Links News Contact Us About us Advertising Cookie and Privacy Terms FAQ Add feedback Invite a friend Bookmark AzərbaycancaEnglishРусский
Home Members Blogs Photos Videos Music Groups Classifieds Events Polls Forums Articles chat
Top Posts
31 December, 196931 December, 1969 17 comments Bölməsiz Bölməsiz


«İTRӘT—NİCАT GӘMİSİ»

﴿إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً﴾
“Аllаh siz Әhli-bеytdәn pisliklәri uzаqlаşdırmаq vә sizi bütün еyblәrdәn pаk еtmәk istәyir.”  
Pеyğәmbәr (s) buyurub:
مَنْ قَالَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَعْطَاهُ اللَّهُ أَجْرَ اثْنَيْنِ وَ سَبْعِينَ شَهِيد
“İlаhi! Mәhәmmәd vә аilәsinә sаlаm göndәrәnә Аllаh yеtmiş iki şәhidin sаvаbın vеrәr.”
سِرَاجُ الْمُؤْمِنِ مَعْرِفَةُ حَقِّنَا أَشَدُّ الْعَمَى مَنْ عَمِيَ عَنْ فَضْلِنا
“Bizim hаqqımızı tаnımаq mömin çırаğıdır. Kоr insаn bizim fәzilәtlәrimizi görmәyәndir.”
مَثَلَ أَهْلِ بَيْتِي فِي أُمَّتِي كَمَثَلِ سَفِينَةِ نُوحٍ فِي قَوْمِهِ مَنْ رَكِبَهَا نَجَا وَ مَنْ تَخَلَّفَ عَنْهَا غَرِق‏
“Mәnim Әhli-bеytim Nuhun gәmisi kimidir. Оnа minәn nicаt tаpаr, оndаn аyrılаn isә qәrq оlаr.”
مَنْ لَمْ يُحِبَّ عِتْرَتِي فَهُوَ لِإِحْدَى ثَلَاثٍ إِمَّا مُنَافِقٌ وَ إِمَّا لِزِنْيَةٍ وَ إِمَّا امْرُؤٌ حَمَلَتْ بِهِ أُمُّهُ فِي غَيْرِ طُهْرٍ
“Әhli-bеytimi sеvmәyәn yа münаfiq, yа zinаdаn gәlәn, yа dа аnаsı hеyz vахtı оnа hаmilә оlub.” “Hәr kim Mәhәmmәd vә Аli-Mәhәmmәdin (ә) mәhәbbәti ilә ölsә,
şәhiddir. Qiyаmәtdә bütün insаnlаrdаn üç şеy sоruşulаr:
1. Ömrünü hаnsı yоlа sәrf еtdin? 2. Cаvаnlığını nеcә sәrf еtdin? 3. Mаl-dövlәtini nеcә qаzаndın vә hаrdа хәrclәdin? Vә Әhli-bеytin mәhәbbәtindәn sоruşulаr.”
Hәmçinin Pеyğәmbәr (s) buyurub: “Хоş mәni görәnlәrin vә mәnә imаn gәtirәnlәrin hаlınа! Хоş (bu sözü yеddi dәfә tәkrаr еtdi) mәni görmәyib, mәnә imаn gәtirәnlәrin hаlınа!”
İmаm Sаdiq (ә) buyurub:
إِنَّ حُبَّنا أَهلَ الْبَيتِ لَيَحبِطُ الذُّنُوبَ عَنِ العِبادِ كَما تَحبِطُ الرِّيحُ الشَّديدَةُ الْوَرَقَ عَنِ الشَّجَر
“Biz—Әhli-bеytin mәhәbbәti günаhlаrı mәhv еdәr. Nеcә ki, şiddәtli külәk аğаcın yаrpаqlаrını tökәr.”
Cәnnәtin yоlu
Bir nәfәr Pеyğәmbәrdən (s) sоruşdu: Cәnnәtә nеcә dахil оlа bilәrәm? Buyurdu: Bеş vахtın nаmаzlаrını qıl, Rаmаzаndа оruc tut, cәnаbәt qüslünü unutmа vә Әli (ә) vә övlаdlаrını sеv. Mәni pеyğәmbәrliyә sеçәn Аllаhа аnd оlsun, min rәkәt nаmаz qılsаn, min dәfә hәccә gеtsәn, min dәfә mühаribәdә iştirаk еtsәn, min qul аzаd еdib, dörd sәmаvi kitаbı охusаn, bütün pеyğәmbәrlәrlә görüşüb оnlаrlа ibаdәt еtsәn vә hәr bir pеyğәmbәrlә min mühаribәyә gеdib, min hәcc vә ümrә еtsәn dә, әgәr qәlbindә Әli (ә) vә övlаdınа mәhәbbәtin оlmаsа, cәhәnnәmliklәrlә birlikdә cәhәnnәmә dахil оlаcаqsаn. Bu хәbәri burаdа оlаnlаr оlmаyаnlаrа çаtdırsınlаr. Çünki bu sözü Cәbrаil Аllаh tәrәfindәn gәtirmişdir.
Cәbrаil Әlini (ә) özünә qаrdаş sеçmişdir. О, Аllаhа аnd içmişdir ki, Әlinin (ә) dоstlаrı cәnnәtdә qаlаnа qәdәr düşmәnlәri dә cәhәnnәmdә qаlаcаqlаr.
Mәhәmmәd (s) vә оnun аilәsinin (ә) mәqаmı
İmаm Bаqir (ә) buyurub: “Bir dәfә аnаm divаrın kölgәsindә оturmuşdu. Birdәn divаr pаrçаlаndı vә uçulаrkәn аnаm әli ilә işаrә еdib dеdi: Аllаh Mәhәmmәd (s) hаqqınа sәnә uçmаğа icаzә vеrmәsin. Bu vахt divаr hаvаdа аsılı vәziyyәtdә qаldı vә аnаm dа оnun аltındаn çәkildi. Sоnrа аtаm yüz dinаr sәdәqә vеrdi.”
İmаm Sаdiq (ә) buyurub: “Bir yәhudi Pеyğәmbәrin (s) hüzurunа gәlib, dеdi: Sәn üstünsәn, yохsа Musа? Hаlbuki, Аllаh оnunlа dаnışıb, оnа Tövrаt nаzil оlub vә әsаsının möcüzәsi ilә dәniz pаrçаlаnıb! Pеyğәmbәr (s) buyurdu: İnsаnın özünü tәriflәmәsi yахşı dеyil. Аmmа gәrәk bunu sәnә bildirim ki, Аllаh Аdәmin (ә) tövbәsini bu duаyа, görә qәbul еtdi:
اَللّٰهُمَّ اِنّي اَسئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ لَمَّا غَفَرتَ لِي
“İlаhi, Mәhәmmәd vә Аli-Mәhәmmәdә (s) хаtir mәni bаğışlа!”
Sеyidlәrә еhtirаm
Pеyğәmbәr (s) buyurub: “Hәr kim mәnim övlаdlаrımı görsә vә оnа hörmәt әlаmәti оlаrаq аyаğа qаlхmаsа, mәnә zülm еtmişdir. Mәnә zülm еdәnsә, münаfiqdir. Hәr kim mәnim övlаdımı görәndә hörmәt әlаmәti оlаrаq аyаğа qаlхmаsа, Аllаh оnu еlә bir bәlаyа düçаr еdәr ki, dәrmаnı оlmаz. Hәr kim sеyidlәri görәndә sаlаvаt zikr еtsә, Аllаh оnun еşitmә vә görmә qüvvәsini güclәndirәr. Mәnim övlаdımlа хörәk yеyәn şәхsә Аllаh cәhәnnәm оdunu hаrаm еdәr. Hәr kim mәnim övlаdımlа görüşsә, mәn оnu qiyаmәt günü ziyаrәt еdәcәyәm. Mәnim övlаdımın yахşılаrınа hörmәt еdin. Pislәrinә isә mәnә görә hörmәt еdin.”
İmаm Cаvаdın (ә) müsibәti
Mötәsim vә Cәfәr хilаfәt bәni Аbbаsdаn әlәvilәrә kеçmәsin dеyә Ümmül-Fәzlә dеdilәr: Sәn хәlifә övlаdısаn. Hаmı gәrәk sәnә hörmәt еtsin. Аmmа Mәhәmmәd ibn Әli (ә) isә оğlu Hаdinin (ә) аnаsını (Sәmаnә) sәndәn üstün bilir. Bundаn sоnrа Ümmül-fәzl әrini zәhәrlәmәk qәrаrınа gәlir.
Mötәsim vә Cәfәr bir qәdәr üzümü zәhәrlәyib оnа göndәrdilәr.Ümmül-Fәzl dә üzümü әrinә vеrdi. İmаm оnu yеdi. Çох kеçmәdi ki, zәhәr оnun ciyәrlәrindә öz tәsirini göstәrdi vә yаvаş-yаvаş аğrısı şiddәtlәndi. Bu vахt Ümmül-Fәzl pеşmаn оldu vә аğlаdı. İmаm оnа buyurdu: Niyә аğlаyırsаn? Mәni öldürәndәn sоnrа аğlаmаğının fаydаsı yохdur. Bu хәyаnәtinә görә еlә bir dәrdә mübtәlа оlаcаqsаn ki, әlаcı оlmаyаcаq. İmаmın bu qаrğışınа görә, Ümmül-Fәzlin gizli üzvündә еlә bir хәstәlik tаpıldı ki, bütün mаlını оnun müаlicәsi üçün sәrf еtsә dә, fаydаsı оlmаdı. Nәhаyәt о, çох аcınаcаqlı bir vәziyyәtdә dünyаsını dәyişdi vә Cәfәr isә sәrхоş hаldа quyuyа düşüb öldü.  
İmamət

89.İmamət
Qur’an:  
«Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.»
Hədis:  
347.İmam Əli (ə):«İmamət ümmətin (işlərinin) nizamıdır.»
348.İmam Baqir (ə):«İslam beş sütun üzərində möhkəmlənib: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şeyə vilayət qədər də‘vət olunmayıb.»
349.İmam Sadiq (ə):«Əgər bəndələr Allah tərəfindən olmayan zalım rəhbəri rəhbər kimi qəbul etsələr Allah onların yerinə yetirdikləri yaxşı əməlləri qəbul etməyəcəkdir.»
350.İmamKazim (ə):«İmamət nur və işıqdır, Allah-taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!»(ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu: Nur həmin imamdır.»
351.İmam Rza (ə):«Peyğəmbərin(s) ömrünün son ilində yerinə yetirilmiş vida həccində «Bu gün dininizi kamala yetirdim...» (ayəsi) nazil oldu. İmamət məsələsi dinin kamilliklərindəndir.»
352.İmam Rza (ə):«İmamət İslamın boy atmaqda olan təməli və onun ucaldılmış qoludur.»
353.İmam Rza (ə):«İmamət dinin cilovu, müsəlmanların işlərinin nizamı, dünyanın düzəlməsi və abadlığı, möminlərin izzət və başucalığıdır.»

90.İmamətin nübüvvətdən üstünlüyü.
Qur’an:
«(Yadına sal ki,) İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona«səni insanlara imam təyin edəcəyəm» dedi.»
Hədis:  
354.İmam Sadiq (ə):«Allah-taala İbrahimi peyğəmbərliyə seçməmişdən qabaq onu bəndəliyə götürdü və onu risalət məqamına seçməmişdən qabaq nübüvvətə çatdırdı. Həmçinin onu dostluğa seçməmişdən qabaq öz rəsulu etdi və onu öz imamı etməmişdən qabaq öz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu: Mən səni insanların imamı və başçısı təyin etdim.»

91.Höccətin (ilahi rəhbərin) zəruriliyi.
Höccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət günü insanlar bəhanə gətirib deməsinlər ki,dünyada bizə bir yol göstərən yox idi.)

355.İmam Baqir (ə) və ya İmam Sadiq (ə):«Allah yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı haqq ilə batil bir-birindən seçilməzdi.»
356.İmam Sadiq (ə):«Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb. (İmam Sadiq (ə)) sonra bu ayəni oxudu:«Öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər...»

92. Höccət tanınmış imamdır.
357.İmam Sadiq (ə):«Allahın yaratdıqlarına höccəti tanınmış imamsız bərqərar olmaz.»  

93.Bəzən höccət qorxu içində və ya naməlum olur.
358.İmam Əli (ə):«Bəli, elədir! Yer üzü Allahın yaratdıqlarına höccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu içində və naməlum – boş olmur ki, Allahın dəlil və sübutları aradan getməsin.»
359.İmam Baqir (ə):«Yer üzü imamsız – istər aşkar olsun və ya gizlin qalmır.»

94.İmam olmasa yer üzü bir-birinə dəyər.
360.İmam Sadiq (ə):«Əgər yer üzü imamsız qalsaydı bir-birinə dəyər, dağılardı.»
361.İmam Sadiq (ə):«Yer üzündə həmişə höccət mövcuddur. Çünki insanları höccətdən başqa bir şey islah etməz və yer üzünü ondan başqa bir şey abadlaşdırmaz.»

95.Hər bir ümmət öz imamı ilə çağrılacaqdır
Qur’an:  
«Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.»
Hədis:  
362.İmam Sadiq (ə):«Qiyamət günü …. Allah-taaladan nida gələr ki, kim dünya evində imama tabe olubsa, gərək onun arxasınca imamı aparılan yerə getsin. Həmin vaxt :«tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, üz döndərəcəklər.»

96.İmamı tanımaq.
363.Allahın Peyğəmbəri(s):«Kim imamını tanımamış ölsə cahiliyyət ölümü ilə ölüb.»
364.Allahın Peyğəmbəri(s):«Kim imamı olmadan ölsə cahiliyyət ölümü ilə ölüb.»
365.İmam Hüseyndən (ə) Allahı tanımaq barəsində sual soruşularkən buyurmuşdur:«Hər bir zamanın insanlarının tabe olmalı imamı tanımaları (Allahı tanımalarına səbəb olar. Çünki Allahı tanımaqla onun tərəfindən olan mə‘sum imamın tanınması arasında sıx bağlılıq mövcuddur).»  
366.İmam Sadiq (ə) «Kimə hikmət əta edilsə…. « (ayəsi) barəsində buyurmuşdur:« (Hikmət) Allaha tabe olmaq və imamı tanımaqdır.»
367.İmam Sadiq (ə):«İmam Allah-taala ilə Onun yaratdıqları arasında olan bir bələdçidir. Onu tanıyan mömin, inkar edən isə kafirdir.»
368.İmam Sadiq (ə):«Kim bizi tanımasa və bizi inkar da etməsə, o, Allahın ona vacib etdiyi hidayətə, yəni bizə tabe olmağın zəruriliyənə qayıdana kimi azğındır. Əgər o, azğınlıq halında ölsə Allah onunla özü istədiyi kimi rəftar edəcək.»
97.İmamətin şərtləri və imamın xüsusiyyətləri.
Quran:  
«Səbr etdiklərinə və bizim ayələrimizə və nişanələrimizə yəqinlikləri olduğu üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik.»
«Doğru yola yönəldən kəs ardınca getməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?»
«Allah onu sizin üçün seçmiş, elm və bədəncə ona üstünlük vermişdir.»
Hədis:  
369.İmam Əli (ə):«Bu işi (imaməti) ancaq səbr əhli olan, gözüaçıq və işlərdən baş çıxaran kəs çiyinlərində çəkə bilər.»
370.İmam Əli (ə):«İmam və rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə və coşqun qəlbə malik olsun.»
371.İmam Əli (ə):«Özünü camaatın rəhbəri etmiş kəs başqalarını öyrətməmişdən qabaq özünü öyrətməli və (başqalarını) söz ilə ədəbləndirməmişdən qabaq əməl ilə özünü ədəbləndirməlidir.»
372.İmam Əli (ə):«Allahın əmrini ( ilahi hökmün icrasında) bac verməyən, geri çəkilməyən və (şəxsi) mənafe dalınca getməyən kəsdən başqa heç kəs icra və bərpa edə bilməz.»
373.İmam Əli (ə):«İtaəti vacib olan imamın vilayətinin böyük sərhədləri bunlardır: Məlum olmalıdır ki , o səhvdən, büdrəmədən, bilərəkdən edilən günahdan,ümumiyyətlə bütün günahlardan – istər böyük olsun istərsə, də kiçik – uzaqdır, pak və müqəddəsdir.O, nə büdrəyər, nə səhv edər.O, dinin devrilməsinə heç cür qol qoymaz, heç vaxt əyyaşlıq və kef etməz, Allahın halal-haramına, Onun vaciblərinə, müstəhəbbilərinə və (digər) hökmlərində insanların ən biliklisidir,o heç kəsə möhtac deyil, amma başqaları ona möhtacdır, o insanların ən səxavətli və ən şücaətlisidir.»
374.İmam Əli (ə):«Bildiniz ki, müsəlmanların namus, can, qənimət, hökumət və rəhbərlik işlərini xəsis adama tapşırmaq olmaz. Çünki o, onların mallarına həris olar. Həmçinin nadana tapşırmaq olmaz, çünki o da öz nadanlığı nəticəsində onları azdırar. Eləcə də rəhmsiz və zülmkara! Çünki o da öz rəhmsizliyi ilə müsəlmanları möhtac olduqları şeylərdən məhrum edər. Malların bölüşdürülməsini ədalətsiz adama da tapşırmaq olmaz. Çünki o, bir dəstəyə bağışlayar, bir dəstəni isə məhrum edər. Nə də qəzavət edəndə rüşvət alana ki, camaatın hüqüqlarını tapdalayar və haqqı sahiblərinə çatdırmaqda səhlənkarlıq edər və nə də sünnəni tərk edən kəsə ki, ümməti məhvə aparar.»
375.İmam Hüseyn (ə) küfəlilərə yazdığı məktubunda buyurmuşdur: «Öz canıma and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın kitabı əsasında hökm çıxarır, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlayır.»
376.İmam Baqir (ə) imamın nişanəsinin izahında buyurmuşdur: «Halalzadə və gözəl tərbiyəyə malik olmalı və əyyaşlıqla məşğul olmamalıdır.»
377.İmam Rza (ə) imamın xüsusiyyətləri barəsində buyurmuşdur: «İmam rəhbərlikdə bacarıqlı, siyasətdən və ölkənin idarəçiliyindən xəbərdar olmalıdır.»

98.Allahın haqq rəhbərlərə vacib etdiyi şeylər.
378.İmam Əli (ə):«Allah məni öz yaratdıqlarının imam və başçısı etdi. Buna görə də mənə yeyib-içmək və geyimimdə yoxsullar kimi olmağımı əmr edib ki, yoxsul öz yoxsulluğunda mənimlə təsəlli tapsın, varlını öz zənginliyi azğınlıq və itaətsizliyə çəkməsin.»
379.İmam Əli (ə):«Həqiqətən imama Allahın onun öhdəsinə qoyduğu şeylərdən başqa heç nə vacib deyil(və onlar ibarətdir): moizə və öyüd-nəsihət verməkdə səhlənkarlıq etməməli, xeyirxahlıq istiqamətində çalışmalı, sünnəni dirçəltməli, layiq olan kəslər barəsində Allahın müəyyənləşdirdiyi ilahi hədd və cəzaları icra etməli və (beytül-maldan olan) payları payı olan kəslərə çatdırmalıdır.»

99.İmamla ümmətin qarşılıqlı haqları.
380.İmam Əli (ə):«İmam Allahın kitabı əsasında hökm çıxarmaq və əmanəti sahibinə qaytarmaq vəzifəsi daşıyır. O belə edəndən sonra camaatın vəzifəsi onun sözlərinə qulaq asmaq, əmrlərinə tabe olmaq və onları (hər hansı bir işə) çağıranda (çağırışına) cavab verməkdir.»  
381.İmam Əli (ə):«Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın.
Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir. Beləliklə, mən belə etdikdən sonra Allahın neməti sizə vacib olur və sizin mənə tabe olmağınız vacibdir.»
100.İmamlarınız sizin nümayəndələrinizdirlər.
382.Allahın Peyğəmbəri(s):«Həqiqətən sizin imamlarınız Allah yanındakı nümayəndələrinizdir. Odur ki, din və namazınızda kimləri nümayəndə olaraq göndərdiyinizə diqqət edin.»
383.Allahın Peyğəmbəri(s):«İmamlarınız sizi Allaha tərəf aparan bələdçilərinizdirlər. Buna görə də din və namazlarınızda kimə iqtida etməyinizə diqqət edin.»

101.Haqq imamdan başqasına tabe olmaq.
384.İmam Baqir (ə):«Allah-taala buyurub:«İslam rəiyyətindən kim qeyri-ilahi zalım rəhbərin hakimiyyətini qəbul etsə, ona mütləq əzab verəcəyəm.»
385.İmam Sadiq (ə):«Kim qeyri-ilahi rəhbəri imaməti Allah tərəfindən olan imamla şərik etsə Allaha şərik qoşub.»

102.Cəhənnəmə aparan rəhbərlər.
Qur’an:  
«Biz onları Cəhənnəmə çağıran rəhbərlər etdik»
Hədis:  
386.İmam Əli (ə):«Allah yanında ən pis adam özü azğın olduğu halda camaatı da azğınlığa salan zülümkar rəhbərdir. Çünki o əməl olunan sünnəni öldürür və tərk edilmiş və atılmış büd’əti dirildir. Allahın Peyğəmbərinin belə buyurduğunu eşitmişəm :«Qiyamət günü zülmkar rəhbər bir arxa və hamisi olmadan gətiriləcək. Beləliklə, Cəhənnəm oduna atılacaq və orada dəyirman daşı kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənəcəkdir.»

103.İmamət iddiaçısı.
387.İmam Baqir (ə) «Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən» (ayəsi) barəsində buyurmuşdur:«O, imam olmadığı halda «mən imamam» deyən kəsdir.»
388.İmam Sadiq (ə):«Layiq olmadığı halda imamət iddiası edən kəs kafirdir.»


104.Allah-taalaya itaət etməyən kəsə tabe olmaq olmaz.
Quran:  
«Onlar deyəcəklər:«Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.»
Hədis:  
389.Allahın Peyğəmbəri(s):«Allaha itaət etməyən kəsə tabe olmaq olmaz.»
390.Allahın Peyğəmbəri(s):«Ey Əli! Dörd şey insanın belini qırar: Özü Allaha itaət etmədiyi halda başqalarının ona itaət etdiyi rəhbər….»
391.İmam Əli (ə):«Allahın Peyğəmbəri bir qoşun göndərdi və bir nəfəri onların başçısı təyin etdi. Qoşuna onun göstərişlərinə tabe olmağı və ona itaət etməyi tapşırdı. Həmin şəxs ocaq qalayıb qoşuna özlərini onun içinə atmaq göstərişi verdi. Onların bir dəstəsi oda girməkdən imtina edərək dedi:«Biz oddan qorxuruq. Başqa bir dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın Peyğəmbərinə çatdı.» O Həzrət buyurdu:«Əgər onlar oda daxil olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu:«Allaha itaətsizlik məsələsində heç kəsə tabe olmaq olmaz, bəlkə yaxşı işlərdə (əmrə) tabe olmaq lazımdır.»

105.Hər bir zalım rəhbərin qarşısında qiyam etmək vacibdir.
392.Allahın Peyğəmbəri(s):«İslamın dəyirman daşı tezliklə hərəkətə gələcəkdir. Onda siz Quranın oxu ətrafında fırlanın. Hökmdarla Quranın bir-birinə qarşı vuruşmaları və bir-birindən ayrılmaları yaxındır. Tezliklə sizə elə şahlar hakim olacaqlar ki, sizə bir cür, özləri üçün isə başqa cür hökm edərlər. Əgər onlara tabe olsanız sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz sizi öldürərlər.»
Dedilər:«Ey Allahın Peyğəmbəri! Həmin zamanda nə edək? Buyurdu:«İsanın əshabı kimi olun.Onları oraq ilə doğradılar və dar ağacından asdılar. (Allahın) itaət(in)də ölmək günah içində yaşamaqdan daha yaxşıdır.»

106.Qiyamdan çəkinməyə səbəb olan amillər.
393.İmam Baqir (ə):«Əgər imama kömək etmək üçün «Bədr» əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir.»
394.İmam Sadiq (ə):«Ey Sudeyr! And olsun Allaha, əgər şiələrimin sayı bu keçi balalarının sayı qədər olsaydı, oturmağı rəva bilməzdim. (Sudeyr deyir:) Biz endik və namaz qıldıq. Namaz qurtaranda keçi balalarına nəzər salıb onları saydım, on yeddi baş idilər.»


