səbəb olan iki dünya mühaibəsini də Qərb törədib.

15) Dünyadakı ətraf mühitin çirklənməsi kimi böyük fəlakətin səbəbkarı Qərbdir.

16) Xirosima və Naqasakiyə atılan iki atom bombası Qərbin ixtirasıdır.

17) Hazırda bütün bəşəriyyəti iki min dəfə yox edə biləcək nüvə silahı ehtiyatlarını Qərb hazırlayıb (Pakistanın özünümüdafiə üçün sahib olduğu atom silahları və raketlər Qərbdəki silahlarla müqayisədə dənizdəki damla kimidir).

18) Qərb mədəniyyəti anaya-ataya, yaşlıya və digər şəxslərə lazımi sevgi və şəfqəti göstərmir.

19) Qərb mədəniyyəti iki əsrə yaxındır ki, Asiya və Afrikada yerləşən üçüncü dünya ölkələrinin neftini və digər təbii sərvətlərini istismar edərək xalqlarını pərişan və səfil hala salmışdır.

20) Qərb mədəniyyəti bütün dinlərin və inancları inkar edib lənətləyən faiz mədəniyyətidir.

21) Hazırda Fransada doğuşların 50 %-dən çoxu nikahsız cütlərdən meydana gəlir.

22) Qərb mədəniyyəti ateizmi və inancsızlığı əmələ gətirmişdir.

23) Darvinizm adlı boş və mənasız ideologiya Qərbin məhsuludur (Bu ideologiya təsdiq edilməmiş boş nəzəriyyədən ibarətdir).

24) Üçüncü dünya müharibəsi Qərb mədəniyyətinin yanlış əməlləri ucbatından meydana gələcəkdir.
25) Əfqanıstanda, İraqda və dünyanın digər regionlarında müharibələr, faciələr, ölümlər, soyqırımıları və iztirablar Qərbin əməllərinin nəticəsidir.

26) Quantanamo Qərb mədəniyyətinin bu dünyadakı cəhənnəmidir.

27) Fələstin faciəsinə səbəb olan da Qərb mədəniyyətidir.

28) Yaxın Şərqdə və dünyanın digər regionlarında daimi, ədalətli və həqiqi bir sülhün bərqərar olmasına Qərb ölkələri maneə törədir.

29) Qərb dünyası maddi və texniki baxımdan inkişaf etdiyi halda, əxlaq, fəzilət kimi dəyərlər o qədər də inkişaf etməmiş və nəticədə aradakı uçurum və səviyyə fərqinə görə, bəşəriyyətin gələcəyi təhlükə altına düşmüşdür.

30) Qərb mədəniyyəti Allah ilə barışan bir mədəniyyət olmayıb üsyan, tüğyan və günah mədəniyyətidir.
31) Xaç yürüşləri, yerli amerikalıların kütləvi şəkildə qırılması, Afrikadan yeni dünyaya dözülməz şəraitdə köçürülən milyonlarla kölə imperializm, müstəmləkəçilik və Çindəki tiryək müharibələrinin hamısı Qərbin əməlidir.

32) Qərb mədəniyyəti komfort, lüks, istehlak, rahatlıq, kef içində yaşama, maddi həzlər və ləzzətlər mədəniyyətidir. Bu mədəniyyət xoşbəxtlik, mənəvi rahatlıq və sakitlik, daxili razılıq mədəniyyəti deyildir.

33) Qərb mədəniyyəti insanlığın, bəşəriyyətin fitrətinə münasib mədəniyyət deyildir.

34) Qərb mədəniyyəti sevgi, məhəbbət, mərhəmət və şəfqət hisslərini ifadə etməyən şeytani bir mədəniyyətdir.

Qərbin mənfi cəhətləri və törətdiyi pislikləri saymaqla qurtarmaz. Qərb öz-özünü yeyib qurtaracaqdır. Əxlaqsızlığı, iffətsizliyi və fəzilətsizliyi ucbatından Qərb ölkələrində əhalinin sayı azalır və insanlar yaşlanırlar. Yer üzündə etdiyi zülm və pisliklərin cəzası olaraq bir gün qərblilər öz ölkələrində azlıq təşkil edəcəklər. Marsa adam göndərilməsi, qalaktikaların şəklinin çəkilməsi, atomu parçalaması və bənzər “möcüzələr” bir mədəniyyətin düzgün yolda yürüdüyünü sübut etmir. İnsanı xoşbəxt, qəlbini rahat etməyən, kainatda sülhü, ədaləti və əmin-amanlığı hakim qılmayan, bəşəriyyəti xoşbəxt edə bilməyən bir mədəniyyət maddi baxımdan nə qədər güclü olsa da naqis və pis mədəniyyətdir. Qərbin iç üzünü görmək istəyənlər Əfqanıstana, İraqa və Fələstinə baxsınlar, kifayətdir.

 

 

 

 

 

 

 

 

Tags:  
Date:
26 December, 2009 (74 Days Ago)
Posted by:
Place:
Azerbaijan, baku
Description:

 

PROFESSOR RAFİQ ƏLİYEV: "MƏN ALLAHSIZ ALİM TANIMIRAM" - MÜSAHİBƏ, 26.09.2008

 

 

"İntellektual robotlar artıq istehsal edilir və yaxın zamanlarda onların hissləri də olacaq"

Dünya şöhrətli alim Rafiq Əliyevin Lent.az-a müsahibəsi

Qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Əliyev 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Orta məktəbi medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirib, 25 yaşında namizədlik, 32 yaşında doktorluq dissertasiyasını müdafiə edib, 47 yaşında AMEA-nın müxbir üzvü seçilib.