107.İmamın seçilməsi.
395.İmam Mehdi (ə) Sə’d ibn Abdullah Quminin «camaat nə üçün özü üçün imam seçə bilməz?» sualının cavabında buyurmuşdur:«Həmin imam saleh əməl sahibi olacaq, yoxsa pis əməl sahibi?» Dedim:«Saleh əməl sahibi.» Buyurdu:«Onu seçənlərin heç biri onun zehnindən nələr keçdiyini bilmədiyi üçün ola bilərmi ki, həmin şəxs pis əməl sahibi çıxsın?» Dedim:«Bəli.» Buyurdu:«Səbəb budur.»

108.Səqəleyn hədisi.
396.Allahın Peyğəmbəri(s):«Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz.»

109.Əhli –beytə tabe olmağın vacibliyi.
397.Allahın Peyğəmbəri(s):«Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular.»
398.İmam Əli (ə):«Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun.»
399.İmam Əli (ə):«Bilin! Məhəmmədin (s) Əhli-Beyti göydəki ulduzlar kimidir.Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna görə də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və O, arzu etdiyiniz şeyləri sizə verib.»
400.İmam Əli (ə):«Bizik nübüvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri!»
401.İmam Əli (ə):«Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar.»
402.İmam Əli (ə):«Biz yolun ortasında olan söykənəcəyik. Geridə qalan özünü ona çatdırar və çox qabağa keçən ona tərəf qayıdar.»
403.İmam Sadiq (ə) imamların vəziyyətləri və onların xüsusiyyətlərini açıqlayarkən buyurmuşdur:«Allah onları insanların həyatı (həyat amili), qaranlıqların çıraqları, söz açarları və İslamın sütunları edib.»

110.Əhli-Beytə qarşı özbaşına davranılmasının səbəbi.
404.İmam Əli (ə):«Bizim nəsəbimiz üstün və Peyğəmbərlə (s) bağlılığımızın daha möhkəm olmasına baxmayaraq xilafət məsələsində bizimlə özbaşına və təcridedici rəftar edilməsinin səbəbi, xilafətin rəğbət bəslənilən və cazibəli olması idi. Bir dəstə həriscəsinə ondan yapışdı və bir dəstə (Əhli-Beyt) səxavətlə ondan keçdi. (Bizimlə onlar arasında) hakim Allahdır.»

111.Əhli-Beyt baxımından hökumətin fəlsəfəsi.
405.İmam Əli (ə):«Allahım! Sən özün bilirsən ki, bizdən baş verənlər nə qüdrət əldə etmək üçün aparılan rəqabətə görə idi, nə də dünya malından bir şey əldə etmək üçün. Əksinə, biz Sənin zülmə məruz qalmış bəndələrinin əmin-amanlıq və rahatlıq tapmalarını və icra edilməyən hədd və hökmlərinin yenidən icra edilməsi üçün Sənin dininin nişanələrini öz yerinə qaytarmaq və Sənin vilayətlərində abadlığı üzə çıxarmaq istəyirdik.»

112.Parçalanma qorxusu.
406.İmam Əli (ə):«And olsun Allaha əgər müsəlmanların pərakəndə olmaları, küfrə qayıtmaları və dində nöqsan yaranması qorxusu olmasaydı, imkanımız olan qədər mövcud şəraiti dəyişdirərdik.»

113. On iki imam.
407.Allahın Peyğəmbəri(s):«Nə qədər ki, camaata on iki kişi hakimdir, onların işləri qaydasında olar….. Onların hamısı Qüreyşdəndir.»
408.Allahın Peyğəmbəri(s):«Mənim canişinlərimin sayı Musanın tayfa başçılarının sayı qədərdir.»

114.İmamın elmi.
409.İmam Sadiq (ə):«Əli (ə) alim idi və elm irsi olaraq keçir. Alim öləndən sonra mütləq onun elmini və ya Allahın istədiyini bilən bir nəfər qalır.»
410.İmam Sadiq (ə):«And olsun Allaha mən Allahın kitabını əvvəldən axıra kimi elə bilirəm, sanki o mənim ovcumdadır. Quranda göy və yerin, keçmiş və gələcəyin xəbəri vardır. Allah-taala buyurub:«Quranda hər bir şeyin bəyan və izahı vardır. »
411.İmam Rza (ə):«Allah-taala bəndələrinin işlərinin idarəsi üçün birini seçəndə ona könül genişliyi verər, qəlbinə hikmət çeşmələri cari edər və ona elm və bilik ilham edər ki, ondan sonra heç bir sualda aciz və doğru yolu tapmaqda məəttəl qalmasın.»







410.İmam Sadiq (ə):«And olsun Allaha mən Allahın kitabını əvvəldən axıra kimi elə bilirəm, sanki o mənim ovcumdadır. Quranda göy və yerin, keçmiş və gələcəyin xəbəri vardır. Allah-taala buyurub:«Quranda hər bir şeyin bəyan və izahı vardır. »
411.İmam Rza (ə):«Allah-taala bəndələrinin işlərinin idarəsi üçün birini seçəndə ona könül genişliyi verər, qəlbinə hikmət çeşmələri cari edər və ona elm və bilik ilham edər ki, ondan sonra heç bir sualda aciz və doğru yolu tapmaqda məəttəl qalmasın.»









 



18

İmam Əli

115.İmam Əlini (ə) sevmək və sevməmək.
412.Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.»
413.Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.»
414.Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində möhkəmləndirsə və həmin halda onun ayağı büdrəsə (ondan bir xəta baş versə də) Qiyamət günü sirat üzərində onun qədəmini möhkəm saxlayar.»
415.Allahın Peyğəmbəri(s):«Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.»

116.Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.
416.Allahın Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.»
417.Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o müsəlmanların ağası, pəhrizkarların imamı və üzü ağların rəhbəridir.»
418.Allahın Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.» Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın rəhbəridir və Mənə itaət edənlərin işıq saçanıdır. O Mənim pəhrizkarlara yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə itaət edib.»

117.Əli mənim canişinimdir.
419.Allahın Peyğəmbəri(s):«Ey Bəni-Haşim! Həqiqətən mənim ailəm arasında qardaşım, vəsim, vəzirim və canişinim Əli ibn əbu Talibdir. O mənim borcumu ödəyir və və’dimi yerinə yetirir.»
420.Allahın Peyğəmbəri(s) Əliyə işarə edərək buyurmuşdur:«Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.»

118.Mən kimn mövlasıyamsa, Əli də onun mövlasıdır.
421.Allahın Peyğəmbəri(s):«Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.»
422.Allahın Peyğəmbəri(s):«Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.»
423.Əbdurrəhman ibn əbi Leyla:«Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm ki: Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin(s) «mən kimin mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər – durub dedilər:«Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik ki:«Mən möminlərdən daha layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu:«Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol.»

119.Əli haqq və Qur’anladir.
424.Allahın Peyğəmbəri(s):«Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.»
425.Allahın Peyğəmbəri(s):«Əli hara üz çevirsə haqq onunladır.»
426.Allahın Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.»
427.Allahın Peyğəmbəri(s):«Əli haqq və Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar.»

120.Əli Peyğəmbərin elminin qapısıdır.
428.Allahın Peyğəmbəri(s):«Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.»
429.Allahın Peyğəmbəri(s):«Mən hikmət evi, Əli onun qapısıdır.»
430.Allahın Peyğəmbəri(s):«Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.»

121.Mən və Əli bir ağacdanıq.
431.Allahın Peyğəmbəri(s):«Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.»
432.Allahın Peyğəmbəri(s) Əliyə (ə) buyurub:«Sən həm dünyada və həm də axirətdə mənim qardaşımsan.»
433.Allahın Peyğəmbəri(s):«Əli məndəndir və mən ondan.»
434.Allahın Peyğəmbəri(s):«Əli mənim üçün bədənimdəki başım kimidir.»
435.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlinin əti mənim ətimdən və qanı mənim qanımdandır.»
436.Cabir:«Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın kökü, sən onun gövdəsi, Həsənlə Hüseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.»

122.Müxtəlif hədislər.
437.Allahın Peyğəmbəri (s) Əliyə (ə):«Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.»
438.Allahın Peyğəmbəri(s) yanında hakimlik və ya xilafətdən söhbət düşən zaman buyurmuşdur:«Əgər onu Əliyə həvalə etsəniz görərsiniz ki, Əli yol göstərən və yolu tapmış bir şəxsdir və sizi doğru yol ilə aparır.»
439.Allahın Peyğəmbəri(s):«Kim Adəmin elmini, Nuhun sayıqlığını, İbrahimin səbrini, Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa ibn İmranın qəzəbini görmək istəyirsə Əli ibn əbu Talibə baxsın.»
440.Allahın Peyğəmbəri(s):«Əli möminlərin ağasıdır.»
441.Allahın Peyğəmbəri(s):«Əli dinin sütunudur.»
442.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlini incidən məni incidib.»

443.Allahın Peyğəmbəri(s):«Əli möminlərin başçısıdır, mal və sərvət isə münafiqlərin.»
444.Allahın Peyğəmbəri(s):«Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.»
445.Allahın Peyğəmbəri(s):«Əli ibn əbu Talib mənim sirdaşımdır.»
446.Allahın Peyğəmbəri(s):«Qiyamət günü nicat tapanlar Əli və onun şiələridirlər.»
447.Allahın Peyğəmbəri(s):«Əlini yada salmaq ibadətdir.»
448.Allahın Peyğəmbəri(s):« Əli insanların ən yaxşısıdır» deməyən kəs kafir olub.»

123.Həqiqətən mən….
449.İmam Əli (ə):«Həqiqətən mən sizi sizdən qabaq özüm yerinə yetirdiyim itaətdən başqa bir şeyə vadar etmir və sizdən qabaq özüm çəkindiyim günahdan başqa bir günahdan çəkindirmirəm.»
450.İmam Əli (ə):«Ay camaat! Həqiqətən mən sizin aranızda fironun adamları arasında olan Harun, həmçinin Bəni İsrailin arasında olan Hittə qapısı və Nuhun qövmü arasında Nuhun gəmisi kimiyəm. Mənəm ən böyük «xəbər» və ən böyük doğruçu. Tezliklə vəd olunduğunuz şeyi görəcəksiniz.»
451.İmam Əli (ə):«Həqiqətən mən heç vaxt müharibə və cihad meydanından qaçmamışam və mənimlə döyüşə kim gəlibsə yeri onun qanı ilə doydurmuşam.»

124.Mənəm…….
452.İmam Əli (ə):«Mənəm dünyanı xar və heç sayan!»
453.İmam Əli (ə):«Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam.Mənəm İslamda öncül, bütləri sındıran, kafirlərlə vuruşan və din düşmənlərini məhv edən!»
454.İmam Əli (ə):«Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.»
455.İmam Əli (ə):«Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi bölüşdürənəm. Mənim bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil olmaz. Mənəm «böyük ayıran» (haqq ilə batili bir-birindən ayıran), mənəm özümdən sonrakı insanların imam və rəhbəri və məndən qabaq olmuş kəs tərəfindən onu əda edən.»
456.İmam Əli (ə):«Mən Allahın elmiyəm. Mən Allahın xəbərdar qəlbi, Onun natiq dili, gözü və tərəfiyəm. Mən Allahın əliyəm.»
457.İmam Əli (ə):«Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən bütün zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə içində olan hər bir kəsin pənahgahıyam; mən möminlərin Cənnətə aparan bələdçiləriyəm; mən Allahın ən möhkəm ipi və təqva kəlməsiyəm; mən Allahın gözü , doğruçu dili və əliyəm.»
458.İmam Əli (ə):«Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə vuran ilk kəsəm.»
459.İmam Əli (ə):«Mən İslamı qəbul edən ilk şəxsəm.»
460.İmam Əli (ə):«Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.»

125.İmam Əlinin elmi.
461.İmam Əli (ə) xalq xəlifə kimi onunla bey‘ət etdikdən sonra oxuduğu xütbədə buyurmuşdur:«Camaat! Nə qədər ki, məni itirməmisiniz, soruşun, məndən sual soruşun! Çünki birincilərin və sonuncuların elmi məndədir. And olsun Allaha, əgər məhkəmə kürsüsündə otursam Tövratın davamçıları arasında onların Tövratları əsasında hökm çıxararam və ... sonra buyurdu:«Məni itirməmişdən qabaq məndən soruşun. Toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər Quran ayəsindən soruşsanız sizə onun nə vaxt kimin barəsində nazil olmasını deyərəm.»
462.İmam Əli (ə):«Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.»

126.İmam Əlinin məzlumiyyəti (zülmə məruz qalması).
463.İmam Əli (ə):«Mən Allahın Peyğəmbəri(s) vəfat edən zamandan həmişə zülmə məruz qalmışam.»
464.İmam Əli (ə):«Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs görməyib.»
465.İmam Əli (ə):«Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat valiyə zülm edir.»
466.İmam Əliyə (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o Həzrət buyurmuşdur:«And olsun Allaha siz daha hərissiniz. Siz ondan daha uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı və daha yaxınam (mən ona daha layiqəm və ya Peyğəmbərə qohumluq baxımından daha yaxınam). Həqiqətən mən öz haqqımı tələb etdim və siz mənim ona çatmağıma mane olursunuz...İlahi! Mən Qüreyşə və onlara yardım edənlərə qarşı Səndən kömək istəyirəm. Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim yüksək məqamımı aşağı hesab etdilər və mənə məxsus olan şeyə görə mənimlə vuruşmaq üçün əlbir oldular.»
467.İmam Əli (ə):«Allahın Peyğəmbəri(s) buyurub:«Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar.»
468.İmam Əli (ə):«And olsun Allaha gecəni səhərə kimi dəvətikanının üstündə oyaq qalmaq və zəncirlərlə çiyinlərimdən bağlanaraq çəkilmək mənə Qiyamət günü Allaha və Onun Peyğəmbərinə zalım kimi qovuşmaqdan daha xoşdur.......
And olsun Allaha, əgər yeddi iqlimi göylərin altında olan şeylərlə birlikdə mənə versələr ki, qarışqanın ağzından arpanın qabığını almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm!»
469.İmam Əli (ə):«Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm ki, onun ətrafına gələn onun nurundan faydalanar.»
470.İmam Əli (ə):«Allah-taalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən «böyük xəbər»i yoxdur.»
471.İmam Əli (ə):«Haqq mənə göstərilən zamandan bəri heç vaxt onun barəsində şəkk etməmişəm.»







ioooooop



19

İmamların anası – Fatimə

127.Həzrət Fatimənin adları
472.Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»
473.İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.»
474.Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.»

128.Fatimə mənim bədənimin bir parçasıdır.
475.Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»
476.Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.»

129.Fatimə dünya xanımlarının xanımıdır
477.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünya xanımlarının xanımıdır.»
478.Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır.»
479.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.»


130.Fatimə qəzəblənəndə Allah da qəzəblənir.
480.Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:«Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.»

131.Həzrət Fatimənin müsibəti.
481.İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:«Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil.»







ioooooop



20

İmam Həsən Müctəba

132.O Həzrətin imamətinin bəyanı
482.İmam Baqir (ə):«Əmirəl-möminin salavatullah əleyh, vəfatı yaxınlaşanda oğlu Həsənə (ə) buyurdu:«Yaxın gəl, Allahın Peyğəmbərinin(s) mənə dediyi sirri sənə deyim və mənə tapşırdığı əmanəti sənə tapşırım. O sonra həmin işi gördü.»

133.Həsən məndəndir, mən ondan.
483.Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.»
484.Allahın Peyğəmbəri(s):«Allahım, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev.»

134.İmam Həsənin fəzilətləri.
485.İmam Səccad (ə):«Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı.»
486.Əhməd ibn əl-Müəddəb «əl-Funun» kitabında və İbn Mehdi «Nuzhətul-əbsar»da deyir:«Bir gün Həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin.» Ravi deyir:«Həzrət miniyindən düşüb dedi:«Allah təkəbbür sahiblərini sevmir. Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi.»
487.Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir. Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.» Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi. O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.»







ioooooop



21

İmam Hüseyn

135.İmam Hüseynin dünyaya gəlməsi.
488.Fatimə əleyhəs-səlam:«Hüseyni (ə) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri(s) yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra buyurdu:«Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu «Qaimdir.»
489.İmam Səccad (ə):«Hüseyn (ə) dünyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin üçün Harun Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə) yerə endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi:«Allah-taala sənə uşağa Harunun oğlunun adını qoymağı əmr edir.» Peyğəmbər soruşdu:«Harunun oğlunun adı nə olub?» Cəbrail (ə) dedi:«Şubəyr.» Peyğəmbər buyurdu:«Mənim dilim ərəb dilidir.» Cəbrail (ə) dedi:«Uşağın adını Hüseyn qoy.»

136.O Həzrətin imaməti
490.İmam Həsən (ə):«Mənim vəfatımdan və ruhum bədənimdən çıxandan sonra Hüseyn ibn Əli (ə) imamdır. Onun Peyğəmbərin varisi olması Allahın yanında kitabda (Lövhi-məhfuzda və ya Quranda, yaxud da vəsiyyətnamədə) yazılıb və Allah-taala bu varisliyi onun ata.anasından olan varisliyə artırıb. Çünki Allah bilir ki, siz onun yaratdıqlarının ən yaxşısısınız. Buna görə də sizin aranızdan Məhəmmədi (s) seçdi və Məhəmməd (s) Əlini (ə) və Əli məni imamətə seçdi və mən Hüseyni seçdim.»

137.Hüseyn məndəndir və mən Hüseyndənəm.
491.Allahın Peyğəmbəri(s):«Hüseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O qardaşından sonra insanların ən yaxşısıdır. O müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı itaətsizlik etsə məndən deyil.»
492.Bəra ibn Azib:«Allahın Peyğəmbərini (s) gördüm ki, Hüseyni dalına mindirib və belə deyir:«İlahi! Mən onu sevirəm, onu Sən də sev.»
493.Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) də‘vət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onun ağzından öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.»
494.İbn Abbas:«Allahın Peyğəmbəri(s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir nəfər dedi:«Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu:«O özü necə gözəl süvaridir!»

138.İmam Hüseynin(ə) fəzilətləri.
495.Allahın Peyğəmbəri(s):«Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın.»
496.İmam Hüseyn (ə):«Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kə’b onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi:«Xoş gəlmisən, ey əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi:«Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!» Peyğəmbər (ə) buyurdu:«Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən imam və (qiymətli) azuqədir.»
497.İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur:«Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!»  
498.İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının digər birində buyurmuşdur:«And olsun Allaha ki, nə sizə zillət əli uzadacağam və nə də əsirlər, kölələr kimi qaçacağam.»
499.İmam Səccad (ə):«İmam Hüseynin (ə) əli ilə sağ qulağına işarə edib belə buyurduğunu eşitdim ki:«Əgər bir nəfər mənim bu qulağıma söysə və digər qulağıma üzr istədiyini bildirsə mən onun üzrünü qəbul edərəm. Çünki Əmirəl-möminin Əli ibn əbu Talib (ə) mənə babam Peyğəmbərdən (s) belə eştdiyini nəql edib ki:«Üzrü – istər yetərli olsun istərsə də yetərsiz – qəbul etməyən kəs Kövsər hovuzunun yanına daxil olmayacaq.»
500.Hüzeyfə ibn Yəman:«Peyğəmbərin Hüseynin Əlindən tutub belə buyurduğunu eşitdim ki: Ay camaat! Bu Hüseyn ibn Əlidir. Onu tanıyın. Canım (qüdrət) əlində olana and olsun ki, həm o, həm onu sevənlər və həm də onu sevənləri sevənlər Cənnətdədirlər.»
501.Şueyb ibn Əbdurrəhman Xuzai:«Təff (Kərbəla) günü Hüseyn ibn Əlinin kürəyində nəyinsə izi qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:«O, Hüseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kürəyində daşıdığı kisələrin yeridir.»  
502.Seyyid ibn Tavus «Luhuf» kitabında hədisin ravisindən nəql edir ki: Həmin vaxt Hüseyn (ə) düşməni təkbətək mübarizəyə çağırır, meydana çıxan hər bir kəsi öldürürdü. Belə ki, onlardan çoxlu sayda adam məhv etdi. O Həzrət mübarizə zamanı belə buyururdu:  
Ölüm xarlığı qəbul etməkdən daha yaxşıdır
Xarlıq Cəhənnəm oduna daxil olmaqdan daha yaxşıdır.»
Ravilərdən biri deyir:«And olsun Allaha övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra:
لا حول و لا قوة إلاّ بالله العليّ العظيم deyib öz yerinə qayıdırdı.»






  ioooooop



22

İmam Səccad

139.O Həzrətin imaməti
503.İmam Baqir (ə):«Elə ki, Hüseyn ibn Əlinin (ə) şəhadəti yaxınlaşdı, böyük qızı Fatimə binti Hüseyni (ə) çağırdı ona bağlı bir yazı və açıq bir vəsiyyətnamə verdi. Əli ibn Hüseyn elə qarın ağrısına düçar olmuşdu ki, sağ qalmasını güman etmirdilər. Fatimə həmin yazını Əli ibn Hüseynə (ə) verdi. And olsun Allaha ki, həmin yazı sonra bizə çatdı. …. And olsun Allaha ki, Adəm yaranandan dünyanın sonuna kimi Adəm övladlarının ehtiyacı olan hər bir şey həmin yazıda mövcuddur.»

140.İmam Zeynəlabidinin(ə) məqamı.
504.Allahın Peyğəmbəri(s):«Qiyamət günü bir carçı car çəkəcək ki:«Hardadır Zeynəlabidin( yəni abidlərin zinəti) ? Mən onda görəcəm ki, oğlum Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib (qabağa çıxmaq üçün) sıraları yarır.»
505.İmam Baqir (ə):«O (yəni imam Zeynəlabidin (ə)) Mədinənin yüz yoxsul ailəsinə başçılıq edirdi və yetimlərin, yoxsulların və aciz şəxslərin, həmçinin zavallı fəqirlərin onun süfrəsində oturmalarını sevərdi. O öz əli ilə onlara yemək gətirərdi və əgər onlardan ailəli olanı olsaydı, Həzrət öz yeməyindən onun ailəsi üçün aparardı. Yediyi hər bir yeməkdən əvvəl sədəqə verər, ondan sonra yeyərdi.»
506.İmam Baqir (ə):«Əli ibn Hüseyn öz malını iki dəfə Allah ilə böldü.»
507.İmam Sadiq (ə):«Atam buyurardı ki:«Əli ibn Hüseyn namaz qılanda ağac gövdəsinə oxşayırdı, küləyin tərpətdiyi hissələr istisna olmaqla qətiyyən tərpənməzdi.»
508.Təbərsi «Ə’lamul-vəra» kitabında:«Əli ibn Hüseynin (ə) kənizlərindən biri onun əlinə su tökürdü. Aftafa onun əlindən düşdü və o Həzrətin üzünü yaraladı. Əli ibn Hüseyn başını ona tərəf qaldırdı. Kəniz dedi:«Allah-taala buyurur:«qəzəbini udanlar…» Həzrət dedi:«Qəzəbimi uddum.»Kəniz dedi: «insanların günahlarından keçən...» Həzrət buyurdu:«Səni bağışladım.» Kəniz dedi:«Allah yaxşılıq edənləri sevər» Həzrət buyurdu:«Get, səni Allah yolunda azad etdim.»
509.Məhəmməd ibn Təlhə Şafii «Mətalibul-səuul» kitabında:«Əli ibn Hüseyn öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi. Evdə olanlar fəryad qoparıb «ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od!» deyirdilər. Amma Həzrət səcdə halında qalmaqda idi və nəhayət od söndü. Sonra ona dedilər:«Oda əhəmiyyət verməməyinizin səbəbi nə idi?» Buyurdu:«Axirət odu.»
510.Əbu Nəim «Hilyətul-övliya» kitabında:«Əli ibn Hüseyn bir dəstə adamla oturmuşdu. Birdən öz evindən kiminsə ölümündən xəbər verən bir arvad səsi eşitdi. Durub öz evinə getdi və sonra həmin məclisə qayıtdı. Orada olanlar dedilər:« Nəsə bir hadisə baş vermişdi? Buyurdu:« Bəli. Həmin dəstə o Həzrətə baş sağlığı verdi və onun səbrliliyindən heyrətləndi.» O Həzrət buyurdu:«Biz bir nəsilik ki, sevdiyimiz işlərdə Allaha itaətkar və təslimik, xoşəgəlməz işlərd

TagsTags: əhlibeyt 
31 December, 196931 December, 1969 12 comments Bölməsiz Bölməsiz






MİSTER HEMFERİN XATİRƏLƏRİ




(İNGİLİS CASUSUNUN E᾿TİRAFLARI)







OOO «Evro-press»
OOO «Mediцina»
ZAO «Slavяnskiй dom kniqi»
Moskva 2003







ISBN 5-8550-095-0 İzdatelьstvo
ZFO «Slavяnskiй dom kniqi»,
2003


Liцenziя na izdatelьskuю deяatelьnostь
№ 065171 ot 14.05.97 q.