 

Onun rəhbərliyi altında 30 doktorluq, 150-dən çox namizədlik dissertasiyası müdafiə olunub. Nəşr edilən 60 kitabından 48-i xarici ölkələrdə çap olunub, "Soft komputing" və "Soft komputing its aplications" bestseller-kitabları dünyanın 5 qitəsində dərsliklərə salınıb. Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırılmış idarəetmə sistemləri" kafedrasının müdiri, eyni zamanda Corciya Dövlət Universiteti (ABŞ), Təbriz Universiteti (İran) və Zigen Universitetinin (Almaniya) professorudur.

Onunla söhbət etmək çətindir - kimin qarşısında əyləşdiyini yaxşı bilirsən...
Onunla söhbət etmək asandır - çox mürəkkəb elmi nəzəriyyələri olduqca səlis, aydın bir tərzdə izah edir...

- Bu gün dünyanın yaranma səbəbini tapmağa çalışan alimlərin qeyri-adi eksperiment keçirmək istəyi birmənalı qarşılanmadı. Siz necə düşünürsünüz, layihə bəşəriyyət üçün təhlükəli ola bilərmi?

- Mən fizik deyiləm, amma həmişə deyirəm ki, bir yaxşı nəzəriyyə yüz təcrübədən irəlidir. Düzdür, nəzəriyyəni həmişə axıra çatdırmaq olmur. Bu layihədə yalnız dünyanın əvvəli və sonunun öyrənilməsi nəzərdə tutulmayıb. Zərrəciklərin toqquşması nəticəsində həmçinin digər fiziki proseslərin öyrənilməsinə də eksperimental cəhd göstərilir. Bu layihənin müsbət tərəfləri var. Əvvəla, dünyanın diqqəti siyasətə deyil, alimlərin tədqiqatlarına yönəlib. İkincisi, tədqiqatlara, demək olar ki, dünyanın bütün alimləri cəlb edilib. Bu layihə dünya alimlərinin böyük miqyaslı əməkdaşlığına imkan yaradıb. Ehtimal edilir ki, təcrübə zamanı o qədər çox informasiya əldə ediləcək ki, onu emal etməyə dünyanın əksər ölkələri cəlb olunub. Eksperimentin əsas məqsədinin dünyanın yaranma səbəbini tapmaq olduğunu düşünmürəm. Dünyanın yaranmasında bir başlanğıc var - Allah. Layihənin dünya üçün təhlükəli olacağına inanmıram. Alimlərin ən xırda detalı belə nəzər aldıqlarına əminəm.

- Sizcə, müasir elm nəyə can atır - dünyanın yaranma səbəbini tapmağa, yoxsa onu təzədən yaratmağa?

- Atom nüvə proqramı üzrə "Manhetten" proyektində iştirak etmiş bir qrup görkəmli Amerika alimləri "Qiyamət gününün saatı" adlı simvolik nəhəng bir divar saatı quraşdırıblar. Bu saatda gecə yarısı 12.00 qlobal nüvə fəlakət anını ifadə edir. İndi bu saat 11.55- i göstərir. Gecə yarısına cəmi beş dəqiqə qalıb... Bu simvolik saatın böyük bir mənası var: yəni ay alimlər, dünyanı bu günə siz qoymusunuz. Amma dünyanın bu vəziyyətə düşməsində siyasətçilərin günahı alimlərdən çoxdur. Alimin öz dünyası var və hər halda onun ümumbəşəri əxlaqı başqalarından yüksək səviyyədə olur. O, nəyisə yaradanda bir mənəvi açar da qoyur. Albert Eynşteynin ABŞ-ın prezidenti Ruzveltə yazdığı məşhur məktub ABŞ-da atom silahının yaranmasına əsas təkan oldu. Lakin o, atom bombası ilə Yaponiyanın dağıdılmasını istəmirdi.

Dünya balaca bir gəmidir. Göründüyü kimi, maliyyə böhranı hazırda bütün dünyanı əhatə edib. Bu böhranın nə ilə qurtaracağını, həmin bu balaca gəmini gələcəkdə nə gözlədiyini indi heç kim bilmir. Bu gün dünya zəncirvarı şəkildə bir-birinə bağlanıb. Heç bir uğur və ya təhlükə artıq konkret ərazi tanımır. Dünyanın diqqətini özünə çəkən yeni eksperimentin bir cəhdi də elə budur ki, alimləri bir yerə yığıb həyəcan təbili vursunlar: Dünya hara gedir? Unutmayaq ki, bəşəriyyəti bütün dolaşıq vəziyyətlərdən siyasət, ədəbiyyat, sənət yox, məhz elm xilas edib.

- Bəs elm özü bu gün hansı səviyyədədir, nəyə qadirdir?