Podpisano v peçatь 20. 02. 2003. Format 84\108/32. Peçatь vısokaя.
Fiz. Peç. l. 19,0. Tiraj 3000 эkz. Zakaz № 2300.

İzdatelьstvo ZFO «Slavяnskiй dom kniqi».
129327, q. Moskva, ul. Kominterna, d. 26

Opeçatano v polnom sootvetstvin s kaçestvom predostavlennıx diapozitivov na izdatelьsko-poliqrafiçeskom predpriяtii «Pravda Severa».
163002, q. Arxanqelьsk, pr. Novqorodskiй, 32
MÜQƏDDİMƏ
Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur xristian casusunun öz e`tiraflarından mə`lum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək olar:
Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə çatdırmaq;
Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi;
Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək;
Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək;
Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində kəskin qarşıdurmalar yaratmaq;
Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi e`tiraz yaratmaq;
Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s. adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti onlara doğru yönəltmək və müsəlmanların öz dini mə`lumatlarını məhz onlardan əxz etməsinə şərait yaratmaq;
Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq;
Dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq;
İslahat, tərəqqi və müasirlik iddiaları ilə müsəlmanların mədəniyyət, mə`nəviyyat, tarix və gələcəyini məhv etmək.
Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni Vəhhabi məzhəbini tə`sis etməsini misal göstərmək kifayət edər.
Bu barədə ətraflı mə`lumatı kitabın Məhəmməd Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz.
Qeyd etmək lazımdır ki, bu məzhəbin yaranmasından yüz illər keçməsinə baxmayaraq, hələ də o, imperializmin əlində paslanmayan bir silah kimi öz acı tə`sirlərini buraxmaqdadır. Düşmən qüvvələr bu məzhəb təbliğatçılarını müsəlman cəmiyyətlərinin içərisinə istiqamətləndirərək, onları hərtərəfli himayə edir, gücləndirirlər; istədikləri vaxt onları silahlı qiyama, təxribat yönlü işlərə təhrik edir və nəhayət gözlənilən vaxt gəlib çatdıqda həmin cəmiyyəti terrorçuluqda ittiham edərək, havadan, qurudan hücuma keçir; qəzəbdən od püskürür, dünyanı lərzəyə gətirirlər. Yəqin ki, bu sətirləri oxuyan hər bir şəxs son illərdə baş verən Əfqanıstan hadisəsini unutmamışdır. Heç kəsə gizli deyildir ki, “Vəhhabi Taliban” qrupu Əfqanıstana məhz Amerika, İngiltərə, İsrail və digər dövlətlərin himayəsi ilə daxil oldu; bir neçə il ən ibtidai və insani məsələlərə qarşı ifrat mövqe tutaraq müsəlmanları bütün dünyaya güldürdü; nəhayət günlərin bir günü “11 sentyarb” adlı beynəlxalq bir tamaşa hazırlamaqla öz mövqeyini kəskin şəkildə dəyişdi. Bu dəfə Əfqanıstana xilaskar ordu kimi daxil olaraq, öz əli ilə böyüdüb boya-başa çatdırdığı qanunsuz övladını (vəhhabiləri) qırıb məhv etməyə başladı; çox keçmədi ki, həmin ölkənin fatehinə çevrildi və məzlum əfqan xalqına sülh, azadlıq və demokratiyanı ərməğan gətirdi.
Tarixdə nə qədər hemferlərin olması və onların törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə mə`lum deyildir. Dəhşətlisi budur ki, onlar bu gün də müsəlmanların içərisinə soxularaq didib-parçalamaq, parçalayıb istismar etməklə məşğuldurlar. Qeyd olunan düşmənlər heç bir vaxt bizim ölkəmizi də gözdən qaçırmayıblar. Vətənimiz tarix boyu bu namərdlərin mənfur niyyətlərinin, hiylə və məkrlərinin qurbanı olmuşdur.
Qeyd olunan xəyanətlərin ən sonuncusu isə Qarabağ adlı dərdimiz, bütün vətən övladlarından öz həllini gözləyən ən ağır problemimizdir. Təcavüzkar erməni quldurları torpaqlarımızı işğal edib, xalqımıza, vətənimizə sağalmayan yaralar vurublar.
Başda Amerika və Avropa ölkələri daxil olmaqla bir çox dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar guya neçə illərdir ki, bu məsələnin həlli yollarını arayıb-axtarırlar. Amma həqiqətdə onlar bu hadisəni xalqımıza unutdurmaq və faktiki olaraq işğal olunmuş ərazilərin qanuni şəkildə ermənilərə bağışlanması yollarını araşdırırlar.
Böyük qüdrətlər vasitəçi missiyası ilə hər dəfə danışıqlar stoluna əyləşdikdə hər iki tərəfin sözünü eşitməkdə, qərar çıxarmaqda son dərəcə “ehtiyatlı” olurlar; heç bir dövlətin daxili işlərinə qarışmaq istəmirlər. Amma lazım gəldikdə, müsəlman Əfqanıstan, İraq və digər dövlətlərdə “demokratiyanı” bərpa etmək üçün təpədən-dırnağadək silahlanırlar; bir dövlətin daxili işinə qarışmaq nədir, onun köksündə od qalayırlar. Görəsən təcavüzkar və işğalçı bir dövlətlə, öz ölkəsində diktatorluq edən hakimiyyətlərin məntiqi fərqi nədədir?! Əlbəttə, onlardan birincisinin xristian, ikincisinin isə müsəlman dövləti olmasında!!!
Əziz həmvətənlilər! Artıq qəflət yuxusundan ayılmaq vaxtıdır. Düşmənlər daxildən və xaricdən ayağımızın altını qazmaqda və bizi sonu görünməyən quyuya doğru yuvarlamaqdadırlar. Hər gün öz din və mədəniyyətimizə qarşı xaricdə hazırlanıb ölkəmizdə icraya qoyulan qadağan və məhdudiyyətləri müşahidə etməkdəyik. Bir tərəfdən ardı-arası kəsilməyən missioner hücumları, digər tərəfdən isə İslami inkişafı boğmaq üçün hazırlanmış qanun layihələri, müxtəlif təşkilat və qurumlar. Qəbul olunmuş hər hansı bir qanunun missioner hərəkatına tə`sir edəcəyi və ya onların fəaliyyətini donduracağı çox gülünc bir məsələdir. ABŞ səfirinin bircə ultimatumu ilə nəinki mə`murlarımız onlara yaxınlaşa bilməz, hətta öz səhvlərini düzəltmək üçün kilsəyə gedib boyunlarından xaç da asarlar.
Görəsən Ermənistan dövləti bir müsəlman ruhanisinin Yerəvana daxil olub bircə, təkrar edirəm, yalnız bir ermənini müsəlman etməsi halına dözə bilərmi?! Əlbəttə yox! Bəs bizdə olan bu “humanistlik” və “insanpərvərlik” haradan qayanaqlanır? Dəfələrlə sübut olunub ki, Azərbaycanda fəaliyyət göstərən missioner keşişlər Ermənistanın kəşfiyyat orqanları ilə gizli əlaqə saxlayır, onlar üçün casusluq edirlər; hətta xristianlığı qəbul etmiş həmvətənlilərimizdən bir çoxlarının dolayı yollarla Ermənistana göndərildiyi, Eçmiadzin xristian məktəblərində dini təhsil alması faktı da aşkarlanıb. Başa düşmək olmur ki, bu qədər dəhşətli faktlardan sonra, qapıları taybatay açıb keşişləri ölkəmizə buraxan mə`murlar nə fikirləşirlər?! Belə çıxır ki, biz torpaqlarımızın işğal olunmasına dözməliyik, düşmənlərimizin yurdumuza ayaq açmasına dözməliyik, ağzımızın, gözümüzün içinə girib təşkilat qurmalarına dözməliyik və nəhayət dözməliyik və yenə də dözməliyik...
İ.Əliyev
Moskva - 2003
BİRİNCİ FƏSİL
Böyük Britaniyamızın əhatə etdiyi ərazilər çox genişdir. Günəş dənizlərin üzərində doğduğu kimi, dənizlərin üzərində də batar. Dövlətimizin Hindistan, Çin və Orta Şərq hissələrində hakimlik nəzarəti nisbətən zəifdir. Bu ölkələr tam mə`nada idarəçiliyimiz altında deyil. Lakin bu ərazilərdə çevik və fəal siyasət tətbiq edirik; onların hamısı əlimizə keçmək üzrədir. Burada iki mühüm amil diqqət mərkəzindədir: İşğal etdiyimiz əraziləri əldə saxlamaq və əldə edə bilmədiyimiz yerləri işğal etmək.
Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) bu iki vəzifəni yerinə yetirmək üzrə bu dövlətlərin hər biri üçün ayrıca komisiya təşkil etmişdir.
MNN-ə işə götürüldükdə, nazir e`timad göstərərək mənə Şərqi Hindistan şirkətində bir vəzifə verdi. Bu birlik zahirdə bir ticarət şirkəti idi. Lakin əsl vəzifəsi Hindistanın geniş və zəngin torpaqlarına hakim olmağın yolllarını araşdırmaq idi. Hindistanda fəaliyyət göstərmək üçün hökumətimizin heç bir çətinliyi yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı bir ölkədir. Çindən də elə bir qorxumuz yoxdur. Çünki, Çinə hakim olan Buddizm və Konfuizm dinlərinin canlanması və cəmiyyətə əsaslı tə`sir göstərməsi mümkün deyildir. Bunlar həyatla uyğunlaşmayan, artıq öz dövranını keçirmiş iki qədim və ölü dinlərdir. Bu iki ölkə xalqlarında vətənə bağlılıq və sevgi hissləri də aradan getməkdə idi; onlar bizim İngiltərə hökumətinə rahatlıq vermirdi. Bu ölkələrə sahib olmaq üçün, biz hər bir vasitədən istifadə etmək məcburiyyətində idik; həmin ərazilərdə təfriqə, cəhalət, yoxsulluq, hətta yoluxucu xəstəlikləri yaymaq üçün ardıcıl planlar hazırlayırdıq. Onların adət-ən`ənələrini təqlid etməklə öz həqiqi niyyətimizi rahatca gizlədə bilirdik.
 İslam ölkələri isə bizi həddən artıq narahat edir, planlarımızı alt-üst etməkə əleyhimizə çıxırdı. Xəstə qoca ilə (Osmanlı dövlətini nəzərdə tutur) bir neçə dəfə danışıq aparmışdıq. MNN-nin təcrübəli mütəxəssisləri bu xəstənin az bir zamanda can verəcəyini söyləyirdilər. Bu barədə İran hökuməti ilə də bir neçə dəfə gizli danışıqlar aparmışıq. Bu iki ölkədən massonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində yerləşdirmişik. Rüşvətxorluq və idarəçilik qabiliyyətinin olmaması, öz dini elmlərindən xəbərsizlikləri, gözəl qadınlarla məşğul olub, vəzifələrini unutmaları bu ölkələrinin belini qırırdı. Lakin buna baxmayaraq, aşağıda saydığım səbəblər ucbatından gözlədiyimiz nəticələri əldə edə bilmədiyimizi e`tiraf edirəm:
Müsəlmanlar İslama son dərəcədə bağlıdırlar. Hər bir müsəlman keşiş və rahiblərin xristianlığa bağlılığı qədər, hətta onlardan da artıq dərəcədə İslam dininə bağlıdır. Məsələn, keşiş və rahiblərin haqqında belə deyirlər: ”Keşiş və rahiblər öz canlarından əl çəkər, amma xristianlıqdan əl çəkməzlər”.
Müsəlmanlar içərisində ən təhlükəli dəstə İrandakı şiələrdir. Onlar başqa dinlərin ardıcıllarını kafir və murdar hesab edirlər. Şiəlik nöqteyi-nəzərindən xristianlar iyrənc bir vəziyyətdədirlər. İnsan təbiəti də fitri olaraq murdarlıq və iyrəncliyi özündən uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə əlaqədar olaraq şiələrin birindən soruşdum:
Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab verərək bildirdi ki, İslam peyğəmbəri çox dahi bir şəxsiyyət idi; o həzrət kafirlərə qarşı belə bir mə`nəvi təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və Allahın dini olan İslama gəlmələrinə nail olmaq istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda və ya onun milli mənafeyinə zidd bir insan görəndə, onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət açdığım təzyiq vasitəsi maddi deyil, mənəvi xarakter daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə şamil edilir. Hətta İranın qədim dini olan məcusiliyin ardıcılları da bizim nəzərimizdə pak deyillər.
Axı xristianlar da Allaha, peyğəmbərə və qiyamət gününə inanırlar? Bu halda nə üçün onları murdar hesab edirsiniz?
Onlar ilahi peyğəmbərlərə iftira yaxır, bu müqəddəs şəxslər haqda yaramaz sözlər söyləyirlər. Məsələn, onlar deyirlər ki, “İsa (ə) şərab içərdi, mə`lun olduğuna görə çarmıxa çəkildi” və s.
Mən dəhşət içində dedim:
Xristianlar belə deməzlər.
Sən heç nə bilmirsən, kitabi-müqəddəsdə belə yazılıbdır.
Mən susdum, mübahisəni uzatmaq istəmədim. Çünki, zahirdə özümü müsəlman kimi göstərdiyim halda bu mövqedən çıxış etməklə şübhə yarada bilərdim. Məhz bu səbəbə görə daim mübahisə və münaqişələrdən uzaq olurdum.
İslam dini bir zamanlar hakimiyyət və idarəçilik məsələsini bilavasitə öz üzərinə götürmüşdü. Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər. Bu insanlara “siz köləsiniz” demək çox çətindir. Artıq müsəlmanların parlaq keçmişi arxada qalımışdır. Bir zaman əldə etdikləri yüksəliş və məğrurluq da bə`zi şərtlərlə bəyənilmişdir. “O günlər artıq ötüb getmişdir və bir dah geri dönməz” sözlərini söyləmək də sadəlövhlük olardı.
Osmanlı imperiyasının və eləcə də iranlıların onlara qarşı etdiklərimizi duyaraq, planlarımızı alt-üst edəcəklərindən çox narahat idik. Bu iki dövlət təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki iqtidarı deyil, yalnız var-dövlət, silah və hakimiyyət sahibi olmaları bizim öz niyyətlərimizə əmin olmağa mane olurdu.
Hər bir şeydən daha artıq İslam alimlərindən qorxurduq. Çünki, İstambul, İraq, Şam və “əl-Əzhər” alimləri tədbirlərimiz qarşısında keçilməz bir sədd idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı çıxan, Qur`ani-Kərimin və`d etdiyi cənnətə daxil olmağa özlərini hazırlayan qətiyyətli insanlardır. Xalq onlara itaət edir, hətta hakim və sultanlar da onlardan qorxurdular. Sünnilər şiələr qədər alimlərə bağlı deyillər. Şiələr kitab oxumur, sadəcə olaraq alimləri tanıyır və onlara hədsiz e`timad göstərirdilər. Hakim və sultanlara layiq olduğu hörməti göstərmirdilər. Sünnilər isə çox kitab oxuyur, alimlərlə bərabər sultanlara da ehtiram bəsləyirlər.
Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün bir neçə dəfə yığıncaq təşkil etmişdik. Amma hər dəfə qarşıya həllolunmaz problemlər çıxırdı. Casuslarımızdan aldığımız hesabatlardakı nəticələr də qənaətbəxş deyildi. Lakin yenə də ümidsizliyə qapılmırdıq. Çünki biz, qarşıya çıxan hər bir problem qarşısında səbr edib dərindən düşünməyə adət etməliyik.
Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli keşişlər və MNN-nin bir neçə təcrübəli mütəxxəssisi iştirak edirdi. İclas iştirakçılarının sayı iyirmi nəfərdən artıq idi. Üç saat davam edən bu toplantıda heç bir nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mə`nəvi dəstək verərək belə dedi: “Narahat olmayın, xristianlıq üç yüz il zülmə mə`ruz qaldıqdan sonra yayıldı. Belə nəzərə çarpır ki, İsa Məsih qeyb aləmindən kömək göstərib, üç yüz il sonra olsa da, kafirləri (müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü iman və tükənməz səbirlə silahlanmalıyıq! Dünyaya hakim olmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Xristianlığı müsəlmanların arasında yaymalıyıq. Bu niyyətimizi bir əsr sonra belə həyata keçirə bilsək, çox yaxşıdır. Bilin ki, atalar övladlarının gələcək rifahları üçün çalışar”.
Bir dəfə MNN-nin Fransa və Rusiyadan olan diplomat və din adamlarının birgə konfransı təşkil olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları parçalayıb, İspaniya kimi onları da öz dinlərindən çıxararaq, imana gətirmək (xristianlaşdırmaq) məsələsi müzakirə olunurdu. Lakin əldə olunan nəticələr istənilən səviyyədə deyildi. Mən konfransdakı bütün danışıqları “İla məkət-ül Məsih” adlı kitabımda yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub məhv etmək çox çətindir. Lakin biz bu çətinlikləri asanlaşdıraraq hədəflərimizə nail ola bilərik. Biz dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə İsa Məsih buyurmuşdur. Məhəmmədə Şərqdə və Qərbdə insanların vəziyyətinin ağır olması kömək olmuşdu. O, bu vəziyyətdən istifadə edərək, kütlələri İslama də`vət etmiş və qüdrətə yiyələnmişdi. Bu gün vəziyyətin tamamilə dəyişdiyini müşahidə edirik. Ölkəmizin və digər xristian hökumətlərinin sə`yləri nəticəsində müsəlmanlar geriləməyə başlamışlar; xristianlar isə getdikcə qüvvətlənirlər. Uzun əsrlər boyunca itirdiklərimizi əldə etmək zamanı gəlib çatmışdır. Hal-hazırda İslamı məhv etmək planına Böyük Britaniya dövləti liderlik edir.
İKİNCİ FƏSİL
1710-cu ildə MNN məni müsəlmanları parçalamaq üçün gərəkli və əhəmiyyətli mə`lumatlar toplamaq və casusluq etmək məqsədilə Misir, İran, Hicaz və İstambula göndərdi. Məndən başqa doqquz nəfər də tə`yin edildi. Bizi lazım olan miqdarda pul, məxsus mə`lumatlar, dövlət adamları, din alimləri və qəbilə başçılarının adları olan siyahı ilə təchiz etdilər. Heç vaxt unudmaram ki, katib ilə mübahisə edən zaman nazir bizə belə dedi: ”Vaxtınızı faydasız mübahisələrə sərf etməyin. Dövlətimizin gələcəyi sizin bacarığınızdan asılıdır. Bu yolda var gücünüzlə çalışmalısınız”.
İslamın xilafət mərkəzi olan İstambula dəniz vasitəsilə yola düşdüm. Əsl vəzifəmdən əlavə, türk dilini mükəmməl şəkildə öyrənməli idim. Londonda olduğum zaman türk, fars və Qur`an dili olan klassik ərəb dilini öyrənmişdim. Lakin hər bir dili ədəbi qaydada öyrənmək həmin xalqın şifahi ədəbiyyatı və ümumi danışıq dilinə yiyələnməklə tamamilə fərqlənir. Bunun üçün müəyyən bir müddət lazım idi. Müsəlmanların məndən şübhələnməmələri üçün türk dilini bütün incəlikləri ilə öyrənməli idim. Şübhə doğurmamaq üçün lazım olan hər bir şeyə dəqiqliyi ilə riayət edirdim. Müsəlmanlar Məhəmməd peyğəmbər kimi açıqqəlbli, xoşniyyətli və hədsiz dərəcədə qonaqpərvər idilər. Onlar heç vaxt bizim kimi insanlardan şübhələnməzdilər. Osmanlı hökumətinə gəldikdə isə, o zaman onların əks kəşfiyyatla məşğul olan rəsmi bir təşkilatları yox idi.
Çox yorğun bir vəziyyətdə İstambula yetişdim. Adımın Məhəmməd olduğunu söylədim və müsəlmanların ibadətgahı olan məscidə getməyə başladım. Müsəlmanların nizamlı, təmiz və itaətkar olmaları çox xoşuma gəlirdi. Bir müddət öz özümə - bu zavallı insanlarla niyə mübarizə aparıram, məgər İsa Məsih bizə beləmi əmr etmişdir? – deyə düşünürdüm. Lakin tez bir zamanda bu şeytani fikirdən döndüm və öz vəzifəmi ən yüksək səviyyədə yerinə yetirəcəyimə söz verdim.
İstambulda Əhməd Əfəndi adlı yaşlı bir alimlə tanış oldum. Bu şəxsdə olan incəlikləri, səmimiyyət və insanpərvərliyi heç bir xristian keşişində görməmişdim. Bu şəxs gecə-gündüz Məhəmməd peyğəmbərə bənzəməyə çalışırdı. Onun fikrincə, Məhəmməd ən kamil və ən üstün insan idi; hər dəfə onu yad edəndə gözləri yaşarırdı. Xoşbəxtlikdən bir dəfə də olsun, kimliyimi və haralı olduğumu soruşmadı. Mənə Məhəmməd Əfəndi deyə müraciət edirdi. Verdiyim bütün suallara cavab verərək, mənə qarşı hədsiz mehribanlıq göstərirdi. Mən ona İstambula işləmək və Məhəmmədin xəlifəsinin sayəsi altında yaşamaq üçün gəldiyimi bildirmişdim və bu bəhanə ilə də bu şəhərdə qalırdım. Bir gün Əhməd əfəndiyə belə dedim:
Ata-anam ölmüşdür; qohum-qardaşım da yoxdur. Mənə onlardan heç bir miras qalmamışdır. İşləmək istəyirəm; həm dünya, həm də axtirət qazanmaq, Qur`ani-Kərim və din elmlərini öyrənmək üçün İslam Elm Mərkəzlərinə getmək fikrindəyəm.
O, bu sözlərdən çox sevindi. Əhməd əfəndinin dediklərini olduğu kimi yazıram.
“Üç səbəbdən sənə hörmət bəsləmək lazımdır:
Sən müsəlmansan; bütün müsəlmanlar qardaşdırlar.
Sən müsafirsən; Peyğəmbər (s) buyurmuşdur ki, müsafirə qayğı göstərib xidmətində durun.
Sən çalışmaq istəyirsən; hədisdə buyurulur ki, zəhmət çəkib çalışanlar Allahın dostlarıdır”.
Bu sözlər mənim çox xoşuma gəldi. Öz-özümə dedim: ”Xristianlıqda da bu kimi parlaq həqiqətlər olsaydı nə yaxşı olardı!”. Lakin həmişə təəccüb edirdim ki, bu qədər yüksək bir maarifə malik olan bir din, həyatdan bixəbər kimsələrin əlində necə də zəifləyirdi!
Əhməd əfəndiyə Qur`ani-Kərimi öyrənmək istədiyimi bildirdim. Baş üstə, sənə öyrədərəm - dedi. “Fatihə” surəsindən başladıq. Qur`ani-Kərimi oxumağa başlamazdan əvvəl dəstəmaz alır, bu işi mənə də tövsiyə edirdi. Qibləyə tərəf oturub oxuyurduq. Oxuduqlarımızın mə`nalarını da izah edirdi. Bə`zi kəlmələri oxumaqda çox çətinlik çəkirdim. İki ilin ərzində Qur`anı başdan sona qədər oxudum. Müsəlmanların dəstəmaz adlandırdıqları əməl bədənin bə`zi üzvlərini yumaqdan ibarətdir. Müsəlmanlar dəstəmazdan əvvəl dişlərini misvak adlanan bir çubuğun saçaqlı ucu ilə təmizləyirdilər. Mən isə misvakı dişlərimə vuran kimi damağım qanayırdı; bu işi görməyə məcbur idim. Çünki onlar deyirdilər ki, bu əməl bizim Peyğəmbərimizin sünnətidir. Həqiqətən sonralar dişlərim daha qanamadı. İngilislərin ağzından gələn o pis qoxu artıq mənim ağzımda qalmamışdı.
İstambulda olduğum müddət ərzində məsciddə xidmət göstərən Mərvan aldı bir şəxsin evində qalırdım. O, məndən çox az pul alırdı. Daim öz adı ilə öyünərək deyirdi: ”Mərvan, Peyğəmbərimizin səhabələrindən birinin adıdır. Oğlun olsa, adını Mərvan qoyarsan”. Axşam yeməyini Mərvan Əfəndi hazırlayırdı. Cümə günləri işə getmirdim. Həftənin qalan günlərini Xalid adlı birinin yanında günortaya qədər işlədiyim üçün, mənə işçilərinə verdiyi pulun yarısını verirdi. O da öz adı ilə öyünərək, Xalid ibn Vəlid İslamın böyük mücahidlərindən olub. Lakin II xəlifə Ömər ibn Xəttabın onu rəzil etməsi məni çox üzür –deyə dilucu gileylənirdi.
Xalid əxlaqsız və çox əsəbi bir adam idi. Amma nədənsə mənə çox inanırdı. Bəlkə də heç vaxt onun sözündən çıxmadığım üçün mənə belə bir münasibət bəsləyirdi. Təklikdə şəriət qanunlarına əhəmiyyət verməzdi. Ancaq dostlarının yanında bu kimi məsələlərə çox diqqət edərdi. Cümə namazı qılırdı, amma digər əməlləri yerinə yetirdiyini görməmişdim.
İşdən sonra zöhr namazını qılmaq üçün məscidə gələrdim. Əsr namazına qədər məsciddə olardım. Sonra Əhməd Əfəndinin evinə gedib orada iki saat ərzində Qur`ani-Kərimi, ərəb və türk dillərini öyrənirdim. Həftəlik qazancımı ona verirdim. Həqiqətən o hər şeyi çox gözəl öyrədirdi.
Əhməd əfəndi subay olduğumu bilib, qızlarının birini mənə vermək istədi. Mən isə onun bu təklifini qəbul etmədim. O çox israr etdi. Peyğəmbərin bir hədisini misal gətirərək, “evlənməyənlər mənim ümmətimdən deyil” -dedi. Mən bu hadisənin səmimiyyətimizə xələl gətirəcəyini duyub yalandan, məndə cinsi acizlik vardır, -deyə bəhanə gətirdim. Bununla da əlaqələrimizi və dostluğumuzu davam etdirdim. Bir müddət sonra Əhməd əfəndiyə vətənimə dönmək istəyimi bildirdim. O təəssüflənərək, Allah-Taala bu şəhərə din və dünyanı birlikdə vermişdir. Ata-ananın öldüyünü demişdin, qohum-qardaşın isə yoxdur. Məsləhət görürəm ki, daimi yaşayış üçün İstambulu seçəsən. O çox israr etdi, lakin Lodona getmək mənim vəzifə borcum idi. Xilafət mərkəzi haqqında geniş mə`lumat verib, yeni əmrlər almalıydım.
İstambulda olduğum müddətdə hər ay MNN-ə müşahidə etdiyim hadisələrlə əlaqədar mə`lumatlar hazırlayıb göndərirdim.
Hesabatlarımın birində yazmışdım ki, yanında şagirdlik etdiyim usta məni cinsi əlaqəyə məcbur edir, nə edim? Onlar mənə cavab olaraq, belə yazmışdılar: ”Bu iş səni hədəfə çatdırarsa, edə bilərsən”. Cavabı oxuyanda çox əsəbləşdim, sanki dünya başıma fırlandı. Bu kimi hadisələrə İngiltərədə təbii baxıldığını bilirdim. Lakin mənə bu işlərdə əmr olunacağını ağlıma belə gətirməzdim. Nə etməli, suyu son damlasına qədər içmək məcburiyyətindəyəm. Odur ki, susaraq, öz vəzifəmi yerinə yetirdim.
Əhməd əfəndi ilə vidalaşanda gözləri yaşardı: ”Oğlum, Allah-Taala yardımçın olsun! Bir də İstambula qayıtsan, yəqin ki, mənim öldüyümü görərsən; onda məni xatırla, ruhuma bir “Fatihə” surəsi oxu! İnşallah, qiyamət günü Peyğəmbərin hüzurunda görüşərik”. Mən də çox kövrəldim, gözlərim yaşardı. Lakin vəzifə borcu şəxsi hisslərimdən daha üstündür.
ÜÇÜNCÜ FƏSİL
Əməkdaşlarım məndən əvvəl Londona dönərək, MNN-dən yeni əmrlər almışdılar. Doqquz əməkdaşımdan yalnız beş nəfəri geri dönə bilmişdi. Katiblərin dediyinə görə, qalan dörd nəfərdən biri müsəlman olub Misirdə qalmışdı; lakin sirri açmamışdı. İkincisi Rusiyaya gedərək orada qalmışdı; o, əslən Rusiyalı idi və onun Rusiya casusu olduğu güman olunurdu. Üçüncüsü Bağdadda vəba xəstəliyinə tutularaq vəfat etmişdi. Dördüncüsü Yəmənin Cəna şəhərindən bir ilə qədər məlumat göndərmiş, sonradan əlaqə kəsilmişdi. Nazirlik dörd nəfərin aradan getməsini fəlakət kimi qəbul edirdi. Biz əslən vəzifələri böyük, sayı az bir millətik. Hər bir nəfərimiz gərəklidir.
Mə`lumatlar katibliyə təqdim edildikdən sonra nəticələri araşdırıb şərh etməkdən ötrü iclas çağırıldı. İclasda mənim mə`lumatlarım tənqid olundu. Lakin ümümi nəticəyə görə üçüncü yerdə idim. Birinci yeri əməkdaşım Georgi Bilqaydi, ikinci yeri isə Henri Fansi qazanmışdı. Mən türk və ərəb dillərini, Qur`ani-Kərimi və şəriəti mükəmməl şəkildə öyrənmişdim. Lakin Osmanlı dövlətinin zəif nöqtələrini göstərən mə`lumat hazırlaya bilməmişdim. İki saat qədər davam edən iclasdan sonra bu bacarıqsızlığımın səbəbini soruşanda, mən onlara belə dedim:
Mənim əsl vəzifəm Qur`anı, şəriəti və dili öyrənmək idi. Başqa işlər üçün vaxt tapa bilməmişdim. Ancaq növbəti səfərimdə mütləq sizi razı salacağam.
Katib:
Şübhəsiz sən müvəffəq olacaqsan! Amma sənin birinci olmanı istərdim. Hemfer, gələcək səfər üçün iki mühüm məsələdə məs`uliyyət daşıyırsan:
1. Müsəlmanların zəif nöqtələrini müəyyən edib, qarşıdurma yaratmaq üçün onları qruplara bölmək...! Düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur!
2. Bunları etdikdən sonra ümumi proqramı mərhələ-mərhələ həyata keçirmək.
Bu işləri bacarıb yerinə yetirsən, nazirlik tərəfindən xüsusi mükafatlara layiq görüləcəksən.
Londonda altı ay qalıb əmim qızı Mariya ilə evləndim. O zaman mənim iyirmi iki, onun isə iyirmi üç yaşı var idi. Mariya orta savadlı, mədəni və çox gözəl bir qız idi. Həyatımın ən unudulmaz anlarını onunla keçirdim. Yoldaşım hamilə idi; onun azad olmasını gözləyirdik ki, elə bu vaxt İraqa getmək əmrini aldım. Övladımın dünyaya gəlməsini gözləyərkən, bu əmrin gəlməsi məni çox sarsıtdı. Ancaq vətənə xidmət üçün verdiyim and, əməkdaşlarımı ötüb keçərək məhşurlaşmaq həvəsi atalıq hisslərimi üstələdi. Buna görə də tərəddüd etmədən əmri qə`bul etdim. Mariya uşağın dünyaya gəlməsi üçün qayıtmağımı istədi; lakin onun sözlərinə əhəmiyyət vermədim. Vidalaşdığımız gün ikimiz də ağladıq. Yoldaşım mənə - əlaqəni kəsmə, mən də sənə qızıl kimi qiymətli, yurdumuzla əlaqədar məktublar yazacağam - dedi. Bu sözlər qəlbimdə fırtına yaratdı, az qala səfəri təxirə salacaqdım. Lakin hisslərimi cilovlaya bildim. Mariya ilə vidalaşıb son tə`limat almaq üçün nazirliyin binasına getdim.
Artıq altı ay idi ki, İraqın Bəsrə şəhərində idim. Bu şəhər əhalisinin bir hissəsi sünni, digər bir hissəsi isə şiə idi. Müxtəlif tayfaların məskunlaşdığı Bəsrə şəhərində ərəblər və farslar əksəriyyət təşkil edirdi; burada xristianlar da var idi. Həyatımda ilk dəfə şiə və farslarla burada qarşılaşmışdım. Sözə başlarkən, az da olsa sünni və şiələrdən danışmaq yerinə düşərdi. Mənim gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim mə`lumatlara əsasən deyə bilərəm ki, Əli xəlifə olmaq üçün tələb olunan yüksək sifətlərə malik bir dahi şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm. Ancaq Hüseynin övladlarının Məhəmməd (ə) tərəfindən necə xəlifə tə`yin olunması mənim üçün şübhəlidir. Ona görə ki, Məhəmməd (ə) peyğəmbər idisə, gələcəkdən xəbər verməsi yalnız Allah-Taalanın bildirməsi ilə mümkündür (İsa Məsihin zühur edəcəyini deməsi kimi). Lakin Məhəmmədin peyğəmbərliyi biz xristianlara görə şübhəlidir. Müsəlmanların onun peyğəmbərliyinə dəlil və sübutları çoxdur. Bunlardan biri də Qur`andır; Qur`anı oxudum, həqiqətən çox yüksək bir kitabdır. Hətta Tövrat və İncildən də yüksəkdir. Bəhs olunduğu mövzular, qanunlar, nizamlar, əxlaq və s. çox dolğun şəkildə ifadə olunub. Məhəmməd kimi yazıb-oxumaq bacarmayan bir şəxsin belə bir uca kitabı necə gətirdiyinə heyrət edirəm. Görəsən o, bu cür düşüncə, zəka və əxlaqa necə malik olmuşdur? Məhəmmədin peyğəmbərliyi barədə olan həqiqətləri əldə etmək üçün daim araşdırmalar aparırdım. Bir dəfə Londonda keşişlərdən birinə bu mövzu ilə əlaqədar sual verdim. Cavab təəssübkeşlik və qərəzli mövqedən verildiyi üçün qane olmadım. Türkiyədə olduğum müddətdə Əhməd əfəndiyə də bu sualı vermişdim. Lakin o da qənaətbəxş cavab verməmişdi. Məndən şübhələnərək casus olduğumu bilməsinlər deyə, əlavə sual da verə bilməmişdim. Mən Məhəmmədə məhəbbət bəsləyirəm. Şübhəsiz o, kitablardan oxuduğumuza görə, Allahın peyğəmbəridir. Lakin mən xristian olduğuma görə, hələ də onun peyğəmbərliyinə iman gətirməmişəm. Sözsüz o, mənim tanıdığım dahilərin ən dahisidir.
Sünnilər isə peyğəmbərin vəfatından sonra xilafətə Əbu Bəkr, Ömər, Osman və Əlini layiq görməkdədirlər. Bu ixtilaflar bütün dinlərdə, xüsusən də xristianlıqda çoxdur. Sünnilərin nəzərlərinə görə, xəlifələrin vəfatında sonra xilafət mövzusunda mübahisə aparmağın heç bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə müsəlmanlar keçmiş günlərini yox, bu günü fikirləşməlidirlər.
Bir gün MNN-də sünni və şiə ixtilaflarından söz açaraq dedim: “Müsəlmanlar həyatdan bir şey anlasaydılar, aralarındakı sünni-şiə ixtilaflarını aradan aparıb, birləşərdilər”. Əməkdaşlarımdan biri sözümü kəsərək, sənin vəzifən bu ixtilafları qızışdırmaqdır. Onları birləşdirmək haqqında düşünmək yox! -dedi.
İraq səfərindən əvvəl katib mənə ixtilaflar mövzusunda öz fikirlərini izah edərək dedi: “Cənab Hemfer, unutma ki, Allah-Taala Habil və Qabili yaratdıqdan sonra insanlar arasında təbii ixtilaflar vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam edəcəkdir. Növbəti səfərdəki vəzifən bu ixtilafları mükəmməl şəkildə öyrənib, topladığın mə`lumatları nazirliyə ötürmək və çalışıb bu ixtilafları qızışdırmaqdır. Bu işləri görə bilsən, İngiltərəyə ən böyük xidməti etmiş olarsan. Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dünya dövlət-lərində və xüsusilə müsətəmləkələrimizdə bu cür fitnə-fəsad və təfriqələr salmaq məcburiyyətindəyik. Osmanlı dövlətini də yalnız bu üsullarla yıxa bilərik. Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə müsəlmanların zəif nöqtələrini araşdır və tap! Bil ki, Osmanlı və İran dövləti hal-hazırda ən zəif dövrlərini yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı ədalətlə idarə edənlərə qarşı üsyana sövq etdirməkdir. Tarix boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata keçmişdir. Müsəlmanların vəhdətini pozub zəiflət-dikdən sonra onları asanlıqla məğlub edə bilərik”.
DÖRDÜNCÜ FƏSİL
Bəsrəyə gəldikdən sonra bir məsciddə yerləşdim. Məscidin axundu sünni məzhəbindən olan Şeyx Ömər Tai adlı bir ərəb idi. Onunla tanış olub söhbət etdikdə, məndən şübhələnərək sorğu-suala tutdu. Mən vəziyyətdən çıxmaq üçün - türkiyəliyəm, İğdır bölgəsindən. Əhməd əfəndinin tələbəsiyəm, -dedim. Bir neçə cümlə də türk dilində danışdım. O, gözləri ilə işarə edərək kənarda dayanmış bir şəxsi yanına çağırdı. O da mənimlə türk dilində bir az danışdı və bu dili yaxşı bildiyimi dedi. Onu şübhəli fikrindən döndərdiyim üçün çox sevindim. Lakin bir neçə gündən sonra hiss etdim ki, o mənim türk casusu olduğumu zənn edir. Daha sonra həmin ruhani ilə xəlifə tərəfindən tə`yin olunan vali arasında kəskin ədavət olduğunu öyrəndim. Şeyx Ömərin məscidindən uzaqlaşmaq məcburiyyətində qaldım. Yaxınlıqda olan bir mehmanxanaya köçdüm. Mehmanxananın sahibi Mürşid adlı axmaq bir adam idi. Hər səhər azan vaxtı olmamış gəlib qapını möhkəm-möhkəm döyəcləyirdi. Mən də durub azan verildikdən sonra namazımı qılırdım. Bir gün də gəlib belə dedi:
Namazdan sonra mütləq bir saat Qur`an oxumalısan.
Dedim: Qur`an oxumaq İslamda vacib əməl deyil, niyə israr edirsən?
Cavabında dedi: Namazdan sonra yatmaq mülk sahibinə bədbinlik gətirər.
Onun bu əmrini yerinə yetirmək məcburiyyətində qaldım. Belə etməsəydim, yəqin ki, o məni mehmanxanadan çıxara bilərdi. Odur ki, hər gün sübh namazından sonra bir saatdan çox Qur`an oxumalı olurdum.
Başqa bir gün də əsəbi halda otağıma gələrək dedi:
Sən bu evə gələndən sonra mənim işlərim düz gətirmir. Sən çox uğursuz adamsan. Sənin bu cür olmağın, evli olmadığına görədir. Ya evlənəcəksən, ya da mənim mehmanxanamı tərk edəcəksən.
Dedim: Mənim evlənmək üçün lazım olan miqdarda pulum yoxdur.
Əhməd əfəndi üçün gətirdiyim bəhanəni Mürşidə deyə bilmədim. Çünki o, həqiqətən məni soyundurub yoxlaya biləcək dərəcədə kobud adam idi. Sonra o, bir Qur`an ayəsi ilə sözünü davam etdirdi: Ey zəif imanlı insan! “Sən yoxsulsansa, Allah səni öz lütfi ilə zənginləşdirər.”(Nur surəsi, ayə 32). Sən məgər bu ayəni oxumamısan? Mən lap çaşıb qaldım:
Bəli eşitmişəm. Mən evlənəcəyəm, lakin sən mənə bu iş üçün lazım olan miqdarda pul verməyə hazırsanmı? Və ya mənim üçün çox xərc tələb etməyən bir qız tapa bilərsənmi?
Mürşid bir az fikirləşdikdən sonra dedi:
Mən heç nə bilmirəm, ya rəcəb ayının əvvəlinə qədər evlənəcəksən, ya da buranı tərk etməlisən!
Rəcəb ayının əvvəlinə isə 25 gün qalmışdı. Bir baqqal dükanında işə düzəldim və Mürşidin mehmanxanasını tərk etdim. Yemək-içmək və yatacaq yerim dükan sahibinin üzərinə düşdü; çox az bir məvaciblə razılaşdım. Rəcəb ayı gəlməmişdən əvvəl əşyalarımı həmin dükana gətirdim. Baqqalın adı Abdürriza idi. O, xorasanlı şiə, özü də mərd bir adam idi. Mənimlə öz oğlu kimi davranırdı. Onun yanında olduğum müddətdə fürsətdən istifadə edib fars dilini öyrənməyə başladım. Hər gün əsr namazından sonra iranlı şiələr onun yanına toplaşaraq siyasətdən, iqtisadiyyatdan danışar və bir çox mövzularda söhbətlər edərdilər. Onlar həm öz hökumətlərini, həm də İstambuldakı xəlifəni çox tənqid edərdilər. İçəri yad bir adam daxil olan kimi tez söhbəti dəyişərdilər. Lakin mənə çox e`timad bəsləyirdilər. Sonradan anladım ki, türk dilini bildiyim üçün mənim azərbaycanlı olduğumu zənn edirmişlər.
Bizim baqqal dükanına bir dəliqanlı cavan gəlib-getməyə başladı. O, dini dərs oxuyan tələbə qiyafəsində idi. Ərəb, fars və türk dilini bilirdi. Adı Məhəmməd ibn Əbdülvəhhab Nəcdi idi. Bu gənc son dərəcə çılğın, yüksəkdən danışan və əsəbi bir adam idi. Osmanlı hökumətini pislədiyi halda, İran hökumətinin əleyhinə danışmazdı. Onun Abdürriza ilə dostluğunun bir neçə səbəbi var idi. Birincisi, onların hər ikisi İstambul xəlifəsinə müxalif idilər. Lakin sünni Əbdülvəhhabın şiə Abdürriza ilə necə dostluq etməsi mənim üçün çox maraqlı idi. Sonradan gördüm ki, bu şəhərin şiələri sünnilərlə zahirdə mehriban davranırlar. Bu şəhərin əhalisinin əksəriyyəti həm ərəb, həm də fars dillərini bilirdi. Türk dilini bilənlər də az deyildi. Əbdülvəhhab Nəcdi zahirən sünni idi. Sünnilərin çoxu bir yerə yığışdıqda, şiələrin arxasınca danışardılar. O isə öyrəndiyimə görə, heç vaxt şiələr haqda pis söz deməzdi. Hətta sünnilərə qarşı idi. O, əhli sünnətin dörd məzhəbdən ibarət olmasını qəbul etmirdi və deyirdi ki, Allahın kitabında məzhəblər haqda heç bir dəlil yoxdur; o, həqiqətdə hədislərə də heç bir əhəmiyyət vermirdi.
Dörd məzhəb məsələsinə gəlincə, sünnilər arasında Məhəmməd peyğəmbərin vəfatından bir əsr sonra bu dörd alim - Əbu Hənifə, Əhməd ibn Həmbəl, Malik ibn Ənəs və Məhəmməd ibni İdris Əş-Şafei meydana çıxdı. Bə`zi xəlifələr də bu dörd alimdən birinə təqlid etməyi vacib bilmişdilər. Sünni məzhəbinə görə bu dörd alimdən başqa heç bir şəxs Qur`ani-Kərimdə ictihad edə bilməz. Yə`ni, onun ümumi qanunlarından faydalanmaqla xüsusi hökmlər çıxara bilməz. Bu fərman müsəlmanların elm və düşüncə qapılarının bağlanmasına səbəb olmuşdur. İctihada qoyulan qadağa İslamın durğunlaşması səbəbi kimi göstərilir. Lakin şiələr öz məzhəblərini yaymaq üçün bu vasitədən (ictihaddan) çox gözəl istifadə etmişlər. Bir zamanlar şiələrin sayı sünnilərin onda biri qədər deyildi. Lakin indi onlar da çoxalmış və sünnilər qədər olmuşlar. Bu təbii bir məsələdir; Həqiqətən, ictihad bir silaha bənzəyir ki, İslam fiqhini, yə`ni şəriət elmini inkişaf etdirir, Qur`ani–Kərim və Peyğəmbərin sünnətində olan hökmləri aşkarlayır. İctihada qoyulan qadağa isə onu dar bir çərçivədə saxlayır və düşüncə qapılarını onların üzünə bağlayır. İctihad olmadıqda İslam qanunları zamanın tələblərinə cavab verməz. Sənin silahın çürük, düşmənin təchizatı isə mükəmməldirsə, məğlubiyyət talehinə məhkumsan. Zənn edirəm yaxın gələcəkdə sünni mütəfəkkirləri də ictihad qapısını açacaqlar, əks təqdirdə, bir əsirdən sonra onlar azalacaq, şiələr isə əksəriyyət təşkil edəcəklər. Dörd sünni məzhəbinin iman və inancları bir-biri ilə eynidir. Onların arasında olan fərq yalnız ibadətlərin incəliklərindədir.
Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən bir gənc idi. Qur`anı və sünnəni anlamaqda hissə qapılırdı. Təkcə öz zamanındakı şəxsiyyətlərin deyil, dörd məzhəb alimlərinin baxışlarını və hətta Əbu Bəkr və Ömər kimi səhabələrin nəzərlərini də qəbul etməzdi. Onun dəlili bu idi ki, Peyğəmbər demişdir: “Mən sizin aranızda Qur`anı və sünnəni əmanət qoyub gedirəm”. Deməmişdir ki, mən sizin aranızda Qur`anı, sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm. O, hər kəs mövcud olan məzhəbi baxışlara, səhabə və alimlərin söylədiklərinə nə qədər müxalif olsa da, Qur`ana və sünnəyə tabe olmalıdır! -deyirdi.
Əbdürrizanın evində Məhəmməd Nəcdi ilə orada qonaq olan Şeyx Cavad adlı qumlu bir şiə aliminin arasında mübahisə oldu. Şeyx Cavad dedi:
Əlinin müctehid olduğunu qəbul etdiyin halda, niyə ona tabe olmursan? Həqiqətən, Əli də Ömər və başqa səhabələr kimidir. Məhəmməd Nəcdi:
Onların sözü höccət ola bilməz. Yalnız Qur`an və sünnət höccətdir.
Şeyx Cavad:
Peyğəmbərimiz, mən elmin şəhəri, Əli isə qapısıdır, -dediyinə görə Əli ilə digər səhabələr arasında fərq qoymaq lazım deyilmi?
Məhəmməd Nəcdi:
Əlinin sözü höccət olsaydı, Peyğəmbər - mən sizin aranızda Qur`anı, sünnəni və Əlini əmanət qoyub gedirəm - deyərdi.
Şeyx Cavad:
Bəli, məşhur bir hədisdə Peyğəmbər (s) - Allahın kitabını və əhli-beyti əmanət qoyub gedirəm – deyə buyurmuşdur. Əli isə əhli-beytin ən böyüyüdür.
Məhəmməd Nəcdi Peyğəmbərin bu kimi bir hədis buyurduğunu inkar etdi. Şeyx Cavad da onu əsaslı dəlillərlə susdurdu. Lakin Məhəmməd Nəcdi e`tiraz edərək:
Siz Peyğəmbərin - mən sizin aranızda Allahın kitabını və əhli beytimi əmanət qoyub gedirəm, - dediyini iddia edirsiniz. Bəs, o həzrətin sünnəsi harada qaldı?
Peyğəmbərin sünnəsi Qur`anın izahıdır. O həzrət - Allahın kitabını və əhli-beyti əmanət qoyuram –deyə buyurmuşdur. Allahın kitabı dedikdə, Peyğəmbərin sünnəsi də nəzərdə tutulur.
Əgər əhli-beytin sözləri Qur`anın izahıdırsa, onda hədislərin izahına nə ehtiyac vardır?
Həzrəti Peyğəmbər vəfat etdiyi zaman onun ümməti zamanın ehtiyaclarına cavab verəcək bir Qur`an təfsirinə ehtiyac duyurdular. Buna görə də, Həzrəti Peyğəmbər ümmətinə lazım olan Qur`anın əsl mə`nada təfsir edən əhli beytə tabe olmağı əmr etmişdir.
Bu mübahisə mənim çox xoşuma gəldi. Məhəmməd Nəcdi Şeyx Cavadın qarşısında aciz qalaraq susdu. Mən axtardığımı Məhəmməd Nəcdidə tapmışdım. Həqiqətən onun alimlərə hörmətsizliyi, dörd xəlifəyə əhəmiyyət verməməsi, Qur`anı və sünnəni anlamaq barədə müstəqil baxışa sahib olması, onu ovlayıb əldə saxlamaq üçün ən zəif nöqtələr idi. Bu məğrur gənc hara, İstambuldakı Əhməd əfəndi hara? O, əzəmətli bir dağa bənzəyirdi ki, heç bir güc onu yerindən tərpədə bilməzdi. O, hər dəfə Əbu Hənifənin adını zikr edəndə dəstəmaz alardı. Buxarinin hədis kitabını əlinə dəstəmazsız götürməzdi. (Sünnilər bu kitaba həddən artıq ehtiram bəsləyirlər). Məhəmməd Nəcdi Əbu hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm” deyirdi.
Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tə`rifləyirdim; bir dəfə dedim: “Sən Ömər və Əlidən daha böyüksən. Peyğəmbər həyatda olsaydı, səni öz canişini tə`yin edərdi. Mən İslamın sənin əlinlə yeniləşib yüksələcəyini görürəm. İslam dinini dünyaya məhz sən yaya biləcəksən!”
Mən onunla birgə başqa təfsirlərə müxalif bir Qur`an təfsiri yazmaq qərarına gəldim. Qur`anı oxuyaraq, bə`zi ayələr üzərində bəhs edirdik. Bu işdən məqsədim onu tam azdırmaq idi. O da mənim e`timadımı qazanmaq, özünü inqilabçı kimi göstərmək üçün fikirlərimi mə`muniyyətlə qə`bul edirdi.
Bir dəfə ona dedim:
Cihad hökmü vacib deyildir.
-Allah, ”kafirlərlə vuruşun” dediyi halda, necə vacib deyildir?
-Elədirsə, bəs nəyə görə Allah “kafirlərlə və münafiqlərlə cihad et” dediyi halda, Peyğəmbər münafiqlərlə cihad etmədi? Ancaq kafirlərə qarşı iyirmi yeddi dəfə cihad etdi. Bu bütün kitablarda yazılmışdır. Münafiqlər isə müsəlman kimi görünürdülər. Gündüzləri Peyğəmbər məscidində Rəsuləllahla bir yerdə namaz qılardılar. O həzrət onları tanıyırdı, lakin heç vaxt onlara deməmişdi ki, siz münafiqsiniz. Onları öldürsəydi, özünə iman gətirmiş şəxsləri öldürmüş olardı. Buna görə də münafiqlərlə söz ilə cihad edirdi. Qu`randa “Kafirlərlə və münafiqlərlə cihad edin!” deyildikdə, onun mə`nası açıqlanmır. Vacib olan cihad mal və sözlə də həyata keçirilə bilər. Peyğəmbər kafirlərlə döyüşdüyü halda, münafiqlərə nəsihət edirdi.
-Peyğəmbərin dil və ya qılıncla cihad etməsinin heç bir fərqi yoxdur.
-Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla?
-Nəzərə al ki, Peyğəmbər kafirlərlə müharibə etmişdir.
-Peyğəmbər cihad yox, özünü müdafiə etmişdir. Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər.
Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək məqsədi ilə belə dedim:
Mənim nəzərimə görə, siğə İslamda qanuni bir hökmdür.
Caiz deyildir.
Nisa surəsinin 24-cü ayəsində Allah-Taala belə buyurmuşdur: “Onlardan faydalanacağınız halda, razılaşıb mehriyyələrini verin”.
Ömər Peyğəmbər zamanında mövcud olan iki məsələni qadağan etdi və ”Bu işi edəni cəzalandıracağam!” -dedi.
Sən həm özünü Ömərdən elimli sanırsan, həm də onun əmrlərinə tabe olursan. Ömər demişdi ki, Peyğəmbər bu işləri halal buyurmuşdur, mən onları qadağan edirəm. Peyğəmbərin əmrini buraxıb Ömərin sözünü tutursanmı? O, cavab vermədi. Anladım ki, məğlub oldu. Həmin ərəfədə Məhəmməd Nəcdinin qadın istədiyini və onda cinsi məsələlərə qarşı kəskin hisslərin baş qaldırdığını bilirdim. Özü də subay idi. Ona dedim ki, gəl hər ikimiz müvəqqəti nigahla evlənib özümüzə bir qadın tapaq; bu yolla bir qədər dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və həmin qadına adının bildirilməməsini xahiş etdi. Bəsrədə müsəlman gəncləri əyləndirib, azğınlığa sövq etdirmək üçün nazirlik tərəfindən göndərilən xristian qadınlar var idi. Mən onların yanına getdim. Məsələni birinə danışdım, o da qəbul etdi. Adını Səfiyyə qoydum. Nəcdini onun evinə gətirdim. Bir həftəlik müvəqqəti nigahla razılaşdılar; o, Səfiyyəyə mehriyyə olaraq, bir az qızıl verdi. Səfiyyə onu çox ustalıqla ələ aldı. Həqiqətən, Məhəmməd Nəcdli ictihad və fikir azadlığı bəhanəsi ilə şəriət hökmlərinə qarşı çıxmağın nəfsani istək olduğunu duymuşdu.
Müvəqqəti nigahın üçüncü günü şərabın haram olmadığına dair uzun-uzadı mübahisə etdik. O, nə qədər şərabın haram olduğuna dair Qur`an ayəsi və hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim:
Yezidin, ümumiyyətlə əməvi və abbasi xəlifələrinin hamısının şərab içmələri hamıya mə`lumdur. İndi özünü onlarla müqayisə et, gör onlar düz yoldadırlar, yoxsa sən? Şübhəsiz ki, onlar Qur`anı və sünnəni səndən daha yaxşı bilirdilər. Qur`an və sünnədən şərabın haram olduğunu yox, məkruh olduğunu anlamışlar. Yəhudi və xristianların kitablarında da şərabın halal olduğu yazılmışdır. Bütün dinlər Allahın əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə nazil olana qədər içmişdir. Əgər şərab haram olsaydı, Peyğəmbər onu cəzalandırardı. Şərab haram olmadığına görə də, Peyğəmbər onu cəzalandırmadı (Ömər şərab haram edilməmişdən əvvəl şərab içərdi. Ayə nazil olandan sonra isə əsla şərab içmədi).
Bə`zi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq içər və deyərmiş ki, əgər sərxoş etmirsə, haram deyildir.
Ömərin bu mövzuda fikirləri doğrudur. Çünki Qur`anda belə buyurulmuşdur: “Şeytan şərab və qumar ilə aranıza ədavət toxumu səpər; sizi Allahın zikrindən və namazdan uzaqlaşdırmaq istəyər. Artıq bunlardan uzaqlaşmaq vaxtı deyilmi?”
Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır.
Məhəmməd Nəcdi ilə olan bu mübahisəmizi Səfiyyəyə danışdım və ona bərk-bərk tapşırdım ki, Məhəmmədə doyunca şərab içirtsin. Səhərisi gün Səfiyyə dedi ki, o, şərabı içdi, hələ üstəlik mənimlə oynadı da.
Beləliklə, Səfiyyə ilə birlikdə Məhəmməd Nəcdini yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri ilə vidalaşdığım zaman mənə belə demişdi: “Biz İspaniyanı kafirlərdən (müsəlmanlardan) içki və zina ilə aldıq. Bu vasitələrlə başqa torpaqlarımızı da azad edəcəyik!”. Onun bu sözlərinin nə qədər həqiqət olduğunu indi başa düşürəm.
Bir gün Məhəmməd Nəcdi ilə oruc tutmaq barədə söhbətə başladım:
-Qur`anda, “Oruc tutmanız sizin üçün daha xeyirlidir” yazılmışdır. Bu əməlin vacib olması barədə heç bir şey yazılmamışdır. Elə isə oruc İslamda vacib deyil, sünnətdir!
O, bu fikrimə e`tiraz edərək:
-Məni dinimdən çıxarmaqmı istəyirsən?
Din qəlbin təmizliyidir, başqasının haqqına təcavüz etmək yox. Allah-Taala Qur`ani-Kərimdə də bu barədə belə buyurmuşdur: “Rəbbinə həmd (zikr) etməklə, səcdə edənlərdən ol! Ölüm gəlib çatınca Rəbbinə ibadət edənlərdən ol”. Bu ayədən belə nəticə əldə edilir ki, namazı qılmaqda məqsəd Allahı anmaqdır. Namaz əvəzinə Allahı yad etmək də olar.
-Bəli, bə`zi mötəbər şəxslər olubdur ki, namaz əvəzinə Allahı yad etməklə məşğul olmuşlar. Onun bu sözlərinə çox sevindim. Ona belə bir fikri aşılamaq üçün çox çalışmışdım. Axır ki, onun fikrini dəyişdirə bildim. Sonralar gördüm ki, o, namaza əhəmiyyət vermir. Bə`zən qılır, bə`zən də qılmırdı. Xüsusilə də sübh namazlarını qılmazdı. Mən də gecə yarısına qədər onu söhbətə tuturdum ki, sübh namazına dura bilməsin. O da yorularaq yatırdı. Yavaş-yavaş Məhəmməd Nəcdinin iman libasını çıxarmağa başladım.
Bir gün Peyğəmbər haqqında da onunla bəhs etmək istədim. Lakin bu mövzu ona pis tə`sir göstərdi. Əsəbləşərək, bir də bu mövzuda söhbət açsan, səndən uzaqlaşacağam -dedi. Buna görə də mən susdum. Qorxdum ki, bir anda bütün müvəffəqiyyətim heç olar. Sünnilikdən və şiəlikdən ayrı bir yol tutmağını təklif etsəm də, o, bu sözümə əhəmiyyət vermədi. Lakin Səfiyyənin vasitəsi ilə onu ələ almağı bacardım. Aramızdakı soyuqluğu aradan aparmaq üçün bu hiyləyə əl atdım:
Peyğəmbərimiz səhabələrini bir-birinə qardaş etmişdir, elə deyilmi?
Bəli, elədir.
İslamın hökmləri müvəqqətidir, yoxsa davamlı?
Əlbəttə ki, davamlı.
Peyğəmbərimizin halalı qiyamətə qədər halal, haramı isə haramdır. Elə isə gəl, səninlə qardaş olaq.
Nəcdi də mə`muniyyətlə razılaşdı. O gündən sonra ondan ayrılmadım. Səfərə də birlikdə gedirdik. Ona çox hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini onunla keçirdim. Yaxşı ki, əkdiyim ağac öz bəhrəsini verməyə başlamışdı. Hər ay MNN-ə fəaliyyətimlə əlaqədar yeni mə`lumatlar göndərirdim. Gələn cavablar cəsarətverici və təşviqedici idi. Məhəmməd Nəcdi cızdığım yolla addım-addım irəliləyirdi. Mənim vəzifəm ona istiqlal və hürriyyət verib, yeni-yeni şübhələr aşılamaq idi. Ona bu işdə müvəffəqiyyət qazanacağını söyləyir və tə`rifləyirdim.
Bir gün ona yuxu gördüyümü söylədim: “Dünən gecə Peyğəmbərimizi yuxuda gördüm. (Peyğəmbərin ruhanilərdən eşitdiyim əlamətlərini təsvir etdim.) O, bir kürsüdə oturmuşdu. Ətrafında da tanımadığım alimlər var idi. Siz içəri daxil olduqda üzünüzdən nur saçırdı. Peyğəmbərə yaxınlaşanda o, ayağa durub alnınızdan öpərək belə dedi: “Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən”. Sən isə, “Ya Rəsuləllah, mən elmimi insanlara açmağa qorxuram” dedin. Peyğəmbər cavabında dedi: “Sən dahisən, heç nədən qorxma!” Məhəmməd Nəcdi bu yuxunu eşitdikdən sonra sevincindən sanki uçurdu. Bir neçə dəfə doğru deyib-demədiyimi soruşdu. Mən də onu əmin edərək, bu yuxunu həqiqətən gördüyümü söylədim. Zənn edirəm ki, Nəcdi elə o gündən yeni bir məzhəb yaratmaq qərarına gəldi.
BEŞİNCİ FƏSİL
Məhəmməd Nəcdi ilə çox səmimi və yaxın olmuşduq. Bu günlərdə şiələrin dini-elmi mərkəzi olan Kərbəla və Nəcəf şəhərlərinə getmək üçün Londondan əmr gəlmişdi. Məhəmmədlə görüşüb Bəsrədən ayrılmaq məcburiyyətində qaldım. Lakin bu cahil və yolunu azmış şəxsin gələcəkdə yeni bir firqə yaradacağını və onun İslam dinini daxildən parçalayıb dağıdacağını düşünəndə hədsiz dərəcədə sevinirdim. Yaranacaq bu azğın firqənin inanclarını şəxsən özüm hazırladığıma görə fərəhlənirdim.
Əli ibn Əbutalib Nəcəfdə dəfn edilmişdir. Nəcəfdən bir neçə kilometr aralıda Əlinin xilafət mərkəzi olan Kufə şəhəri yerləşir. Həzrəti Əli öldürüldükdə, oğlanları Həsən və Hüseyn onu Kufədən kənarda, hal-hazırdakı Nəcəf şəhərində dəfn etmişdilər. Bundan sonra Nəcəf inkişaf edib böyüməyə başlamışdı. Şiə alimləri Nəcəfə toplaşmış, orada mədrəsələr qurub ali-dini təhsil ocaqları yaratmışdılar. İstambuldakı xəlifənin onlara münasibəti bir neçə səbəbə görə pis idi:
İrandakı şiə hökuməti Nəcəfdəki şiələri dəstəkləyirdi. Xəlifə də onların işlərinə qarışırdı. Hər iki dövlətlər arasında münasibətlər gərginləşmiş, hətta hər dəqiqə belə müharibə baş verə bilərdi.
Nəcəf ətrafında şiələri dəstəkləyən çoxlu silahlı tayfalar var idi. Silahları və dəstələri nizamlı ordu şəkilində olmasa da, xəlifənin ordusu ilə döyüşmək imkanında idilər.
Nəcəfdəki şiə alimləri Hindistan, Afrika və bütün dünyadakı şiələrin ən ali dini müraciət yerləri idi. Bütün dünya şiələri bu şəhərdə yerləşən müctehidlərin bircə fətvası ilə ayağa qalxıb üsyana başlaya bilərdilər.
Peyğəmbərin qızı Fatimənin oğlu Hüseyn ibn Əli Kərbəlada şəhid edilmişdir. İraq əhalisi Mədinəyə məktub yazaraq imam Hüseyni özlərinə xəlifə seçmək üçün bu şəhərə də`vət etmişdilər. O, ailəsi ilə birlikdə Kərbəla torpağına yetişdikdə, iraqlılar öz və`dlərinə xilaf çıxaraq, Şamda oturan Əməvi xəlifəsi Yezid ibni Müaviyənin əmri ilə ona qarşı vuruşmuşdular. Hüseyn (ə) ailəsi ilə birlikdə İraq ordusuna qarşı şəhid oluncaya qədər qəhrəmancasına döyüşmüşdü. O gündən sonra şiələr Kərbəlanı ruhani bir mərkəz olaraq, qəbul etmiş və hər yerdən oraya gəlib