- Mən düşünürəm ki, elm bu gün çox yüksək səviyyədə inkişaf edib. Elm inkişaf edib, amma ümumbəşəri əxlaq çox geri qalıb. Əgər belə olmasaydı, İraqda qan tökülməzdi. Yerdə belə problemlərə nə qədər ehtiyac var? Nəyimiz əskikdir, yaşamaq üçün burada hamıya yer çatır axı! Ən böyük problem budur ki, siyasətçilərin əxlaqı elmin səviyyəsi ilə uzlaşmadı. Məndən tez-tez soruşurlar ki, doğrudanmı, amerikanlar robot əsgərlər istehsal ediblər? Deyirəm, bəli. Elm bundan da artığına qadirdir, baxır onu nəyə, hansı səmtə yönəldirsən. Eyni zamanda çəkinmədən bunu da deyirəm ki, klassik iqtisadi və neoklassik iqtisadi nəzəriyyələr iflasa uğradı. Çünki bu nəzəriyyələrin əsasında real olmayan bir postulat durur: bütün iqtisadi agentlər rasionaldır. İstehsalçı öz gəlirini, istehlakçı öz faydalılığını, istəklərini maksimallaşdırır. Qərar qəbul edənlərin motivasiyaları, sosial normaları nəzərə alınmır. Eqoistik nəzəriyyə, Alturizm yoxdur. Yəni heç kim qonşusunu, Afrikada acıdan ölənləri fikirləşmir. Ona görə də dünya yeni iqtisadi model axtarır. Bu gün elmi bəşəriyyətin sabahı, taleyi düşündürür. Gəlin, dünyanın xəritəsinə baxaq, neft ölkələrinin hamısının ərazisindən qan iyi gəlir. Yalnız Norveçdən başqa, çünki bu ölkə Avropada yerləşir. Həm də Norveçin iqtisadiyyatı yalnız neftdən gələn gəlirə söykənməyib. Əgər biz dünyanı bu vəziyyətdən xilas etmək istəyiriksə, onda alternativ yanacaq tapılmalıdır. Neftin yerini tuta biləcək bu alternativ yanacağın tapılması dünyanın nicatı olacaq. Bunu isə yalnız elm bacara bilər.
Digər tərəfdən isə, elm dünyanın sirlərinin heç milyonda birini hələ açmayıb. Xüsusən də, anomaliyalarla bağlı olanları.

- Bizi hansı yeni elmi sıçrayışlar gözləyir?

- Bunu yalnız proqnoz şəklində demək olar. Mənim fikrimcə, ilk sıçrayışlar intellektual maşınlarda olacaq. Onlarla insanlar arasında ünsiyyətin təbii dildə olması hazırda alimləri çox düşündürür. Onda maşınları idarə etmək qat-qat asanlaşacaq. Bu dil isə daha çox qəlibləşmiş, yəni hamı tərəfindən başa düşülən ümumi dil olacaq. Mən yaxın 30-40 ildə bu ideyanın gerçəkləşməsini gözləyirəm. Digər tərəfdən, elmin alternativ yanacaq məsələsini həll ediləcəyinə ümid edirəm. Törəmə məsələlərə gəlincə, elmi nəzəriyyəyə görə, dünya birqütblü yaşaya bilməz. Ona görə də, dünya bu gün dayanıqlı deyil. Amerikadakı, Avropadakı çıxışlarımda, mühazirələrimdə də bunu vurğulayıram. Söhbət iki rəqibin üz-üzə dayanıb müharibə aparmasından getmir. Artıq hamının taleyi bir-birinə elə birləşib ki, dünyanın bir tərəfinin əyilməsi bütün yer üzünün silkələnməsi deməkdir. Başqa sözlə, artıq hər kəsin mənafeyi başqasının mənafeyi ilə uzlaşmalıdır. Dünyada iqtisadi bərabərsizliyin aradan qaldırılmasına yönələn yeni iqtisadi modelin yaranması növbəti sıçrayışlardan biri olacaq.

- Bir vaxt qeyri-səlis məntiq nəzəriyyəsi də dünya elmində, istehsalatda bir sıçrayış yaratdı. Bu sahə dünya elmi üçün hələ də modern sayılır, yoxsa artıq onu qabaqlayan başqa istiqamətlər yaranıb?

- Dünyada bu günə kimi elmin üç inkişaf modeli olub. Hər üçünün bəşəriyyət üçün əvəzsiz xidmətləri olub. Əvvəllər, determinizm dövründə deyirdilər ki, bütün məsələlər bizə məlumdur, hər şey barədə tam informasiyamız var və hər şey məlum qanunla yazılır, necə deyərlər, qətiyyən əl yeri qoymurdular. Alimlər təbiət və cəmiyyət proseslərinin sadə bir modelini yaratmağa çalışırdılar. Əslində heç bir elm real həyatın üzərində yox, onun modeli üzərində qurulur.
Dünyada elm həmin modelin reallığa yaxın olduğu qədər inkişaf edib. Sonralar kvant mexanikası, riyaziyyatda ehtimal nəzəriyyəsi meydana gəldi. Ehtimal nəzəriyyəsi dünyada olan qeyri-müəyyənliyi nəzərə almağa imkan verir. Ehtimal nəzəriyyəsi ikili Aristotel məntiqinə əsaslanır, onun real həyat proseslərindəki qeyri-müəyyənlikləri nəzərə almasına ciddi məhdudiyyətlər var. Mən həmişə belə bir misal çəkirəm: ABŞ-da qadının prezident olması ehtimalı nə qədərdir? Klassik ehtimala görə, gərək, məsələn, 43 belə nəticə qeydə alınsın ki, onun əsasında nə isə deyəsən. Tutaq ki, 43 əvvəl seçilmiş prezidentdən ikisində qadın prezident olubsa, onda deməlisən ki, 43-də iki ehtimalı var. Real həyatda isə heç vaxt belə hadisə olmayıb, lakin qadının ABŞ-da prezident olması ehtimalı qüvvədə qalır. Lütfi Zadə də bunu dedi. Başqa sözlə, nəzəriyyənin kökündə duran modeli köklü yaxşılaşdırdı, reallığa körpü saldı. Hazırda müasir sənayenin çox sahələri qeyri-səlis məntiq üzərində qurulub. Müasir kompüter, paltaryuyan maşın, fotoaparatlar və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və gəlirlər milyardlarla hesablanır. Eynşteyn ölümündən bir neçə saat əvvəl ağzından bir söz çıxarıb: imkanlar nəzəriyyəsi. Bu, elə qeyri-səlis məntiqdir və Zadə bu imkanlar nəzəriyyəsini yaratdı. İndi Zadə bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addım da yaxınlaşmaq.