31 December, 196931 December, 1969 11 comments qurtuluşumuz-İSLAM qurtuluşumuz-İSLAM

Universitetdən etiket

Dünya yaman dəyişdi. O qədər çox yaşım olmasa da, uşaqlıqda gördüyüm günlər hara, bu gün hara! Hələ dünya ədəb oxunda fırlandığı zaman orta məktəbdə ibtidai sinif müəllimim  öyrədərdi:
Vətənimiz Azərbaycan! Dinimiz İslam! Kitabımız Quran! Millətimiz Azəri türkü!
Bütün bunlardan əlavə müəllim bizə gözəl davranış qaydaları, əxlaq öyrətmişdi. O bizə söyüşün, etikadan kənar danışığın pisliyini açıqlayardı. Deyərdı ki,  söyüş problem həll etmir, problem yaradır. Söyüş söymək ən böyük ədəbsizlikdir. Öyrədərdi ki, böyüyə qarşı ehtiramsızlıq  iyrənc, mənfur bir işdir. İnsanlarla gözəl davranmağı tövsiyə edərdi. Deyərdi ki, hər gün dünənə nisbətən daha gözəl davranın...  Doğrudan da, çox müdrik şəxs imiş qədrini bilmədiyimiz o insan. Allah ona rəhmət etsin!
Bu gün müəllim adı daşıyan bəzilərini gördükdə insan əxlaqlı, mənəviyyatlı müəllimləri yada salıb heyfsilənir.
Müəllim! Sizin müqəddəs adınızı qəsb etmiş bəzi ağzınatəmizlər öz əxlaqsızlıqları ilə  bu şərəfli adı ləkələyir. Bilirsinizmi bu gün sizin yerinizi kimlər tutub?! Bilsəydiniz çətin ki, müəllim adına sahib çıxardınız. Bilsəydiniz ki, bu gün ləyaqətsiz tiplər bu adı necə ləkələyir, sözsüz ki, dözə bilməzdiniz. Ürəyiniz partlayardı. Siz alicənablıqla yaşayıb, dünyanızı şərəflə dəyişdiniz. Özünüzdən sonra gözəl əxlaqla yad olundunuz, xatirələrdə yaşadınız, sevildiniz. Amma... Ad çəkməmək olmur! Ağalarlar (Azərbaycanda bir universitet müəllimi) ləyaqətsiz həyat sürüb, xeyir adsız öləsidir. Onu xatırlayan da özündən müştəbeh, ədəbsiz bir insan kimi xatırlayasıdır. Universitetdə  müəllim postu tutub ibtidai tərbiyədən xəbərsizlər sizdən fərqli olaraq, şagirdlərə ədəbsizlik virusu keçirir. İnşaallah, əksəriyyət bu müəllim adını ləkələyənlərin təsirinə düşməyəcək.
Amma canım müəllim, mənim hələ də sizin adınıza böyük hörmətim var. Çünki bu ad mənə insanlığı, alicənablığı xatırladır. Sözsüz ki, bu gün də sizin kimi uca insanlar var. Əgər olmasaydılar, Allah-taala bu dünyanı Ağalar kimilərin başına çevirərdi. Necə ki bağban gülə su verəndə qanqal da bu sudan içib qürrələnir. Qürrələn, ay Ağalar, qürrələn. Əgər gözəl insanlar olmasaydı sizin kimilərə görə Allah-taala dünyanı yaşatmaz, ruzi-bərəkət nazil etməzdi. Sizi yuxarıda müəyyən baxımdan qanqala bənzətdim. Amma indi  vicdan əzabı  canımı sızıldadır. Bilirsiniz niyə? Axı qanqal da bir dərdə dəyir, onun da nəsə faydası var. Vicdanım məni məcbur edir ki, sizi qanqala bənzətdiyim üçün qanqaldan üzr istəyim. Amma siz nə bilirsiniz vicdan nədir, yaxud da vicdan əzabı! Siz nə bilirsiniz ədəb, mənəviyyat, müəllim adının şərəfi nədir?! Bilsəydiniz "Alma qəzeti"nə müsahibənizdə ağzınızdan bu cür ədəbsiz sözlər çıxarmazdınız. Azəri xalqı baxsın ki, onun övladına bu gün kim dərs deyir. Bir küçə adamının dilə gətirmədiyi sözü universitet müəllimi səkkiz milyona yaxın xalqın gözü qrşısında mətbuata çıxarır. O küçə adamı sözsüz ki, Ağaların yerinə olsaydı bu sözü işlətməyə utanardı, həya edərdi. Amma Ağalar nə bilir utanmaq, həya nədir? Oxuculardan üzr istəyirəm. Üzr istəyirəm ona görə ki, Ağaların işlətdiyi etikadan kənar sözü vurğulamalıyam. Onun müsahibəsindən haqqyolu.com saytının seçib işıqlandırdığı cümlələri sizə təqdim edib və gücümüz həddində bu yalan ittihamlara cavab verməyə çalışacağıq. Bu işdə Allah-taaladan kömək diləyirik.

Ağalar Məmmədov: Problem ondadır ki, İslam bizim tapıntımız, bizim yaradıcılığımız deyil...

Cavab: İslamın nə dərəcədə ali bir din olduğundan xəbəriniz olsaydı İslamın insan tapıntısı və yaxud insan yaradıcılığı  ola bilməsindən danışmazdınız. Nəinki İslam bizim tapıntımız deyil, İslam heç bir bəşərin, hətta peyğəmbərin də tapıntısı və ya yaradıcılığı deyil. Heç bir insan bu gücdə deyil. O (İslam), qadir və hikmətli Allah-taala tərəfindən  nazil olunmuş səmavi dindir.

Ağalar Məmmədov: İslamın bizə gətirdiyi yaxşı pisdən azdı, apardığı yaxşı pisdən çoxdu.

Cavab: Sözsüz ki, sizin kimi mənəviyyatdan xəbərsizlərə nəsə gəlməyib. Necə ki Qurani-kərim buyurur: "Onun (Quranın) maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz." ("Vaqiə" surəsi, 79-cu ayə) Siz o qədər qəlbiqara insansınız ki, İslamın gözəlliklərini görəsi qəlb gözünüz kor olub. Amma insanlar İslamda gözəllik görməsəydilər dünya İslama üz tutmazdı. Hər gün dünənlə müqayisədə müsəlmanların sayı artmaqdadır. Bu proses xüsusilə Avropa ölkələrində gedir. İslam dini insanlara çox gözəllik gətirib. Pislikləri aradan qaldırıb. Siz xəbərsizsiniz.

Ağalar Məmmədov: İslam dini bizim üçün vahimə mənbəyidir və elə də qalacaq...

Cavab: Sözsüz ki, yalançılar üçün həqiqət vahiməlidir. Amma belə qalmayacaq. Batil əhlini Allah-taala cəzalandıracaq.

Ağalar Məmmədov: Klassik poeziyamıza gəldikdə, Nitsşenin xristianlığı lənətləyib, hərdən İsa haqqında xoş sözlər deməsi kimi, bizim Nəsimilər, Füzulilər də Məhəmmədə öz sevgilərini tez-tez izhar etsələr belə, normativ dini öz əsərlərində heç vaxt vəsf etməyiblər, məsələn, onlar heç vaxt deməyiblər ki, ay namaza dombalmaq, (müəllimdən gözlənilməyən ədəbsizlik) sən necə də gözəlsən...

Cavab: Nizami, Füzuli, Nəsimi və digərləri sizin kimi ədəbsiz olmayıb ki, belə ədəbsiz sözlər işlətsin. Necə ki Nəsimi öz şerində sizin fikrinizi sizdən fərqli olaraq ədəbli surətdə nəsrə çəkərək, həzrət Muhəmməd (s) və həzrət Əlidə (ə) cəmlənən həqiqətlər qarşısında baş əyərək deyir:

Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli!

Ağalar Məmmədov: İslam təkcə bizi yox, bütün Şərqi miskin edib...

Cavab: Əlbəttə İslama düşmən Amerika, sionizm və qərb həmişə müsəlmanlara təcavüz etmiş və onları inkişafdan saxlamışdır. Amma siz və həmfikirləriniz, dünyapərəstlər inkişafı var-dövlət, texnologiya və digər oxşarlarında gördüyünüz üçün şərqin qərbdən əxlaq və mənəviyyatda çox üstünlüyündən xəbərsizsiniz. Sözsüz ki, Qərb və Amerika əxlaq, mənəviyyat və insanlıqda şərqdən miskindir. Necə ki kütləvi qırğın silahlarından da ilk dəfə ABŞ istifadə etmişdir. O, Yaponiyanın Xerosima və Naqasaki şəhərlərinə atom bombası atmışdır. Meyarlarınıza ən böyük meyarı, insanlığı da əlavə edin.

Ağalar Məmmədov: Cənnət vədinin özü insanları əxlaqsız edir...

Cavab: Bu sizdən eşitdiyim ən gülməli cümlə oldu. Cənnət vəd olunur əxlaqlı, gözəl, əməlisaleh insanlara. Allah-taala əks təqdirdə, yəni insanlar əxlaqsız olarlarsa onlara cəhənnəm vəd edir. Sizin heç ibtidai İslam anlayışınız yoxdur.  Əlavə, oğru elə bağırdı, döğrunun bağrı yarıldı!

Ağalar Məmmədov: Məhəmməd tacir şüurunda idi, Quranı da ticari prinsiplər üzərində yazdırıb...

Cavab: Allah-taala həzrət Məhəmmədə Qurani-kərimdə buyurur: "Sən əzəmətli əxlaq sahibisən." ("Qələm", 4) Bu Qurani-kərimin ayəsidir. Quran mənəviyyat okeanıdır. Bu ayə həzrət Məhəmməd (s) barəsində nazil olmuşdur. Ayədə peyğəmbərin gözəl tacir olduğu yox, onun necə əzəmətli əxlaqa, mənəviyyata sahib olduğu açıqlanır. Məhəmmədin (s) tacir şürunda olmasını, Quranın ticarət prinsipləri üzərində yazılması iddianızı bu ayə batil edir. Quran mənəvi bir kitabdır. Həzrət Məhəmməd (s) isə bəşəriyyətin ən kamil insanıdır.

Ağalar Məmmədov: İslam insanları mənəvi baxımdan əsla saflaşdırmır...

Cavab: Saflaşmanı müşahidə etmək üçün insan gərək saflığı anlamaq, dərk etmək gücündə olsun. Siz özünüz mənəviyyat deyəndə nəsə anlasaydınız, sözsüz ki, mənəviyyata çağıran İslam dininə qarşı belə yersiz iddia etməzdiniz. Bilirsiniz, kor dünyanı qaranlıq görürsə, bu günəşin problemi deyil.

Ağalar Məmmədov: Dini baxımdan hətta cənnətlik adam alverçi, qorxaq və həris adamdır...

Cavab: Qurani-kərim cənnətlik insanları Allaha-taalaya iman gətirənlər kimi qələmə verir. Cənnətlik, nicat tapan, imanlı insanlarda cəmlənən sifətlər bərəsində Qurani-kərimin "Əsr" surəsinin 3-cü ayəsində buyurulur: "Yalnız iman gətirib saleh əməl edən, bir-birinə haqqı və səbri tövsiyə edənlər..." İslam dini  saleh əməli, haqq danışığı, çətinliklər qarşısında səbri cənnət əhlinə məxsus sifətlər kimi tanıtdırdığı halda siz alverçi, qorxaq, həris insanları ya məlumatsızlığınızdan, ya da sifarişlə cənnətdə təsəvvür edirsiniz.

Ağalar Məmmədov: İslami dəyərlər, daha doğrusu, dəyərsizliklər bizdə bərqərar olub...

Cavab: Sizin özünüzdə sözsüz dəyərsizliklər bərqərardır. Dəyərli insan yuxarıda qeyd etdiyimiz qeyri-əxlaqi kəlməni işlətməzdi. Gəlin öz dəyərsizliyinizi İslamın ayağına yazmayın.

http://islammektebi.org/index.php?co=1&option=com_content&view=article&id=457&writers=1&writer=72

 

31 December, 196931 December, 1969 5 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

Və ya qılıncın İslamı

İslam ərəblərin dini kimi yaranmışdır. Başlanğıcda Quran ümumbəşəri mesaj deyildi. Sonrakılar Muhamməd peyğəmbərin missiyasını genişləndirdilər. Tezisimi əsaslandırmaq üçün gəlin, Quranın özünə və İslam tarixinin bəzi məqamlarına yenidən nəzər salaq...

Fussılət surəsi: 3-cü ayə: "(Bu, elə bir kitabdır ki) Onun ayələri ərəbcə anlayan bir qövmə izah edilmişdir". Eyni surənin 44-cü ayəsində isə deyilir ki, əgər biz Quranı başqa bir dildə versəydik, onda deyəcəkdilər: ərəbə də başqa bir dildə kitab olar? Hadid surəsi, 26-cı ayədə isə belə deyilir: "And olsun ki, biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi də, kitabı da onların nəslinə verdik". Buradan belə çıxır ki, semit (yəhudi-ərəb) peyğəmbərlər silsiləsinin və kitablarının türklərə, kürdlərə, talışlara, farslara, ləzgilərə və s. heç bir dəxli olmamışdır, yoxdur. Yaxud da, Əl-Bəqərə surəsinin 132-ci ayəsində deyilir: "Bunu (müsəlmanlığı -A.M.) İbrahim də öz oğullarına vəsiyyət etdi, Yaqub da: Oğullarım! Allah sizin üçün bu dini seçdi" Eyni surənin 133-cü ayəsində isə belə deyilir. "onda Yaqub öz oğullarına: Məndən sonra kimə qulluq edəcəksiniz, demişdi. Onlar sənin və babaların İbrahim, İsmail və İshaqın Allahı olan vahid Allaha qulluq edəcəyik, biz ancaq ona təslim olmuşuq" dedilər.
Burada azərbaycanlı oxucu bilməlidir ki, bu şəxslərin adları (İbrahim, İsmail, Yaqub və s.) bizə tanış gəlsə də, onların bizimlə heç bir tarixi-mifik-etnik əlaqəsi yoxdur. Sadəcə olaraq bizim dinimizi dəyişdirəndən sonra, adlarımızı da dəyişdiriblər. İndi İbrahim bizim qonşumuz, İsmail dostumuz, Yaqub qohumumuzdur.
Tarix elmində semitlərin üç peyğəmbəri qeydə alınır: Musa, İsa, Muhamməd. Amma ərəblər özləri inanırlar ki, daha üç peyğəmbəri olub ki, onlar şəriət gətiriblər. Bunlar Adəm, Nuh və İbrahim peyğəmbərdir. İsmail İbrahimin oğludur. Rəvayətə görə, onlar ata-bala Məkkədə Kəbənin təməlini atıblar. İshaq da İbrahimin oğludur, o, atası 120 yaşında olanda doğulub. Yəhudilər və ərəblər bu şəxsləri özlərinin ulu babaları, mifik əcdadları sayırlar. Onların qoyduqları qayda-qanunları isə "din" hesab edirlər. Təxminən biz "atalar sözləri" adı verdiyimiz kəlamların ulu babalarımız tərəfindən bizə miras qoyub getdiklərinə inandığımız dünyagörüşü kimi. Yaxud belə də demək olar: Dədə Qorqudun yaponlara nə qədər dəxli varsa, Adəmin, İbrahimin, İsmailin və sonrakıların da bizə o qədər dəxli var. Məgər ərəblər və yaxud yəhudilər bizim Dədə Qorqudu öz dədələri sayırlar?
Rad surəsi, 7-ci ayədə deyilir: "sən (söhbət Muhəmməd peyğəmbərdən gedir-A.M.) Sadəcə xəbərdarlıq edənsən. Hər millətin bir yol göstərəni var". Diqqətinizi "millət" anlayışına cəlb edirəm. "Millət" dini-şər'i anlayış olub, qərblilərin nasion anlayışına qəti uyğun gəlmir. Quranda "millət" din, adət mənasında işlədilir. Eyni dinə, adətə (şəriətə) mənsub olanlara millət deyilir. Aydındır ki, məzmun etibarilə "millət" "ümmət" anlayışına uyğun gəlir.
Məlumdur ki, hələ İslamdan çox-çox əvvəl Məkkə şəhəri həm ticarət, həm də dini mərkəz idi. Karvan yollarının kəsişməsində yerləşən bu bazar-şəhər dünyanın dörd bir yanından gələn informasiyalardan xəbərdar olurdu. Cahiliyyə dövrü kimi xarakterizə edilən İslamdan əvvəlki dövrün poeziya nümunələrindən də öyrənə bilirik ki, ərəblər o dövrdə xristianlığı, iudaizmi, atəşpərəstliyi tanıyırdılar. O dövrdə Məkkədə savadlı olmaq üçün təbii ki, öz məzunlarına diplom və ya şəhadətnamə kimi bir şey verən, sistemli tədrisatla məşğul olan xüsusi məktəblər yox idi, amma əvəzində karvansaralarda gecədən sübhədək danışılan nağıllar, rəvayətlər vardı, şeir məclisləri vardı, "informasiya daşıyıcısı" rolunu oynayan tacirlərin nəql etdikləri sərgüzəştlər vardı və nəhayət müxtəlif dinlərə inanan insanların söhbətləri vardı. O dövrün savadlısı belə məclislərin dinləyicisinə, oralarda danışılanların bilicisinə deyilirdi. Ona görə də, "Muhamməd peyğəmbər savadsız olub" fikri korrekt deyildir. Əgər savadlı olmaqdan yazı yazmaq və oxumaq nəzərdə tutulursa, hə, ola bilsin ki, peyğəmbər bunu bacarmayıb. Ancaq o da nəzərə alınmalıdır ki, yazı ərəblərdə ta qədimdən bəri mövcud olsa da (bunu tək-tək adamlar bacarırdı), bütövlükdə yazı mədəniyyəti onlarda VIII əsrdən başlanır. Mənə Muhamməd peyğəmbərin yazı-pozu işini bilməməsi də inandırıcı görünmür. Çünki xatırlayaq ki, Xədicə öz ticarətinin bütün idarəsini və hesabdarlığını 20-25 yaşlarında gənc Muhammədə, gələcəyin peyğəmbərinə tapşırmışdı.
Ərəblər Məkkəyə təkcə ticarət üçün yox, həm də ziyarət üçün gəlirdilər, Kəbənin ziyarəti üçün. (Yeri gəlmişkən "həm ziyarət, həm ticarət"in, ümumiyyətlə müqəddəsliklə alverin eyni beşikdə böyüməsi İslamın sonrakı inkişafında təsiredici rol oynadı). Ərəblər Məkkəyə Həcc ziyarəti üçün gəlirdilər. Hələ İslamdan əvvəl! Ərəblərin bu adəti sonra dinlərində də öz sabit yerini tutdu.
İslamın arabizm olduğunu Quranın ərəb həyat tərzindən doğulduğuna dair faktlar sübut edir.
O dövrdə ərəblər qəbilələr halında birləşmişdilər. Hər qəbilənin öz bütü, öz ləhcəsi, mənafeyi vardı. Aralarında tez-tez müharibələr, o cümlədən qan və qisas davaları olurdu. Bir qəbilə üzvünün öldürülməsinə cavab kimi, qatili öldürmək, ya ölənin qohumlarının, ya da ölənin qəbilə üzvlərinin şərəf vəzifəsi sayılırdı. Dişə-diş, qana-qan intiqam üsulu eynilə Qurana da keçmiş, saxlanmışdır. Oxuyaq. Bəqərə surəsi, 178-ci ayə: "Ey iman edənlər. Öldürənlərin qisasını almaq vacib hesab edildi. Azad şəxsə azad, köləyə kölə, qadına qadın"
Sonra. Məlumdur ki, İslamdan qabaq ərəblər bütpərəst idilər və onların dini təsəvvürlərində cin, şeytan, pəri kimi vahiməli, qorxulu obrazlar mövcud idi. Bu obrazların funksiyası qorxutmaq idi. Qorxudaraq çəkindirmək isə Quranın işlək üsullarından biridir. Eş-Şura surəsinin 7-ci ayəsində Muhamməd peyğəmbərin vəzifəsi Məkkədə və ətrafında yaşayanları qiyamət gününün dəhşəti ilə qorxutmaq kimi müəyyənləşdirilmişdir.
Başqa bir məsələ. "Ərəb" səhra adamı deməkdir. Səhra küləyi və qızmar isti üzündən onların gözləri iri, rəngləri ağ olmurdu. Hələ cahiliyyə dövrünə aid şeirlərdə qadın gözəlliyi irigözlülük və ağüzlülük ilə vəsf edilirdi. Çünki belələri az-az tapılırdı. İndi Quranda oxuyuruq: Saffat surəsi, 48 və 49-cu ayələr: (Cənnətdə möminlərin) "Yanlarında gözəl baxışlarını ancaq onlara zilləmiş iri gözlü hurilər vardır. Onlar gün dəyməmiş yumurta kimi ağappaqdırlar".
Bundan əlavə, məlumdur ki, ərəblər daim su qıtlığı və sərinlik həsrəti çəkmişlər. Quranda isə ərəb təkcə qorxudulmur, eyni zamanda onun ən həsrətli arzularına xitab edilir. Oxuyaq. Fəcr surəsi, 12-16-cı ayələr: "Orada (cənnətdə) daimi axan bulaqlar, taxtlar, düzülmüş qədəhlər, yasdıqlar, sərilmiş xalılar var".
Daha başqa bir xüsus. Ərəblər ildə bir dəfə Məkkəyə Həcc ziyarətinə gələndə, tikiş vurulmadan, yundan hazırlanmış paltarları geyəndə və bir də Həccdən qayıdanda evlərinə qapılarından yox, evin arxasında sırf bu məqsədlə açılmış xüsusi oyuqdan sürünə-sürünə evə daxil olmağın onlara uğur gətirəcəklərinə inanırdılar. Necə ki, bizim Novruzda od qalayıb, üstündən hoppanmağımız kimi. Bu adəti ləğv etmək üçün Allah Muhamməd vasitəsilə ərəblərə ayə göndərir (hə, məhz ərəblərə!). Oxuyaq. Bəqərə surəsi, 189-cu ayə: "yaxşı hərəkət evinizə arxasından daxil olmaq deyildir Evinizə qapısından girin, Allahdan qorxun, inşaallah, nicat taparsınız". İndi mən XXI əsr azərbaycanlısından soruşuram, vicdanınızla deyin, "evinizə arxadan deyil, qapısından daxil olun" əmrinin sizə nə dəxli var? Bəyəm bu, bizim mədəniyyətin tarixidir? Bizim Novruzda yumurta döyüşdürməyimizin ərəbə dəxli var məgər?
İslamda əsbabı-nüzul, Quran ayələrinin gəlmə səbəbləri deyilən bir anlayış var. Yəni hər bir ayə o dövrün şərtləri üçün, sırf ərəblərə hesablanmışdır. Mənim zənnimcə, Muhamməd peyğəmbər də bu iddiada olmuşdur. Lakin sonrakı vəziyyət, siyasi İslam onun əsil missiyasını genişləndirərək, zədələdi.
Məsələn, məlumdur ki, Muhamməd peyğəmbər Quranda "xətmül-ənbiya" kimi xarakterizə edilir. "Xətm" ərəb dilində həm təsdiqləyici möhür, həm də son mənası daşıyırdı. "Ənbiya" isə nəbilər, yəni peyğəmbərlər deməkdir. "Xətmül-ənbiya"nı iki cür anlamaq olardı: 1. Muhamməd peyğəmbər özündən əvvəlki bütün semit peyğəmbərlər silsiləsinin təsdiqləyici möhürüdür və yaxud da, 2. O, sonuncu peyğəmbərdir. Sonrakılar ikinci mənanı qabartdılar. (Hansı din öz peyğəmbərinə sadiq qalıb ki?) Çünki Muhamməd peyğəmbərin ölümündən sonra, qəbilələrarası siyasi-ideoloji konfliktlər, mərkəzi hakimiyyətə tabe olmaq istəməyənlər və ən əsası özünü yeni peyğəmbər elan edənlər ortaya çıxdı. "Xətm" sözünün "son" mənası bu vaxtdan etibarən siyasi İslam tərəfindən vurğulanmağa başladı. Bəlkə də "xətm" sözündə "son" mənası əvvəlcə heç yox idi, sonradan konnotativ məna kimi uyduruldu. Əks təqdirdə belə çıxır ki, özünü peyğəmbər elan edənlər dəli olmuşdular.
İslam mədəniyyəti nə "kərtənkələ qızardıb yeyən ərəblər"in (Firdovsi) ibtidai mədəniyyətindən, nə də Qurandan yarandı. Bu mədəniyyət bizim, farsların, yunanların, hindlilərin, misirlilərin, qədim Mesopatomiyanın mədəni abidələri hesabına formalaşdı.
İslam dini heç vaxt könül xoşluğuyla ya da daha güclü dəlillərin təbii qalibiyyətiylə yayılmamışdır. O, həmişə əvvəlcə işğal etmiş, sonra siyasi hakimiyyət qurmuş, ardından da cizyə kimi təzyiqlər vasitəsilə bərqərar olmuşdur. İslamın qılıncla yeridilməsi Muhamməd peyğəmbərin ölümündən sonra daha geniş vüsət aldı. Heç kimə sirr deyil ki, Muhamməd peyğəmbər tarixdə qılınc tutmuş yeganə peyğəmbərdir.
Hələ Muhamməd peyğəmbərin sağlığında İslamın qəbul etdirilməsinə dair maraqlı bir fakt. Çox hörmətli professorumuz hacı V. Məmmədəliyev yazır ki, 630-cu ildə Həvazin qəbilələrinin 20 minlik ordusu Muhamməd peyğəmbərin 12 minlik ordusu ilə döyüşdə məğlub olduqdan sonra, Həvazin qəbilələrinin komandanı Malik bin Ovf əsir düşmüş arvadını və uşaqlarını xilas etmək üçün İslamı qəbul etdi
Ərəblər VII əsrdə Ərəbistandan çıxaraq, İraq, Suriya, Fələstin, Misir, İran və daha sonra şimali Afrikanı işğal etdilər. Yerli xalqlarla qarışıb onları ərəbləşdirdilər. Yerli xalqların dilləri ərəbləşdi. Bundan sonra İraq, Suriya, Fələstin, Misir, Liviya, Tunis, Əlcəzair və Fars xalqları ərəb oldular.

Əməvi hökmdarı Əbdülməlik zamanında İslam imperiyasında ərəb dili rəsmi dil elan edildi. Ələ keçirilmiş ölkələrin xalqları İslamı qəbul etmək və ərəb dilini öyrənmək məcburiyyətində qaldılar. O vaxtlardan etibarən dilimiz arabizmlərlə doldu, fenotipimiz (görünüşümüz) ərəb sayaq oldu.
Sonda, Hadid surəsi, 19-cu ayəyə diqqət yetirək: "İnkar edərək, ayələrimizi yalan hesab edənlərə gəldikdə, onlar da cəhənnəm əhlinə daxildir". Söyləyin mənə, xahiş edirəm, bu qədər qəzəbli və qorxulu olmayın, yəhudilərin dini xaric, hansı dini kitabda belə bir hədələmə qeydə alınıb, xristianlıqdamı, atəşpərəstlikdəmi, buddhizmdəmi, daoizmdəmi, hinduizmdəmi? Özünün müzakirəyə çıxarılmasına bu şəkildə veto qoyan dünyagörüşü sivil birgəyaşayış üçün təhlükəli deyilmi?

Ağalar Məmmədov

www.skype.azersayt.com

TagsTags: qılınc müsəlman 
31 December, 196931 December, 1969 4 comments Haqq Din İsLam. Haqq Din İsLam.

   Ernst Haeckel əli qanlı saxtakar

 

 Ünlü təkamülçü bioloq Ernst Haeckel, Darvinin yaxın bir dostu və dəstəkçisi idi. Təkamül nəzəriyyəsini dəstəkləmək üçün, fərqli canlıların embrionlarının bir-birinə bənzədiyini qarşıya qoyan "rekapitülasyon" adlı iddianı ortaya atmışdır. Haeckelin bu iddianı ortaya təyin edərkən şəkil saxtakarlıqları etdiyi isə daha sonra aydın olmuşdur. (baxın. Embrioloji təkamül)

Haeckel, bir tərəfdən bu tip elm saxtakarlıqları edərkən kənar yandan da öjeni təbliğatı icra edirdi. Öjeniyi Almaniyada ilk mənimsəyən və piyada adam, Ernst Haeckel olmuşdur. (baxın. Öjeni) Yeni doğan şikəst körpələrin zaman keçirilmədən öldürülməsini, beləcə cəmiyyətin təkamülünün sürətləndirilməsini təklif etmişdi. Daha da irəli getmiş və cüzamlıların, xərçənglilərin və ağıl xəstələrinin də ağrısız bir şəkildə öldürülmələri lazım olduğunu, yoxsa bu kəslərin cəmiyyətə yük olacaqlarını və təkamülü yavaşladacaqlarını müdafiə etmişdi.

Corc Stein, Haeckelin təkamül nəzəriyyəsinə olan kor-koranə bağlılığını belə yekunlaşdırmışdır:

 

Haeckel Darvinin doğru olduğunu iddia edirdi... İnsan növü sorğulanmayacaq bir şəkildə heyvanlar aləmindən təkamülləşmişdi. İnsanların ictimai və siyasi varlığı Darvinin göstərdiyi kimi təkamül qanunları, təbii seleksiya və biologiya ilə idarə edilirdi. Bunun tərsini müdafiə etmək batil inanc idi.

 

 

Öjeni vəhşiliyi

 

20. əsrin ilk yarısında çox sayda tərəfdar yığan öjeni nəzəriyyəsi, şikəst və xəstə insanların ayırd edilməsi və sağlam fərdlərin çoxaldılması yoluyla bir insan irqinin "islah edilməsi" mənasını verirdi. Öjeni nəzəriyyəsinə görə, necə sağlam heyvanlar bir-birləriylə cütləşdirilərək yaxşı heyvan cinsləri yaradılırsa, bir insan irqi də islah edilə bilərdi.

Öjeni qaydasını ortaya atan kəslər, Darvinistlər idi. İngiltərədəki öjeni axınının başını, Charles Darvinin əmi oğlusu Francis Galton və oğulu Leonard Darvin çəkirdi. Bu baxımdan öjeni fikri, Darvinizmin təbii bir nəticəsi olaraq ortaya çıxdı. Necə ki öjeni anlayışını müdafiə edən nəşrlərdə bu gerçək xüsusilə vurğulanır, "Öjeni, insanın öz təkamülünü özünün istiqamətləndirməsidir" deyilirdi.

 

K. Ludmererin ifadə etdiyinə görə, öjeni fikri Platonun Dövlət adlı məşhur əsəri qədər köhnə idi. Ancaq Ludmerer, 19. əsrdə bu fikirə olan maraqın artmasının səbəbinin Darvinizm olduğunu ifadə edər:

 

... müasir öjenik düşüncə yalnız 19. əsrdə oyandı. Bu əsr əsnasında öjeniye maraq/əlaqənin meydana gəlməsinin bir neçə səbəbi vardır. Ən əhəmiyyətli səbəb isə təkamül nəzəriyyəsidir. Öjeni terminini də kəşf edən Francis Galton, fikirlərini əmi oğlusu Charles Darvinin doktrinasına söykəyirdi. 152

 

Almaniyada irqçi elm adamları Darvinizmin və öjeni fikirinin inkişafından etibarən, "istənməyən üzvlərin öldürülməsi" lazım olduğunu açıqca müdafiə etməyə başlamışlar idi. Bu elm adamlarından Adolf Jost, 1895də nümayiş etdiyi Das Recht auf deyil Tod (Ölmə Haqqı) adlı kitabında istənməyən insanları tibbi olaraq öldürməyə çağırırdı. Jost, "ictimai orqanizmin sağlamlığı üçün dövlətin fərdləri öldürmə məsuliyyətini götürməsi lazım olduğunu" iddia edirdi. Adolf Jost, təxminən 30 il sonra siyasət səhnəsində boy göstərəcək olan Adolf Hitlerin ağıl müəllimi idi. Hitler də "Dövlət yalnız sağlam uşaqların olmasını təmin etməli. Görülə bilən şəkildə xəstə olanların və epidemiya xəstəlik daşıyanların uyğun olmadığı elan edilməli" deyirdi. 153

Hitler iktidara geldikten kısa bir süre sonra, resmi bir öjeni politikası başlattı. Hitler'in bu yeni politikasını şu cümleleri özetliyordu:

 

Devlet için zihin ve beden eğitiminin önemli bir yeri vardır, ancak insan seçimi de en az bunun kadar önemlidir. Devletin, genetik olarak hastalıklı veya alenen hasta olan bireylerin üreme için uygun olmadıklarını deklare etme sorumluluğu vardır... Ve bu sorumluluğu hiçbir anlayış göstermeden ve başkalarının da anlamalarını beklemeden acımasızca uygulamalıdır... 600 yıllık bir zaman dilimi boyunca vücudu sakat olan veya fiziksel olarak hasta olan kimselerin üremesini durdurmak... insan sağlığında bugün elde edilemeyen bir gelişim sağlayacaktır. Eğer ırkın en sağlıklı olan üyeleri planlı bir şekilde ürerlerse sonuçta bugün hala taşıdığımız hem ruhsal hem de bedensel açıdan bozuk tohumların olmadığı... bir ırk oluşacaktır.

 

Adolf Hitler iqtidara gəldikdən sonra rəsmi öjeni siyasəti başlatdı.

Hitlerin siyasətinin gərəyi olaraq Alman cəmiyyəti içindəki ağıl xəstələri,

şikəstlər , doğuşdan korlar və irsi xəstəliklərə sahib olanlar,

 Hitlerdən gələn gizli təlimata söykən öldürülməyə başlandı.