- Qeyri-səlis məntiq nəzəriyyəsi yeni texniki avadanlıqlarla yanaşı artıq insan yaratmağa can atır. Robotlarla insanlar bir-biri ilə necə yola gedəcək?

- Bu çox ağır sualdır, bütün bəşəriyyəti düşündürən bir məsələdir. Mənim ən qorxduğum məsələ robotların insanları əvəz etməsidir. Qorxuram ki, robotlar insanlardan daha ağıllı ola bilər və üsyan edər. İndi virtual hisslər, onların modelləri yaradılıb. Robotlar artıq istehsal olunur və yaxın zamanlarda onların hissləri, "mənəviyyatı" da olacaq. Amma bu, proqramlaşdırılmış "mənəviyyat" olacaq. Bu o deməkdir ki, robotlar rüşvət almayacaq, üz vuranda güzəştə getməyəcək... Yəni robotlar ümumbəşəri əxlaq baxımından insanlardan üstün olacaq, əxlaqsızlığa meyl etməyəcəklər. Ona görə də hazırda məni ən çox qorxudan insandır, robot deyil. İnsanın mənəviyyatı elmin inkişafı ilə ayaqlaşa bilmir. İnsan-robot müstəvisində qərarı ağıl və mənəviyyat verəcək. Yəni "mən-mən" iddiası insanı da, dünyanı da məhvə apara bilər.

- "2009-2015-ci illər Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın layihəsi artıq hazırlanıb. Bu layihədə konkret təklifləriniz əks olunubmu?

- Xeyr. Mən fikirlərimi bildirməmişəm və mənə müraciət edən də olmayıb. Mən islahatı yalnız belə görürəm: elmə ayrılan vəsait 10 dəfələrlə artırılmalıdır, elmlə məşğul olanların məvacibi dəfələrlə bugünkündən çox olmalıdır. Mənim həmkarım, Corciya Dövlət Universitetinin professoru ildə təxminən 180 min dollar məvacib alır. Amma maliyyədən də vacib olan amil elm adamlarının vicdanlılığı, dürüstlüyüdür. Nəhayət, üçüncü amil - elmə sosial sifariş olmalıdır. Bu gün Azərbaycanda elmə sosial sifariş, tələbat yoxdur.

- Yaxın 40-50 ildə dünyanın tamam dəyişəcəyini, elmi potensialı olmayan ölkələrin təkrar neolitə qayıdacağını deyirsiniz. Güclü elmi potensialın yaranması üçün ən azı neçə il lazımdır?

- Millət vəkili Rəbiyyət Aslanova bir dəfə yaxşı dedi ki, Allahın altında bizimkilər özümüzünkülərə başqalarından daha tez inanaydılar. Bizdə dünyada yaxşı tanınmış alimlər var. Bir dəfə Zadədən soruşdum ki, Azərbaycanın gələcəyini necə görürsünüz? Cavab verdi ki, Sinqapura, Malayziyaya baxın, onların nə qızılı, nə də nefti var. Yaxşı seçilmiş gəncləri, mütəxəssisləri qabaqcıl ölkələrə təhsil almağa göndərmək lazımdır. Qoy onlar bu ölkədə həm elm, həm də dürüstük, dəqiqlik öyrənsinlər. Deyirlər ki, o millət azaddır ki, axırıncı qulu ölür. O universitet yaxşı ola bilər ki, axırıncı rüşvətxoru yox olsun. Yalnız ciddi elmi-texniki baza, seçilmiş, tanınmış alimlərin olması, kreativ və rüşvətsiz təhsili böyük elmi potensial yarada bilər və bunun üçün də onilliklər lazımdır.

- Elmin, texnikanın tərəqqisi ilə dünya təbiilikdən animasiya olunmuş bir şəklə çevrilir. Elm süni dünya, süni insan yaradır... Sizcə, bu yaxşıdır, yoxsa pis?

- Bütöv götürəndə, bu yeniliklərə münasibətim müsbətdir. Elmi-texniki inkişaf qorxulu deyil, əsas məsələ bütün bu imkanların kimin əlində olmasıdır. Ona görə də bu gün Madonnanın modernləşdirilməsini, insanı necə öldürməyin təsvirini, ölümü sürətləndirmək üsulunun açıqlanmasını anlaya bilmirəm. Bu baxımdan, alimlər dönə-dönə qeyd edirlər ki, elmin inkişafı ilə bərabər ümumbəşəri mənəviyyat da yüksəlməlidir. Mənəviyyatın tərəqqidən geri qalması bizi xoşagəlməz mənzərə ilə üzləşdirir ki, bu da əsla alimlərin günahı deyil.

- Sizin müasir informasiya anlayışına münasibətiniz necədir? Bu xəbər bolluğunda ürəyiniz istəyən məlumatları oxuya bilirsinizmi?

- Bugünkü xəbər bolluğunu alimlərdən biri belə qiymətləndirib: "İnformasiya dənizində boğulduq, bir damla bilik üçün ürəyimiz gedir". Müasir dünyanın televiziya, internet, mətbuatında yer alan xəbərlərin insan beyninə yüklənməsi fiziki baxımdan çox zərərlidir. Əsl elm adamı, səviyyəli oxucu odur ki, bu bolluqdan lazımlısını qəbul edir. Gəlin görək, bugünkü mətbuatda bir alimlə müsahibəyə nə qədər tez-tez yer ayrılır? Alimlərin fikirləri nə qədər oxucunu maraqlandırır? Bu problem də artıq bəşəriləşib. İndi çox adam informasiya ilə məlumat anlayışını qarışdırır. İnformasiya məlumat deyil. Cəmiyyətin bol informasiyalı yox, bilikli adamlara ehtiyacı daha çoxdur.