 

Hitler'in bu politikasının gereği olarak Alman toplumu içindeki akıl hastaları, sakatlar, doğuştan körler ve kalıtsal hastalıklara sahip olanlar, özel "sterilizasyon merkezleri"nde toplandılar. Bu kişilere, Alman ırkının saflığını ve evrimsel ilerleyişini bozan parazitler olarak bakılıyordu. Nitekim bir süre sonra toplumdan soyutlanan bu insanlar, Hitler'den gelen gizli bir talimata dayanılarak öldürülmeye başlandı.

1933 yılında çıkartılan bir yasa ile 350 bin akıl hastası, 30 bin çingene ve yüzlerce zenci çocuk, hadım etme, x ışınları, enjeksiyon, genital bölgeye elektrik verilmesi gibi yöntemlerle kısırlaştırıldılar. Bir Nazi subayı, "Nasyonal sosyalizm uygulamalı biyolojiden başka bir şey değildir." diyordu.

Hitler masum insanlara yönelik bu cinayetlerle ve acımasız uygulamalarla Alman ırkının sözde evrimini hızlandırmaya çalışırken, bir yandan da öjeninin bir diğer şartını yerine getiriyordu. Alman ırkını temsil ettiği kabul edilen sarışın mavi gözlü genç erkek ve kadınlar, ilişki kurup çocuk yapmaya teşvik ediliyorlardı. 1935 yılında bu amaçla özel üreme çiftlikleri kuruldu. Irk kriterlerine uygun genç kızların yerleştirildiği bu çiftlikler, sürekli olarak SS birlikleri tarafından ziyaret ediliyordu. Çiftliklerde doğan gayrimeşru çocuklar, kurulması hedeflenen bin yıllık Alman krallığının askerleri olarak yetiştirilecekti.

 

 

ÖJENİ NƏZƏRİYYƏSİNƏ GÖRƏ QƏTL EDİLƏN ÜZRLÜLƏR

 

 

Darvinin əmi oğlus(n)u Francis Galton tərəfindən inkişaf

 etdirilən öjeni nəzəriyyəsinə görə bir cəmiyyətdəki şikəstlərin

və xəstələrin çoxalması önlənməli, sağlam nəsillər olşturulmalıydı.

Darvinizmin Almaniyadakı ən güclü müdafiəçisi Ernst Haeckel

isə bu fikri daha da irəli apardı və üzrlülərin zəhərlənərək öldürülmələri

üçün bir komissiya qurulmasını müdafiə etdi. Haeckelin fikirləri

Nazılar tərəfindən tətbiq olundu. Bu səhifədəki görünüşlər,

Nazılar tərəfindən qətl edilmiş üzrlü insanlara aiddir.

31 December, 196931 December, 1969 4 comments qurtuluşumuz-İSLAM qurtuluşumuz-İSLAM

 

Hicaba niyə SON?

Hicab taxmaq- geridə qalmaq, müasirliyə SON deməkdirmi?   

Hicab- örtünmək, qapanmaq, örtü mənalarını daşıyır. Bu yolla yad nəzərlər üzərindən qalxır. Sənin sərbəstliyin və müasirliyin başındakıdır. Müasirlik ancaq replərə qulaq asmaqla və yaxud dar və açıq saçıq paltarlar geyinməklə olmur. Çox təəssüf ki günümüzdə müasirliyi bu cür dəyərləndirirlər. Əgər mən küçədə gedirəmsə və mənə başqa qızlardan fərqli olaraq bir nəfər belə fikir vermirsə, mənə hörmət olunursa, zərrə qədər də yanlış fikirlərə səbəb olmuramsa- bunun azadlıqdan və müasirlikdən başqa bir cavabı varmı? Məndən fərqli olaraq bir başqa qızı misal çəkək. Bu qız açıq-saçıq, ağzında saqqız və qulağında qulaqlıqlar... Bu insana arxadan deyilməyən söz qalmır. Iş orasındadırki qız bu cür sözləri eşitməyə razı olur, amma biraz qapalı geyinməyə razı olmur. Əgər küçədə, parkda, kafedə, restoranda nalayıq sözlər eşitmirəmsə- bu müasirlik deyil bəs nədir?  Əgər ən məhşur firmaların paltarlarını geyinirəmsə və bunu qapalı və gözəl şəkildə geyinirəmsə- bunun darfikirliliklə və geridəqalmışlıqla əlaqəsi varmı?   

 Bəzən insanlar tərbiyəsizliklə-müasirliyi ayıra bilmirlər... Müasirlik ancaq ağılla olur...

Hicab- təhlükəsizlikdir. Sən təhlükəsizsən! Demək Sən Müasirsən, azadsan!!!

 Heyvanlar belə tükləri ilə, quyruqları ilə haramlarını bağladıqları halda insanlar niyə heyvan qədər olmur anlamıram, anlaya bilmirəm....

Leyla Akbulut

http://www.azeriblog.com/profile/leylaakbulut

 

TagsTags: hicab 
31 December, 196931 December, 1969 4 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

Quranın adətən təbliğ edilməyən ayələrində onu qəbul etməyənlərə (kafirlərə) "murdar", "heyvan", "çöl eşşəyi", "meymun", "donuz", "odun", "yalançı", "azğın" kimi təhqiramiz sözlərə rast gəlmək olar. Gəlin, Qurandan oxuyaq:...

"...inkarçılar heyvan kimidirlər. Onlar kardırlar, laldırlar, kordurlar..." (Baqara, 171). "...Bunlar (inanmayanlar - A. M.) heyvan kimidirlər, hətta heyvanlardan da aşağıdırlar..." (Araf, 179). "Onlar heyvanlar kimidirlər..." (Furqan, 44). İnkar edənlər heyvanlar kimi qidalanırlar (Muhamməd, 12). "Onlar elə bil aslanlardan qaçan çöl eşşəkləri kimidirlər" (Muddatir, 51). Allah onları meymuna və donuza çevirib (bu, Maida, 60-ın xülasəsidir). Onlar yalançıdırlar (Muminun, 90; Dariyat, 11; Muqadala, 18; və s.). Onlar cəhənnəm odunudurlar (Ənbiya, 98; Cin, 15). Bütpərəstlər (müşriklər) natəmizdirlər (Tövbə, 28), "... onlar murdardırlar" (Tövbə, 95), yəni təxminən qusuntu (almanca "der Abscheu") kimi bir şey. Quranda allah adından insanlara deyilmiş xeyli sayda qarğış, söyüş, lənət, təhqir sözü var, mən hələ müxtəsər etdim. Öz aramızdı, Tora (Tövrat) xaric, hansı dini-müqəddəs kitab öz opponentlərinə belə sözlər deyir?
Əlbəttə, mən bilirəm ki, Məhəmməd peyğəmbər yaşadığı dövrdə dörd qarşı cəbhəyə səslənib: müşriklərə (bütpərəstlərə), münafiqlərə (islamı sözdə qəbul edənlərə), heç bir qayda-qanun tanımaq istəməyən pozğun bədəvilərə və nəhayət o dövrün yəhudilərinə: bu naxoş sözlərin də ünvanı elə bu sadalananlardır. Mənim yuxarıda Qurandan misal göstərdiyim bu pis-pis sözlərin bu gün ünvanı yoxdur, daha doğrusu olmamalıdır. Quranın bir çox ayəsi kimi bu ifadələri də disfunksionaldır. Din bunu qəbul etmədiyi təqdirdə, cəmiyyətdə daim təhlükəli gərgin parçalanma vəziyyəti hökm sürər. Fəqət Quranın hansısa sözlərinin daha ünvansız olduğunu iddia etmək onun qədim ərəb tarixinin ifadəsi olduğunu deməkdən başqa nədir ki? Problem buradadır.

Blasfemiya və dünyəvilik

Blasfemiya probleminin bir tərəfi də, "dünyəvi dövlət" anlayışı ilə bağlıdır. Dünyəvi dövlət anlayışına görə, dövlət din işlərinə, din də dövlət işlərinə qarışmır, amma dövlətin din işlərinə xüsusi bir qarışacağı da var: dünyəvi dövlət inanmayanları inananlardan və yaxud əksəriyyətin dininə qoşulmayıb, başqa dində qalanları və yaxud din dəyişdirənləri əksəriyyətin dindarlığından qoruyacaq və nəhayət, dinə sərbəst ibadət imkanı yaratdığı kimi din tənqidçilərinə də dini tənqid etmək şəraiti yaradacaqdır! Bu, dünyəvi dövlətin vəzifələrindən biridir. Yoxsa dövlət "mən dünyəvi dövlətəm, din işlərini vecimə almıram!" deyə bilməz və yaxud cəmiyyətdə dindar çoxluğun tərəfində dayanma konformizmi nümayiş etdirə bilməz. Çünki axı demokratiya təkcə çoxluğun hakimiyyəti yox, eyni zamanda və ən əsası, fərdi hüquq və azadlıqların təminat altına alınması deməkdir. Əks təqdirdə, demokratiya çoxluğun azlıq üzərində diktaturası demək olardı ki.
Biz başa düşməliyik ki, "dəyməyin, dinməyin, danışmayın, soruşmayın, dinimizdir, kitabımızdır, peyğəmbərimizdir!" kimi sakrallaşdırma (müqəddəsləşdirmə) həyəcanı sivil-sekulyar cəmiyyət quruculuğunda bizə yalnız ziyan gətirə bilər. Sekulyarlaşma dinin tənqidindən keçir. Bokkakionun Dekameronunu, Volterin Kandidini, Erasmusun Dəliliyə Mədhiyyəsini yada salın. Mən iddia edirəm ki, blasfemiyasız sekulyarlaşma heç başlaya bilməz. Çünki bəzi dinlər özləri kimi düşünməyənlərin hamısına onsuz da blasfemiya iddiası irəli sürəcəklər. Münasibətin ən ifrat forması kimi təhqir, yenə münasibətin ən ifrat forması kimi müqəddəsləşdirmədən doğulur. (Lao Tsenin yuxarıdakı sözünü yenə xatırlayaq). Müqəddəsi aradan qaldırın, təhqir aradan qalxacaqdır. Belə də deyə bilərəm: müqəddəsi təhqir aradan qaldıracaqdır. Qəti olaraq ikibaşlı danışmıram, yəni heç bir halda dini təhqir etməyə çağırmıram! Təhqir hər bir halda yolverilməzdir, o, çarəsizlikdən doğulur, şəxsən mən onu heç özümə yaraşdırmıram da. Mənim islam dininə əlbəttə ki, böyük hörmətim vardır. Sadəcə olaraq, buna aydınlıq gətirmək istəyirəm ki, dinin də tənqidi olmalıdır, amma bu tənqidləri dindarlar təhqir kimi başa düşüblər, düşürlər, düşəcəklər: blasfemiya qaçılmazdır.

Qərbdə və şərqdə blasfemiya

Blasfemiya Qərbdə (xristianlıqda) Şərqdəkindən (islamdakından) fərqlənir. Məsələn, 2004-cü ildə alman teatrlarının birində əxlaqlı kişini simvolizə etmək üçün, ereksiya vəziyyətində iri penis maketinin çarmıxa çəkilməsi səhnələşdirilib. Katolik Kilsəsinin etirazı ilə bu əsərin sonrakı nümayişləri blasfemiya iddiası ilə qadağan edilib. Bu, başadüşüləndir. Çünki dini duyğular incidilmişdir. Amma xristianlığın tənqidi, ifşası, hətta yerli-dibli uydurma hesab edilməsi, inkar edilməsi, İsa peyğəmbər obrazı ilə məzələnmə və s. və i. qadağan edilmir, insanların dini duyğularını qızışdırmır. Cəmiyyətin sekulyarlaşmış olması budur.

Ağalar Məmmədov

www.skype.azersayt.com

TagsTags: quran təhqir 
31 December, 196931 December, 1969 4 comments Muhammedin Hayati Muhammedin Hayati

Aişe'nin kaybolan kolyesi ve Safvan:

Muhammed, Mustalıkoğluları' na karşı gece baskını için yola çıkma hazırlığında. Yıl : Miladi 627. Bu sırada Muhammed, Aişe' yi de yanına almıştır. Aişe 9 yaşındayken Muhammed' in koynuna verildiği tarih, eğer Hicri şevval ya da zilkade 1 / Miladi mayıs ya da haziran 623 ise- 13 yaşındadır daha. Aynı gece baskınının sonucunda, tutsaklar arasında güzelliğiyle göze çarpacak ve başkasına düşmüşken alınıp Muhammed in koynuna verilecek olan Cüveyriyye' yle aynı yaşta. Devenin üzerinde kapalı bir yer ("mahmil"); Aişe de içinde. Gidilir; baskın yapılır, elde edilecekler elde edilir ve dönüş başlar. Gidiş Medine'ye doğru. Derken bir konak yerinde biraz kalınır. Gecenin bir kesimi. Bir süre sonra; kalkıp yola koyulmaya yöneliş. Tam bu sırada bir şey olur: Aişe çişi için ya da öbür işini görmek üzere birlikten ayrılır. Ayrılışını haber verse olmaz mıydı? Olurdu ama, kimseye haber vermemiş işte. Çişi ya da öbür işi olup bittikten sonra döner; ama bir terslik: Göğsünü yokladığında, kolyesini bulâmaz ve kopup düştüğünü anlar. Geri dönüp gerdanlığını aramaya koyulur. O sırada Aişe devesinin üzerindeki kapalı yerinde bulunuyor sanıldığı için herkes habersiz ve birlik uzaklaşıp gitmiştir. Aişe, kolyesini bulur; ama işte o saatlerde, yolda yapayalnız. Konaklandığı yere gelir, orada bekler. Gelsin götürsünler diye... Beklerken uyku bastırır ve uyur. Ve bu sırada: Muattal Oğlu Safvan. Arkadan gelmiş, Aişe' yi görünce de şaşırmıştır. Şaşkınlığını anlatan sözler. Onun bu sözlerine de Aişe uyanır. Safvan, Aişe' yi devesine bindirir. Yola koyuluş. En sonunda, bir konak yerinde birliğe ulaşılır. Bu sırada da dedikodular başlar... Aişe' nin kendi anlattığına göre gerçek bu. (Bkz. Buhâri, e's-Sahih, Kitabu'ş- Şehâdât/15; Kitabu'I-Meğâzî/34; Tecrîd, hadis no: 1151; Müslim, e's- Sahih, Kitabu't-Tevbe/56, hadis no: 2770.)

Olayda akla gelen sorular:

1) Aişe çişi ya da öbür türlü işi için ayrılıp giderken kimseye neden haber vermemişti? Eğer bunun nedeni, çocuk yaşta oluşu idiyse; bu yaşta oluşu biri tarafından kandırılmaya da elverişli değil miydi?

2) Aişe ayrılıp giderken o denli insan içinde nasıl olmuştu da kimse görmemişti? Gören olmuştuysa, dönüşü neden izlenmemişti? Döndüğü görülmedikçe, "dönmüş; mahmiline girmiştir!" yargısı nasıl oluşmuştu?

3) Hadiste belirtildiğine göre, Aişe'nin deve üzerindeki "hevdec"ini (mahmil) indiren, sonra yine yükleyenler ve Aişe' ye "hizmet edenler" vardı. (Hadis'e aynı kaynaklarda bkz.) O "hevdec", dinlenme yerinde deveden indirildiğine göre, sonra deveye yüklenirken içinde Aişe var mı, yok mu diye niçin bakılmamıştı? Hizmet edenler bakabiilrlerdi.

4) Yine hadiste belirtildiğine göre, "hicab" yani erkeklere karşı "örtünme, perde ardına geçip saklanma" gerektiren bir ayet hükmü bulunmadığı zamanlarda, Safvan, Aişe' yi görmüştü. (Hadise, aynı kaynaklarda bkz.) Yani Safvan' la Aişe birbirlerini tanıyorlardı. Bu "tanışma", ileri ölçülerde bir "anlaşma" ya varmış olamaz mıydı?

Aişe "zina" ile suçlanıyor:

Aişe'nin Safvan' la yolda "neler yapmış olabileceği" üzerinde duruluyordu. Yoğunlaşan kuşku. Dedikodular alıp yürümüştü. Son derece yaygın bir duruma gelmişti giderek. Muhammed' in bile Aişe' ye karşı olan her zamanki tutum ve davranışında bir değişme olmuştu: Aişe diyor ki: "Medine'ye gelince ben bir ay hastalandım. Meğer o sırada, iftiracıların dedikoduları dolaşıyormuş. Hastalığımda beni işkillendiren bir şey oldu: Peygamber'den de, her hastalığımda gördüğüm ilgiyi inceliği artık göremiyordum. Yalnızca gelip selam veriyor ve 'nasılsınız?' diyordu, o kadar." (Hadis'e aynı kaynaklarda bkz.)

Aişe dedikoduları duyup öğrenince üzülmüştür. Hastalığı daha da artmıştır bunun üzerine. Muhammed'den izin alır ve babasının evine gider. Orada da, durumuna ilişkin "Tanrısal bir açıklama" bekler. (Aynı hadise bkz.)

Beklenen "vahiy" bir türlü gelmiyor:

Hadiste, bu olaya ilişkin "vahy"in "gecikmesi"nden sözediliyor. Ve Muhammed, "karı"sından, yani "Aişe"den ayrı kalışından doğan soruna çözüm için yakın çevresini topluyor. Bunların içinde Ali de vardır. Ali, görüşünü şöyle dile getiriyor:

- "Ey Tann Elçisil Tanrı dünyayı sana dar etmedi ya! Aişe'den başka da kadın var, kadın çokl" (Bkz. Aynı hadis.)

Ali, gerçeği öğrenmek için Aişe'nin cariyesi Berire'nin tanıklığına da başvurulabileceğini söylüyor Muhammed'e. Muhammed bu tanıklığa başvurdugunda, cariye, "hanımı için iyilikten başka bir şey bilmediğini" söylüyor. Muhammed sorup soruşlurduğuna göre, belli ki adamakıllı "kuşkulu". Bu "kuşku", onun Aişe'ye söyledigi yine aynı hadiste açıklanan şu sözlerden de çok açık biçimde anlaşılıyor:

Muhammed: "Aişe! Böyle bir suçun varsa tevbe et!"

- "Aişe! Senin hakkında bana şöyle şöyle dedikodular geldi (Safvan'la ilişki kurduğundan sözediliyor). Eğer bu suçu işlemedinse Tanrı seni aklayacaktır. Ama eğer işledinse bu suçundan dolayı Tanrı'ya yönel, tevbe et! Çünkü bir kul, suçunu boynuna alır ve tevbe ederse, Tanrı da onun tevbesini kabul eder." Aişe, Muhammed'in bu sözlerine, babasının ve anasının karşılık vermelerini ister. Onlar karşılık vermeyince de, Muhammed'e kendisi karşılık verip sonucu sabırla bekleyeceğini söyler.

Ve sonunda "vahiy" geliyor:

Konuşmadan sonra Aişe, yatağına dönmüştür. "Bekleme"de... Aişe, kendisinin söylediğine göre, hakkında "Kur' an ayeti" ineceğini filan beklemiyordu. "Ben kim oluyorum ki Tanrı, Kuran'da benim sorunuma ilişkin ayet indirsin!" türünden açıklaması var Aişe' nin. Yine açıklamasına göre, beklediği yalnızca, "Muhammed' in rüya görmesi" ve onun "rüyasında aklanması". Ama beklediğinin ötesinde olur gelişme: Muhammed her vahiyde olduğu gibi özel bir duruma girmiştir. Daha sonra da konuya ilişkin "vahyin geldiğini" açıklar. Aişe' ye anası, kalkıp Muhammed' e "teşekkür" etmesini söyler. Ama Aişe bunu yapmaz; vahyi gönderen "Tanrı" olduğuna göre, Muhammed' e değil; O' na teşekkür etmesi gerektiğini belirtir. (Bkz. Aynı hadis.)

Aişe'nin "zina" etmediğine ilişkin "18 ayet" birden iniyor:

Onca (hadise göre bir ay) gecikmeden sonra "vahy" gelmiştir. Hem de kimine göre "10 ayet", kimine göreyse "18 ayet" birden... (Bkz. Nûr, ayet: 11-20. Buna göre toplam: 10 ayet. Ama tefsirlerde toplam: 18 ayet olduğu belirtilir. Bkz. Nesefi, Tefsir, 3/134; F.Râzî, e't-Tefsiru'l-Kebîr, 23/173.) Bu ayetler, birinci ve ikinci orijinalleri yakıldığı için Muhammed dönemindeki biçimini tam olarak bilemediğimiz (bunun için daha sonraki yazılara bkz.) Kur'an' ın bugünkünde, Nur Suresinde yer alıyor. Bu ayetlerde, "zinayı" kanıtlamak için "dört tanık göstermek gerektiği", bu gösterilmediği zaman iftira olacağı açıklandıktan (bkz. Nur, ayet: 13) sonra, ad vermeden "iftira edenler" çok ağır biçimde kınanıyor.

İşte âyetlerden bir kesim (Diyanet'in resmi çevirisiyle):

- "Muhammed' in eşine o yalanı uyduranlar, içinizden bir gürûhtur. Bunu kendiniz için kötü sanmayın. O, sizin için hayırlı olmuştur. O kimselerden her birine, kazandığı günâh karşılığı, cezâ vardır. İçlerinden elebaşılık yapana ise, büyük azâb vardır. Onu işittiğiniz zaman; erkek, kadın mü'minlerin, kendiliklerinden hüsn-ü zanda bulu- nup da: 'Bu apaçık bir iftiradır!' demeleri gerekmez miydi? Dört şahid getirmeleri gerekmez miydi? Işte bunlar, şâhid getirmedikçe Allah katında yalancı olanlardır. Allah'ın dünyâ ve âhirette size lutuf ve merhameti olmasaydı o kötü sözü yaymanızdan ötürü, büyük bir azaba uğrardınız. Onu dilinize dolamıştınız. Bilmediğiniz şeyleri ağzınıza alıyordunuz. Onu önemsiz bir şey sanıyordunuz. Oysa Allah katında önemi büyüktü. Onu işittiğinizde: 'Bu konuda konuşmamız yakışık almaz. Hâşâ, bu, büyük bir iftiradır.' demeniz gerekmez miydi?" (Nûr, ayet: 11-16.) .

Yine sorular:

1- 12. ve 13. ayetlerde, Aişe konusunda söylentiler çıktığında bu söylentileri duyanlar, "Bu, apaçık bir iftiradır. Bu, büyük bir iftiradır." demedikleri için kınanıyorlar. Ayetlerin bu kınaması, Muhammed' in yakın çevresini, hatta kendisini de içine almıyor mu? Çünkü onlar da "açık bir iftira, büyük bir iftira" olduğu kanısını taşımıyorlardı:

- Ali'yi ele alalım. Böyle bir kanıyı taşımadığı için, Muhammed'e Aişe'yi boşamayı önerdiği anlamına gelen sözler bile söylemişti.

- Muhammed'in kendisini ele alalım: Böyle bir kanıyı (iftira olduğu kanısını) taşımadığı içindir ki, Aişe'ye, eğer ileri sürüldüğü gibi bir suç işlediyse, bundan dolayı "Tevbe" etmesini önermişti.

2- Ayrıca, kimsenin elinde herhangi bir kanıt bulunmadan, "iftira" olduğu konusunda kesin bir yargıya varması nasıl beklenebilir? Kuşkusuz "kanıt" bulunmadığı için "zina" suçunun işlendiğine de yargıda bulunulamaz. Ama tersine bir kanıya varmadılar ve "iftiradır" hem de "apaçık bir iftiradır, büyük bir iftiradır" demediler diye insanlar nasıl kınanabiliyor?

3- Ayetlerden ve kimi "rivayetlerden" anlaşıldığına göre: Aişe konusunda dedikoduları yayanlar, yalnızca "münâfıklar" da değildi:

- 14. ayeti ele alalım: "Allah'ın dünya ve âhirette size lutuf ve merhameti olmasaydı, o kötü sözü yaymanızdan ötürü, büyük bir azaba ugrardınız." deniyor. Demek ki, "o kötü sözü yayanlar" için Tanrı' nın "dünyada ve âhirette lutuf ve merhameti" olmuştur. Bu durumda olanlarsa, "Tanrı katında kâfir" sayılan "münâfıklar" olamazlar. Yani bunlar, "münâfıkların" dışındaki müslümanlardır. .

- 11. ayette sözü edilen "elebaşi'nın kim olabileceği üzerinde durulurken, kimi rivayette bu kimsenin "münâfıkların başı Abdullah Ibn Übey" olduğunu ileri sürerken, kimileri de buradaki anlatımın kapsamı içine, Muhammed'in ünlü şairi Hassan Ibn Sâbit gibi önemli kişilerin de girdiğinden söz ediyor. (Bkz. Taberî, Camiu'l-Beyan, 18/69-70; F.Râzî, 23/174; Tefsiru'n-Nesefî, 3/134.)