- Rasional düşünən bir insanın, dəqiq elmlər üzrə tanınmış alimin dinə münasibəti də maraqlıdır...

- Mən dünyada elə bir alim tanımıram ki, Allahsız olsun. Söhbət elmi dərəcəsi olanlardan getmir, Nyuton, Eynşteyn, Zadə... Onların heç biri Allahsız olmayıb. Ümumiyyətlə, istənilən insanın dünyagörüşünün üç başlanğıcı var: Allah, insanın daxilindəki Mən və universitetlər. Söhbət yüksək bilik, səviyyə verən universitetlərdən gedir. Mənim inamım və imanım dinimdən çox yüksəkdir. Yanlış başa düşülməsin, dini etiqada tolerant yanaşıram, amma məndə qətiyyən fatalizm yoxdur. Lev Tolstoy vəfat edəndə onun üstündən Məhəmməd peyğəmbərin "Qurani-Kərim"ə düşməyən 100 kəlamı tapılıb. Bu kəlamlardan biri belədir: "Allaha ümid et, amma dəvəni bağlamağı unutma". Allah məni yaradıb, mənə əxlaq, normalar verib, deyib ondan kənara çıxma. Mənim qəti fikrim belədir ki, normadan kənara çıxan cəzalanır. Bizdə həmişə deyirdilər ki, Allahın barmağı olmur ki, adamın gözünü çıxartsın... Amma Allah insanı tarazlıqda yaradır və yaşadır, nəyisə sənə çox versə, bil ki, əvəzində nəyisə də alacaq, ona görə həmişə həddi gözləmək lazımdır. Allah rəhmət eləsin, Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə həmişə deyirdi ki, dədəm danışırdı, mən "Tülkü həccə gedir"i böyüklər üçün yazmışam, onu niyə uşaqlar üçün oxuyurlar, başa düşə bilmirəm...

- Deyirlər, insanı doğulduğu torpaq həmişə özünə sarı çəkir. Bu illər, iş-güc Lütfi Zadəni Azərbaycana, Sizi Qarabağa bağlayan bağlardan tamam ayırmayıb ki?

- Lütfi Zadənin qəlbində Azərbaycana sonsuz sevgi var. O, Bakıda doğulub, burda məktəbə gedib. İnsan yaşlandıqca tədricən onda torpaqlaşma gedir, ona görə də doğulduğu torpağı arzulayır. Bu, bir həqiqətdir, amma gərək Zadəni yaxından tanıyasan. "Başına dönüm, qurbanın olum" deməklə ona yaxınlaşmaq mümkün deyil, onunla danışmaq üçün ortaq, ümumi harmoniya olmalıdır. Mənim ən yaralı yerimə gəlincə, Qarabağın xilası çox ağır yoldur. Qarabağı ilk növbədə beyin laboratoriyasında, masa arxasında qaytarmaq lazımdır...

 MÜSAHİBƏ

http://lent.az/news.php?id=9315

 

Tags: qadın hüquq azad 
Date:
24 December, 2009 (76 Days Ago)
Posted by:
Place:
United States, Florida, Florida
Description:

Amesterdam Dialoq Toplantısının Qadınlar haqqında bildirişi

1945-ci ildə Güney Azərbaycan Milli Hüküməti qurulanda, birinci dəfə olaraq qadınlarımız kişilərlə bərabər huquqa sahib olmuşlar və böyük məqamlara əl çatıb, siyasi mübarizədə öz təşkilatları ilə iştirak etmishlər...

Təəssüf ki xarici ölkələrin yardımı və fars faşizminin hücumilə Azərbaycan Milli Hüküməti bir ildən artıq dəvam gətirmədi və əldə edilən bütün milli nailiyyətlər aradan qaldırıldı. Pəhləvi rejiminin hakimiyyət illərində Azərbaycan Türk qadını daha da öz sosial yerini itirdi.
Faşist İslam rejiminin qurulmasilə qadın haqqları daha artıq aradan aparıldı. Bir sıra orta əsrin irticai qanunları qadınların yaşamına kölgə saldı. Ancaq , buna baxmayaraq Güney Azərbaycan türk qadını ayaqdan düşməyib, həbsdən və ölümdən qorxmayır və bugünki özgürlük mübarizəsində şirket edir.
Mərkəzi pan-iranist rejimin tərəfindən milli zülmə məruz qalan qadınların aynı zamanda patrialkal zülmlərdən de qurtulmaları gərəkir.
Gənəl olaraq İran İslam cümhuriyyətinin anayasasında açıqcasına cinsi apartayda rəsmiyyət və qanuniyyət verilir. Cinsi apartayd və qadınların təhqir edilməsi İran İslam cumhuriyyetinin dünya görüşünün təməlidir. Bununla birlikdə Türk qadınları milli kimliklərinə görə iki qat daha artıq zülmə və şiddətə məruz qalıb və toplumda 4-cü derece vətəndaş hesab olurlar.

Amesterdam Dialog Toplantısı Aşağıdakı Prənsiplərə Dayanmaqdadır:

- Qadınların əleyhinə olan bütün yazılı və şəfahi qanunların qaldırılması gərəkir. Bu qanunlar toplumun bütün sahələrində öz əkslərini tapmalılar.
- Qadın-kişi bərabərliyi toplumun bütün sahələrində qanuniləşməlidir.
- Azərbaycan türk qadınları öz müsteqil təşkilatlarını qurmaq haqqına malik olmalılar.
-Azerbaycan türk qadınlarının toplumun bütün sahələrində aktiv və qərar verici bir şəkildə qatılmaları dəstəklənməlidir.
- Azərbaycan türk qadınlarının öz milli kimliklərini qoruyaraq yurd içi və yurd dışı təşkilatlarla iş birliyi etmələri dəstəklənməlidir.
- Yurd içində və uluslararası sahədə Azərbaycanlı türk ictimai-siyasi fəal, sənətçi, yazar vb.qadınlar tanıtılmalı, məruz qaldıqları eşitsizliklər ifşa olunmalıdır.

Yaşasın Azərabaycan!
Yaşasın Azərbaycan türk qadınları.
Amsterdam
21 Azər 1388/12 dekabr 2009/


Tags: disco bar 
Date:
20 December, 2009 (79 Days Ago)
Posted by:
Place:
Estonia
Description:

www.kishmish.ee

www.kishmish.ee

www.kishmish.ee



www.kishmish.ee




www.kishmish.ee

 

 

 

 

 

 

Tags: yalan islam 
Date:
1 November, 2009 (129 Days Ago)
Posted by:
Place:
Azerbaijan, Balaken, Balaken
Description:

Balakəndəki \"yazılı qız möcüzəsi\"si yalan çıxdı

Aynur Çinayevanın bədənindəki yazılar adi flomasterlə yazılıbmış. Balakən rayon Qabaqçöl kənd sakini 12 yaşlı Çinayeva Aynur Mohuma qızının bədənində \"Allah\" və \"Məhəmməd\" sözlərinin yazılması haqda xəbər vermişdik.

Xatırladaq ki, Balakəndəki bu olayın bir müddət öncə Dağıstanda 9 aylıq körpənin bədənində Qurani-Kərimdən müxtəlif ayələrin yazılması barədə xəbərdən sonra meydana çıxması insanlarda maraqla yanaşı həm də şübhə doğururdu.Dünən qəzetimizdə dərc olunan yazıda qeyd edilirdi ki, Aynur Quran oxuma dərslərindən gələndən sonra Allaha dua edərək onun da bədənində belə bir yazının yazılmasını diləyib. Aynurun anası Sevil Çinayevanın sözlərinə görə, səhər yuxudan ayılanda qızın bədənində yazılar peyda olduğunu görüblər. Bu hadisənin nə dərəcədə reallığa uyğun olması isə Aynurun həkim müayinəsindən keçməsindən sonra müəyyənləşib. Balakən Rayon Mərkəzi Xəstəxanasının dermatoloqu Fərman Məmmədovun verdiyi məlumata görə, Aynurun bədənindəki ərəb hərfləri əllə yazılıb. F.Məmmədov onu da bildirib ki, hadisə haqqında xəbər tutandan sonra xəstəxanada məsələ ilə məşğul olmaq üçün baş həkim Zakir Orxanovun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb və Aynur müayinə olunub: \"Aynurun dərisindəki yazılar fırıldaq əlamətidir. Həmin yazılar dəriyə üstdən həkk olunub. Baş həkimin və mənim iştirakımla xüsusi komissiya yaradıldı. Yığışıb onu müayinə etdik. Yazıları spirtlə silməyə başladıq. Pambığa bənövşəyi-göy rəng çökdü. Aynuru sanitar-epidemioloji stansiyaya apardıq. Sınaq qoyduq. Məlum oldu ki, maddənin tərkibində qan elementləri yoxdur. Bu, flomasterlə yazılmış yazıya oxşayırdı. Həmin yazılar su ilə yuyulanda da gedirmiş. Qızın əl-üzünü adi su ilə yudurtduq. Qızın əlləri rəngə boyandı\". F.Məmmədov bir məqama da diqqət çəkib. Bildirib ki, yazılar Aynurun əli çatdığı yerlərində yazılıb: \"Müayinə zamanı onun kürəyində və budunun arxa nahiyələrində yazılara rast gəlmədik\". Aynurun psixoloji durumuna gəlincə isə F.Məmmədov bildirib ki, o danışmır: \"Aynurun əvəzinə anası danışır. O, qızını danışmağa qoymur. Yazılar silinəndən sonra uşağın gözlərində vahimə, qorxu yaranmışdı. Uşaqdır, yəqin Dağıstandakı hadisəni eşidib hissə qapılıb, istəyib ki, onun da dərisində eyni yazılar yazılsın\". Məsələyə münasibətini bildirən dini ekspert Hacı Fuad Nurulla Allah-təlanın Quranı peyğəmbərin (s) qəlbinə endirdiyini deyib və bildirib ki, İslamdakı ayələrin insan bədənində həkk olunması haramdır: \"Allah insan bədənində ayələrin yazılmasına lüzum görməyib. Lazım olsaydı, ayələr elə peyğəmbərimizin bədəninə də yazılardı. Belə bir fakt minillər boyu tarixdə olmayıb\".
Hacı Fuad bu kimi halların mövhumatdan irəli gəldiyini söylədi: \"Mövhumat hətta o həddə çatıb ki, insanlar maddi maraqları naminə bu yollara əl atırlar\".
Ekspert bildirib ki, belə hadisələrə inancları qeyri-adi səviyyədə olan, düşüncələri fərqli insanlar daha çox inanır: \"İnsan bədənində əzələlərdən fizioloji hal kimi nələrsə görünə bilər. Bu, tamam başqa söhbətdir. Nişanə olaraq peyğəmbərlərin sağ kürəyində xal olub. İnsanlar boyunlarına \"Allah\", \"Peyğəmbər\" sözləri yazılan medalyonlar taxırlar. Onun bədənə toxunması isə haramdır\".
Bu da daha bir fırıldağın sonu. Belə bir atalar sözümüz var: \"Yalan ayaq tutar, amma yeriməz\". İnsanlar bəzən törətdikləri əməlləri hətta Allahın möcüzəsi adlandırılar. Əslində isə Allahın yaratdığı ən böyük möcüzə elə insanın özüdür.

Date:
1 November, 2009 (129 Days Ago)
Posted by:
Place:
Azerbaijan
Description:

Ateistlər üçün riyazi sübut.

 

Allahın varlığını isbat etməyə ehtiyac yoxdur. İmanlı insanlar Onun varlığını hər zaman hər yerdə görürlər. Misal üçün, evdə elektrik lampası yanırsa, bu, Allahın varlığına işarədir. Çünki Allah metallarda nizamlı quruluş yaratmasaydı və bu quruluşun nəticəsi kimi metal elektronları nizamla hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkaredilməzdir. Onları Allah yoluna dəvət etmək üçün elmi isbata ehtiyac duyulur.
Biliyin qiymətləndirilməsinin beş ballı xətti modelinə görə, qiymətləndirmə şkalası (xətti) beş bərabər hissəyə bölünür və müvafiq rəqəmlərlə işarə olunur. Hər öyrənci üçün bu xətti "bilir" və ya "bilmir" adlandırılan iki hissəyə bölmək mümkündür. Məsələn, 4 qiyməti ilə təhsil alan tələbə üçün "4" rəqəmindən aşağıdakı (və ya soldakı) hissə "bilir", yuxarıdakı (və ya sağdakı) hissə "bilmir" adlanacaq. Bu hissələri uzunluğuna uyğun olaraq L(bil) və L(bim) işarə edək. "Bilir" hissəsinin "bilmir" hissəsinə nisbətini (yəni L(bil)/L(bim)) "K" hərfi ilə işarə edək və bunu keyfiyyətin faktoru adlandıraq. Bu faktordan qiymətləndirmə kriteriyası kimi istifadə edək.
Sxemdən göründüyü kimi L(bil)-in qiyməti "0" ilə "5" arasında dəyişir. Burada "5" qiyməti biliyin ən yüksək (mütləq) səviyyəsidir.
Əyrinin A nöqtəsinə uyğun gələn mənimsəmə klassik "3" qiymətinə uyğun gələn mənimsəmədir. Bu nöqtə üçün "bilir" hissəsinin uzunluğu 3, "bilmir" hissəsinin uzunluğu isə 2-dir (5-3=2). Onda biliyin bu mənimsəməsinə uyğun gələn K faktorunun qiyməti 1,5 olar (K=L(bil)/L(bim)=3/2=1,5).
B nöqtəsi üçün mənimsəmə 80 faizdir. Yəni mütəxəssis zəruri biliyin 80 faizini bilir, 20 faizini bilmir. Klassik qiymətləndirmə sistemində bu səviyyə "4" qiymətinə uyğundur. Bu nöqtə üçün "bilir" parçasının uzunluğu 4, "bilmir" parçasının uzunluğu isə 1-dir (L(bil)-L(bim)=5-4=1). Bu halda B nöqtəsinə uyğun gələn keyfiyyət faktoru 4-dür (K=4:1=4).
Bu minvalla asanlıqla hesablamaq olar ki, "K=19"a uyğun gələn "bilir" parçasının L(bil)-in uzunluğu 4,75, "bilmir" parçasının uzunluğu isə 0,25 olar. Ali təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə diplomu verilir.
"Bilir" parçasının uzunluğu 4,9 olduğu halda, "bilmir" parçasının uzunluğu 0,1 olar. Bu halda K-nin qiyməti 49-a bərabər olar. hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik (elmlər namizədi) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir.
Eynilə göstərmək olar ki, "K=4,95/0,05=99"a uyğun gələn "bilir" parçasının uzunluğu 4,95, "bilmir" parçasının uzunluğu isə 0,05-dir. Yəqin ki, bu səviyyə də elmlər doktoru və ya professor səviyyəsinə uyğun gələr.
Misallardan göründüyü kimi, keyfiyyət faktoru (K) artdıqca, "bilir" parçasının uzunluğu artır, "bilmir" parçasının uzunluğu isə azalır. Aydındır ki, dahi alimlər və fövqəlbəşər insanlar üçün K-nın qiyməti qat-qat çox olur. Şübhəsiz ki, peyğəmbərlərin malik olduğu səviyyə, fövqəlbəşər və ya dahi alimlərin səviyyələrindən də qat-qat, hətta müqayisə olunmayacaq qədər yüksək olar.
Bu deyilənlərdən bəşəri və ictimai əhəmiyyəti çox böyük olan tarixi bir suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildiyi kimi, K faktoru L(bil)/L(bim) nisbəti ilə müəyyən olunur. L(bil)-in qiyməti 5-ə yaxınlaşdıqca, kəsrin məxrəci, yəni L(bim) 0-a doğru enir. Riyaziyyatdan məlumdur ki, kəsrin məxrəci 0-a yaxınlaşdıqca, onun qiyməti (K) sonsuzluğa uzanır. Bəs onda K-nin sonsuz qiymətinə kim malikdir? Hansı zatın biliyində qüsur yoxdur? Mütləq biliyə kim malikdir? Hər şeyi bilən, görən və eşidən kimdir?
Şübhə etmədən söyləmək olar ki, bu mütləq bilik səviyyəsi Yaradanın, Cənabi Haqqın, Allahın malik olduğu bilik səviyyəsidir.
K faktorunun başqa bir cəhətini də qeyd etmək əhəmiyyətlidir. İnsan övladı hər gün çoxsaylı qərarlar qəbul edir. Asanlıqla görmək olar ki, K artdıqca qəbul olunan qərarların xətası da azalır. Bu nəticənin həm fərd, həm də ictimaiyyət üçün əhəmiyyəti böyükdür. Bu haqda "Düşüncə tərzi" kitabımın 228-ci səhifəsində yazılmış bir fikirdən istifadə edərək, mövzuya nöqtə qoymaq olar:
"İstanilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası, həmin hadisə ilə bağlı toplanan informasiyaların həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az olar. Bu fikri riyazi olaraq belə ifadə etmək mümkündür: qərarın xətası məlumatın xətası ilə mütənasibdir. Mütləq düzgün qərar qəbul etmək Cənabi haqqa məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış düzgün qərarlar qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman üçün doğru olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası az, cahil insanların qəbul etdikləri qərarların xətası çox olar".
Allah bizi cahil insanların xətasından qorusun!

Tags: yaradıcı  kainat 
Date:
1 November, 2009 (129 Days Ago)
Posted by:
Place:
Azerbaijan
Description:

 

Güneş bilirki çox isti helyum ve hidrogen qazından mutəşəkkil tapmışdır. Qaz olan bir şeydə uçur bəs necə olurki 2 mln dərəcədə olan qaz bir yerdə durur və insanoğlu ondan bəhrələnir ? dirki o Ağıl onu orda düzəldib saxlayıb ?  r gün milyarlarca metroid toqquşmaları olur başqa planletlərdə, bəs yerdə niyə olmur? hmm.. deyə bilərsiz atmosfer ve azona girdikdən ve sürtünmədən sonra toz halında yerə catır. Ok mən razı. s atmosfer və azon hava malekulları bu qeder ağıllıdı insandan insanı qoruyurlar. Xarici mühütün heç kimin qarşısını ala bilməyəcəyi o dev metroidlərdən qoruyur..

             Hər kəsin inancına say və sevgiylə...

Tags:  
Date:
1 November, 2009 (129 Days Ago)
Posted by:
Place:
Azerbaijan
Description:

"Anelka Quran oxuyaraq İslama dəvət edərdi."

Türkiyə super liqasının klublarından  "Qaziantepspor"un oyunçusu Afanou Kodjo şok açıqlama verdi. Sən demə mövsüm ortasında  kluba transfer olunana Afrika əsilli Kodjo İslamı Anelkanın dəvəti ilə seçibmiş.Oyandığı futbol və həyat tərzi ilə diqqətləri özünə çəkən Kodjo İslamı seçməsi haqda aşağıdakı maraqlı açıqlamalar verdi.Türkiyəyə gəldiyi gündən ilk dəfə mediyaya açıqlama verən fransız futbolçu bilinməyən bir çox şeylərdən bəhs etdi.

 

 Anelka sayəsində müsəlmanlığı qəbul etdiyini bildirərək "20 yaşlılardan ibarət milli seçmə komanda da oynayarkən Anelka bizim gizli rəhbərimiz idi. Trezege, Anri və bir neçə futbolçunu toplayar və bizə Quran oxuyardı. O bizim üçün çox əhəmiyyətli bir şəxs idi. Müsəlman olan və olmayan Afrikalı futbolçular maçlardan sonra onun otağında görüşərdik." - dedi. Adının Kodjo olaraq çağırılmasını özü istədiyini bildirən qara dərili futbolçu eyni zamanda müsəlman olduqdan sonra Fransada futbol həyatının çətinləşdiyini bildirərək bunları dedi: "Xüsusən oruc tutarkən məşqçilərlə problem olurdu. İcazə vermirdilər oruc tutmağıma , bu səbəbdən 26 yaşıma qədər ancaq dözə bildim. İrqçilik və xaricilərə qarşı düşmənçilik məni Fransadan soyutdu. Fransada uzun saqqal saxlaya bilmirdim. Terrorist zənn edərlər deyə qorxurdum. Mövsüm arasında buraya gələrkən hacı oldum. Bülənt Mamatoğlu buraya gəlməyim üçün 1 il çalışdı. Çox israr edirdi. Türkləri və Türkiyəni qaldığım məhəllədən tanıyırdım. Türk məhəlləsində yaşayırdım. Türkiyəni seçməyimdə onların da təsiri oldu.
Türkiyə liqaları Fransadakından daha keyfiyyətlidir. Fransada oynayan afrikalı futbolçuların sevilməsinin yeganə səbəbi populyar olmalarıdır. Zidanla "Bordo"da  bərabər oynadım. Onun və generasiyasının dövrünün bitməsindən sonra Fransa futbolu əvvəlki populyarlığından uzaqlaşacaqdır." "Türkiyədə olmaqdan qürur duyuram" deyən Kodjo sözlərini belə tamamladı "Qısa zamanda buraya alışdım. Yaxşı ki, buranı seçmişəm. Futbolçuların tribunalara çağırılmasını ilk dəfə burada gördüm. Buna yumruq-şou deyirlərmiş. Bura çox gözəl və istiqanlı yerdir. Mən dini bütöv bir adamam. Ancaq məni belə göstərmək yanlışdır. Sosial həyatı olan birisiyəm. Kinoteatrlar gedər "R&B", "50 Sent" - i dinləyirəm"  

Results per page:
1 2 >>
Copyright © 2010 Üzler.