Bunlara ne demeli?

4- Tanrı "vahiyle" açıklama yapacaktı da, bu açıklamayı daha önce, yani dedikodular oluşup yayılmadan niçin yapmadı? Neden "bir ay" bekledi de, başta "peygamber"i ve sevgili karısı olmak üzere herkesi üzdü? Gelişmeler neden böyle olmuştur?

5- Bir "zinanın" kanıtlanması için "dört tanık" istemek, gerçekçi bir yaklaşım mıdır?

Hadiste belirtildiğine göre: Aclanoğulları'nın ileri gelenlerinden Medineli Asım Ibn Adyy in ve aynı kabileden Uveymir'in "Peygamber"den bir sorulan olur:

- Bir adam, karısını bir adamla zina ederken bulsa ne yapmalı? Karısının tam karnı üzerinde bulsa? Eğer gidip dört erkek tanık bul- maya yönelirse, zina eden adam işini bitirip gidecektir!!! Dört tanık mı aramalı, yoksa..? (Hadisi ve soruyu çeşitli biçimiyle görmek için bkz. F.Râzî, 23/164; Buhâri, e's-Sahih, Kitabu Tefsiri'l-Kur'an/24/1; Tecrîd, hadis no: 1716; Ebu Dâvüd, Sünen, Kitabu't-Talâk/27, hadis no: 1716; Ebu Dâvûd, Sünen, Kitabu't-Talâk/27, no: 2245.)

Bu soru, "zina" için "dört tanık" isteniyor olmasından kaynaklanmıyor mu?

TagsTags: aişe muhammed 
31 December, 196931 December, 1969 4 comments Bölməsiz Bölməsiz

EY TÜRK :

Üstüne gök çökmedikçe ,

Altta yer delinmedikçe ,

Senin elene ve töreni kim bozabilir .

Titre ve kendine ol !!!

 

TagsTags:  
31 December, 196931 December, 1969 3 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

Bu dünyada şərin və pisliklərin qalib gəlməsi üçün yaxşı adamlardan tələb olunan yeganə şey əllərini yanlarına qoyub heç nə etməməkdir.
Edmund Burka

Rəsmi rəqəmlərə görə , bu dünyada pozğunluğun, əxlaqsızlığın və zorakılığın ən çox baş verdiyi ölkələr islam və ya əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdir...Təəssüflə qeyd etməliyəm ki, bunların baş verməsinin islamla birbaşa əlaqəsi var...

Müstəqillik qazandıqdan sonra ölkəmizdə elmə olan etinasız münasibətin nəticəsində kütləvi savadsızlığın hökm sürdüyü heç kimə sirr deyil. Təəssüf ki, bu acınacaqlı vəziyyətin yaranmasında medianın da rolu az deyil. Qəzetlər ulduz falı, bürclər, kiminsə şəxsi həyatı və ya dini xürafata geniş yer verdiyi halda, insanları maarifləndirən elmi və fəlsəfi yazılara demək olar ki, biganədir. Son zamanlar dini xürafatın cəmiyyətimizdə yayılmasına həsr olunmuş yazılarda getdiyi bir vaxtda, dinə tənqidi yanaşan məqalələrə qəzetlərdə yer yoxdur. Belə çətin vəziyyətdə qəzetlər arasında Alma qəzetinin rolu xüsusi ilə seçilir. Alma qəzeti siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hamıya öz fikirlərini yazmağa imkan verməklə , bir tərəfdən öz neytrallığını qoruyur, həm də hər iki tərəfin mövqeyini oxuyan oxuculara özləri üçün düzgün nəticə çıxarmağa imkan verir. Bu imkanı yaratdığı üçün mən şəxsən Alma qəzetinin redaksiyasına öz minnətdarlığımı bildirirəm.
Bu yazım Hacı Ilqar İsmayılzadənin Alma" qəzetinin 06.10.2009 tarixli sayında "
Azərbaycan İslam ölkəsidirmi?" başlığı altında getmiş yazısına bir növ cavabdır. Hacı Ilqarın yazısını qəzetlərdə gedən digər dini yazılardan fərqləndirən əsasən onun yüksək səviyyədə yazılması və müəllifin istifadə etdiyi metod və üslublardır. Keçmiş ilahiyyatçı kimi mənə bu metodlar çox tanışdır. Adətən din xadimləri dinin yayılmasında həqiqəti əks etdirməsə də, bu metodlardan geniş istifadə edirlər. Təəssüf ki, öz dillərinə tərcümə olunmasına baxmayaraq, Quranı bir dəfə belə oxumağa tənbəllik edən insanlar bu təbliğatın qurbanlarına çevrilirlər. Əgər Qurana, hədislərə və ya tarixi faktlara nəzər salsaq , müəllifin islamın xeyrinə söylədiyi bütün fikirlərin həqiqətəuyğun gəlmədiyinin şahidi olacağıq. Yazımın əsas məqsədi elə bunları sübut etməkdir. Bunun üçün də mən Qurandan və bəzi tarixi faktlardan istifadə edərək müəllifin səsləndirdiyi bütün fikirləri ayrılıqda və daha ətraflı təhlil etmişəm. Bir şeyi də qeyd etmək istərdim ki, Alma qəzetinin web saytı bir müddət yenilənmədiyindən, müəllifin yazısının tam mətni ilə tanış ola bilmədim. Amma elə saytda yerləşdirilən yazısında Hacı İlqarın toxunduğu məsələlər geniş polemika açmağa imkan verir.

1. Beləliklə, Hacı Iİqara görə , əsl müsəlman kəlmeyi - şəhadəti deməklə yanaşı, şəriətin qayda-qanunlarına tabe olaraq, valideynə qarşı hörmətsizlik, yalan, böhtan, xəyanət, ikiüzlük (münafiqlik), rüşvətxorluq, zinakarlıq, cinsi azğınlıq, şərabxorluq, təkəbbür, həsəd, riyakarlıq, təcavüz, insanların şərəf və kimliyinə toxunmaq və s. işlərdən pəhriz etməlidir.
Əgər fikir versəniz , görərsiz ki, din xadimləri islam və ya müsəlmanlar haqqında söz düşəndə bu insani dəyərləri xüsusi olaraq vurğulayırlar. Əslində humanizmin bir parçası olan bu dəyərlərdə qeyri- adi bir şey yoxdur. Yoxsa bunları xüsusi ilə qabardan din xadimlərinin fikrincə , başqa ideologiyalar yuxarıdakıların əksini söyləyirlər? Misal üçün, elə yaxın keçmişdə mövcud olan Sovet İttifaqını götürək - bizlərə məktəb illərində yuxarıda yazılanların hamısını , yəni valideynlərə, müəllimlərə, bir sözlə , böyüklərə hörmət etməyi, yalan danışmamağı, pislik etməməyi, yaxşılıq etməyi və s. öyrədirdilər. Tədris metodlarında bunları etməyəcəyimiz halda İslamdakı kimi "mərhəmətli" olmasına baxmayaraq "ilahi bir qüvvə" tərəfindən əbədi yandırılmaqla , yəni , hədə, qorxu ilə deyil, əksinə , bunların mənəviyyata, əxlaqa zidd olduğunu və hansı xoşagəlməz nəticələrə apara biləcəyini başa salırdılar. Yeri gəlmişkən, Sovet təlim-tərbiyə sistemi olduqca nümunəvi bir sistem idi.
Müəllifin sözlərinə qayıtmaq istərdim - müəllifə görə , əsl müsəlman valideyinlərinə hörmət etməlidir. Bu yerdə oxucuların nəzərinə Quranın sonuncu surələrindən olan Tövbədən bir ayəni çatdırmaq istərdim.

Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar. ("Tövbə" surəsi, 129 ayə)

Bu ayəyə əsasən müsəlmanlar ata və qardaşları müsəlman olmadığı təqdirdə onlardan uzaq durmalıdırlar, başqa sözlə, əsl müsəlmanlar valideynlərinə və yaxınlarına ancaq və ancaq müsəlman olduqları zaman hörmət etməlidirlər, əks halda , nəinki hörmət etməməli, ümumiyyətlə , onlardan imtina etməlidirlər, yoxsa Qurandakı allah onları cəhənnəm odu ilə hədələyir. Bu ayəni misal çəkməkdə məqsədim, heç də allahın müsəlmanları öz valideynlərinə qarşı qoymaq istəyini göstərmək deyil (bunu insan edə bilər), əksinə, əsas məqsədim, islamda valideynlərə hörmət onların valideyin və ya insan olduqları üçün deyil, sırf eyni ideologiyanı daşımasından irəli gəlməsini göstərməkdir. Eyni şeyi namaz qılarkən müsəlmanlar tərəfindən "qardaş" adlandırılan bir şəxsin, islamdan imtina etdiyi zaman həmin müsəlmanlar tərəfindən ona qarşı olan "düşmənçilik" münasibətindəki misalda da görə bilərik. Buna isə eqoizmdən başqa ad vermək olmaz.

2. Hacı İlqara görə , əsl müsəlman insanların şərəf və kimliyinə toxunmaqdan, təhqirlərdən uzaq durmalıdır. Təəssüf ki, müəllif bu fikri hansı mənbəyə əsasən söylədiyini göstərmir. Amma hətta bu belə olduğu halda, görəsən , bu fikri səsləndirən müəllifin nəzərincə, allahın Quranda qeyri müsəlmanları murdar (9:95), heyvan (2:171; 7:179); yəhudiləri meymun və donuz (5:60) adlandırması həmin insanlara və ya xalqlara qarşı təhqir deyilmi? Umumiyyətlə, müəllif mənə bir ideologiya göstərə bilərmi ki, onu qəbul etməyənlər haqqında belə təhqiredici fikirlər səsləndirsin. Mən buna şübhə edirəm.

3. Müəllifə görə , əsl müsəlman zinakarlıq, cinsi azğınlıq, təcavüz və s. pəhriz etməlidir. Yazısının digər hissəsində müəllif bunların Avropa ölkələrində geniş yayılmasından şikayətlənir. Mən bu fikirlər üstündə xüsusi duraraq onlara daha ətraflı şərh vermək istərdim. Adətən və xüsusilə də son zamanlar, din xadimləri öz təbliğatları ilə yeni nəsil müsəlmanların qarşısında iki seçim qoyurlar - ya onların iddia etdiyi "əxlaqlı və sağlam islam cəmiyyəti" ya alternativ olaraq "əxlaqsız və mənəviyyatsız Qərb cəmiyyəti (mədəniyyəti)". Bu fikirləri tez-tez səsləndirən din xadimlərinə misal kimi yenə də Sovet İttifaqını göstərmək istərdim. Son 20 ildə haqqında söylənilən mənfi fikir və təbliğatlara baxmayaraq, qismən də olsa marksist ateizmin hökm sürdüyü sovet cəmiyyətində əxlaqsızlığın, zorakılığın nə qədər aşağı olması, əksinə , mənəviyyatın və insanlığın nə qədər yüksək olması hələ də çoxlarının yadındadır. Bütün bunlar bir daha sübut edir ki, sağlam və mənəviyyatlı cəmiyyət qurmaq üçün dini qanunlara heç də ehtiyac yoxdur. Əslində bu məsələnin bir tərəfidir. Məsələnin görünməyən və olduqca mühüm tərəfi odur ki, əgər biz rəsmi rəqəmlərə müraciət etsək onda görərik ki , bu dünyada pozğunluğun, əxlaqsızlığın və zorakılığın ən çox baş verdiyi ölkələr islam və ya əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdir. Elə götürək islamın doğum yeri olan Səudiyyə Ərəbistanını - 2006-cı ildə İslam Tv-yə verdiyi müsahibədə ərəb körfəzində tanınmış şəxsiyyətlərdən olan Dr. İnam etiraf etdi ki, Səudiyyə Ərəbistanının paytaxtı olan Ər-Riyadda oğlan tələbələrin 46%-i, Ciddədə isə 25%-i bir- biri ilə cinsi əlaqədə olurlar; bütün uşaqların 23%-i cinsi zorakılığa məruz qalırlar (mənbə:
http://www .youtube.com/watch?v=LbKCbnQ17NQ). Hazırda İranda yüz minlərlə qadın bədənlərini siğə adı altında satırlar; on minlərlə İraqlı qız və qadın Suriyada bədənlərini satmaqla məşğuldurlar ki əsas "müştəriləri də" elə ərəb körfəzi ölkələrinin vətəndaşlarıdır (Əl Jazeera Tv, 2009); dünyada oğlan uşaqlarının ən çox zorlandığı ölkələr - Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, İran və s.
Əlbəttə ki, belə həqiqətlərə hazırcavab olan müsəlmanlar bunların islamla nə əlaqəsi var deyə soruşacaqlar. Təəssüflə qeyd etməliyəm ki, bunların baş verməsinin islamla birbaşa əlaqəsi var. Əgər Səudiyyə Ərəbistanındakı konservativ islam cəmiyyətində yoxsulluq və işsizlik ucbatından gec evlənən kişi və qadınların bir - birlərini görməmələrini əsas səbəb kimi göstərmək olarsa, İranda əsas səbəb islamın bir din kimi fahişəliyi rəsmiləşdirməsidir. İslam aləmində bu muta adlanır. Quranda haqqında kifayət qədər ayələr olan muta müvəqqəti evlilikdir və adətən bir neçə gündən bir neçə həftəyə qədər davam edir. Allahın Quranda icazə verməsinə, Məhəmməd peyğəmbərin dövründə geniş istifadə olunmasına baxmayaraq, 2-ci xəlifə Ömər bunun əxlaqa zidd olduğunu əsas gətirərək qadağan etdi. Hazırda sünnülər bundan istifadə etməsələr də, şiələr arasında xüsusilə də İran və İraqda siğə adı altında mutadan geniş istifadə olunur. Son zamanlar qız uşaqlarının 10 yaşında ərə verilməsini rəsmiləşdirən Səudiyyə Ərəbistanında, milyona yaxın yaşı 25-dən yuxarı olan qızların ərə getməmələrindən ehtiyatlanaraq, din xadimlərinin icazəsi ilə "misyar" adı altında muta evliliyindən geniş istifadə olunmağa başlanılıb. Misyar da şiğə kimı müvəqqəti evlilikdir, yeganə fərq ondadır ki, əgər siğədə qadın "boşananda" ona düşən mehri (bədəninə qoyduğu qiyməti) alırsa, misyarda çox zaman mehr olmur.
Zorakılığa gəlincə, əgər söhbət fiziki zorakılıqdan gedirsə, rəsmi rəqəmlərə əsasən dünyada ən çox döyülən, təhqir olunan və ya zorakılığa dözməyib intihar edən qadınların sayına görə siyahıda Pakistan, Əfqanıstan, Türkiyə, İran , ərəb ölkələri gəlir və təəssüflə Azərbaycanın da adını görmək olar. Yox əgər söhbət cinsi zorakılıqdan gedirsə, yenə də islam dövlətləri öndədir. Məsələn, hazırda Pakistanda həbsxanalarda yatan qadınların 70%-dən çoxu cinsi zorakılığa məruz qalmış, amma şəriət qanunlarına əsasən 4 şahid gətirə bilmədikləri üçün zina adı altında həbs olunmuşlar. Eyni acınacaqlı vəziyyətə başqa islam ölkələrində də rast gəlmək olar. Islam ölkələrində qadınlar çox zaman öz qardaşları, ataları və ya yaxın qohumları tərəfindən cinsi zorakılığa məruz qalır və bu sirr adətən "rüsvayçılığa görə" ailədən qırağa çıxmır və ya ən pis halda qadınları "namusu qorumaq" adı ilə öldürürlər. Ən qəribəsi odur ki, islam özü bir din olaraq əsir düşmüş qadınların (4:24; 23:5-6; 33:50) müsəlmanlar tərəfindən zorlanmasına icazə verir.

Bu ayələri sadalamaqda məqsədim ümumiyyətlə ,"mərhəmətli allahın" insanların əsir götürülməsinə və ya ərləri öldürülmüş, dərd və qəm içində olan əsir düşmüş qadınların müsəlmanlar tərəfindən zorlanmasına icazə verməsini göstərmək deyil, əksinə, məqsədim müəllifə , 7-ci əsrdə Azərbaycanı işğal edərkən ərəblərin bu ayələri əllərində bayraq edib eyni vəhşilikləri nənələrimizin başına gətirməsini xatırlatmaqdır. İndi bizlərin , bir azərbaycanlı kimi onların nəvələri olaraq, heç bir mənəvi haqqımız yoxdur ki, 7-ci əsrə qədər olan mədəniyyətimizi məhv edən, yüz illərlə bizi kölə edən, yüz minlərlə babalarımızı öldürən, nənələrimizi əsir aldıqdan sonra zorlayan ərəblərin ideologiyasına "əvəzində bizə islam verdilər" deyə bəraət qazandıraq. Axı nəyə görə biz özümüzə bir millət, xalq olaraq hörmət etməməliyik, bizə yad olan ideologiyaya görə öz köləliyimizə bəraət qazandırmalıyıq?! Hansı özünə hörmət edən millət öz köləliyinə, onun əcdadlarının başına gələn bu vəhşiliklərə bəraət qazandırar?!

ardı var


Əfqan Eldost
İngiltərə

www.skype.azersayt.com

31 December, 196931 December, 1969 3 comments Haqq Din İsLam. Haqq Din İsLam.

Sənin peyğəmbərin, Muhəmməd (s.a.v)

Allaha həmd olsun, ona şükür edir, ondan yardım istəyir, onun qoyduğu yolla getməyə çalışaraq sevimli peyğəmbərimiz Muhəmmədə səlat və səlam edirik.

«Allah möminlərə lütf və mərhəmət göstərdi. Çünki, onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər.» (Ali-İmran, 164)
Allah təala buyurub: «Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?!(yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)» (əl-İnşirah, 4) Bu ayədə sevimli Peyğəmbərimiz Muhəmmədə (s.a.v) mədh və təriflər ifadə edilmişdir. Ərəb yazarlarından biri demişdir:«Müsəlmanlar hər gün beş dəfə icra olunan əzanlarda Peyğəmbərin şərəfli adının zikrinin aləmə car çəkilməsini və sonra da hər fərz, sünnə və nafilə namazlarda onun kəramətli adının ürək dolusu pıçıltı ilə çağrılmasını bilməmələri təəccüb doğurur.» Bu hikmət müsəlmanlara bir fərz olaraq nazil olunmuşdur ki, onlar bu minvalla zamanın bir günü və günün bir anı belə öz istəkli peyğəmbərlərindən ayrı düşməsinlər. Zaman öz axarı ilə həmişə olduğu kimi irəliləyir. İslam isə sanki əvvəlki İslamdır və həmişə olduğu kimi gözəldir. Müsəlman isə sanki öz istəkli peyğəmbəri ilədir, elə bil ki, onun qarşısındadır və ölməz risalənin ruhu ona təlqin olunur, onun qəlbinə peyğəmbərlik günəşi saçır və öz əməlində yer kürəsinin simasını dəyişən Peyğəmbəri Muhəmməd Mustafa kimi olmağa sövq edir.

Hz.Muhəmməd (s.a.v), O, müsəlmanların birincisi və əzəlidir, O peyğəmbərlərin sonuncusudur, O, bütün xalqların peyğəmbərlırinin ən xeyirlisidir, O, möminlər üçün bir bəxşişdir, O, məxluqların ən yaxşısıdır, O, aləmlərə mərhəmət olaraq göndərildi.«Səni də (Ey Muhəmməd) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiyə, 107).Odur şəhadətlik səlahiyyəti verilən, Odur ilk dirilən şəfaətçi, Odur sirat körpüsünü ilk keçən, Odur cənnətə ilk daxil olan, Odur ən çox ardıcılı olan peyğəmbər. Odur kövsərin bəxş edildiyi böyük şəxsiyyət, Odur şahid, müjdəçi və yol göstərən.«Ey Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik.» (əl-Əhzab, 45). O, qiyamət günü ümmətinə və Allahın təkliyinə şahidlik edəndir. Allah onu hər şeyi özündən iddia edən kimi deyil, Allaha müjdə verən və Ondan müjdə alan kimi yaradıb. Eşitməyənlərə və cavab verməyənlərə yol göstərən yaradıb. Həm də O, müjdə verməklə kifayətlənməyib, insanları Allaha imana çağırıb.
Hər bir mömin onu zikr edəndə və yaxud yanında zikr olunanda ona itaət edib tabe olmalıdır, vüqarlı hal alıb hərəkətini dayandırmalıdır. Elə bir görkəm almalıdır ki, sanki o Peyğəmbərin (s.a.v) qarşısındadır. Allahın bizə təlqin etdiyi tərbiyəyə müvafiq davranmalıdır.Peyğəmbərə (s.a.v) salavat demək Allahın ona qarşı mərhəməti, razılığı və mədhidir. Mələklərin ona duası əfv və təzimdir. Cümə günü və gecəsi, sübh çağı və axşam, məscidə daxil olanda və oradan çıxanda, onun məzari-şərifini ziyarət etdikdə və müəzzin ibadətə çağıranda, dua edəndə, ümmət toplananda və dağılanda, onun adı çəkiləndə, yuxudan oyananda Quranı xətm etdikdə, fəlakət baş verdikdə və əfv diləyəndə, insanlara elm öyrədəndə, mühazirə oxuyanda, nigah xütbəsində və Allahı zikr etmək üçün yığışılan hər yerdə onun adına salavat çəkilməlidir. İbn Məsuddan gələn rəvayətə görə Rəsulullah (s.a.v) buyurub: «Qiyamət günü mənim üçün ən yaxın insanlar, mənə ən çox salavat edənlər olacaqdır.»

Ey müsəlman! Öz peyğəmbərindən ayrı düşmə! Daim onunla yaşa! Hər zaman onu ananda özünü onun hüzurunda hiss et! Dua et ki, qiyamət günü onun şəfaətinə qovuşanlardan olasan! Amin!

TagsTags:  
31 December, 196931 December, 1969 3 comments Haqq Din İsLam. Haqq Din İsLam.

 

  Koreyalılar islamı "Əfqanıstana, İraqa və Fələstinə görə" qəbul edirlər

 

Minlərlə cənubi koreyalı islama və müsəlmanlara qarşı aparılan müharibələrdən dolayı bu dini öyrənirlər.

 Paytaxt Seuldakı İslam Mərkəzinin sədri Münir Əhməd "əl-Cəzirə" telekanalına müsahibəsində islamı öyrənməyə başlayan koreyalıların sayının 50 mini keçdiyini bildirib. Mərkəz sədri bu şəxslərin əksəriyyətinin son nəticədə islamı qəbul etdiyini qeyd edib. M. Əhməd koreyalıları islamı öyrənməyə sövq edən ən mühüm amilin isə ABŞ-ın Əfqanıstan və İraqı işğal etməsi, eləcə də İsrailin Qəzzada apardığı müharibə olduğunu deyib.

Mərkəz sədri müsahibəsində sayları getdikcə artan müsəlmanların məscidlərin və dini mərkəzlərin azlığından, habelə, fiqh və digər sahələrə aid mühüm ədəbiyyatın koreya dilinə tərcümə edilməməsindən dolayı islamla tanışlıqda problemlərlə üzləşdiklərini bildirib.

"Əl-Cəzirə" telekanalının əməkdaşları İslam mərkəzindən reportaj hazırladığı zaman iki ildir mütəmadi olaraq, mərkəzə gələn koreyalı qadının müsəlman olmasının şahid olublar. İslamı qəbul edən Kanq Mi Ueyn iki ildir ki, bu dini araşdırdığını və ona dair bir çox kitab oxuduğunu deyib. Ueyn müsahibəsində islama maraq göstərməsinin səbəbinin müsəlmanların terrorçu kimi qələmə verilməsi olduğunu, araşdırmalar nəticəsində isə bunun tam əksi ilə qarşılaşdığını və islamın tolerant bir din olduğunu başa düşdüyünü bildirib.

Mərkəz müdiri M.Əhməd isə Koreyadakı müsəlmanların ən böyük probleminin təşkilatlanmama olduğunu deyib.

 

www.timeturk.com

31 December, 196931 December, 1969 3 comments Bölməsiz Bölməsiz

Nadanlığın, geriliyin, fırıldaqçılığın İslamla nə əlaqəsi var və İslam onlara qarşı hansı mövqedədir?Sualına yetərli cavab!

Təəssüflə bildirməliyəm ki, bu gün müsəlmanların geriliyinin və cahilliyinin ən böyük səbəbi elə islam özüdür. Nəyə görə? Bunun səbəblərini aşağıda açıqlayacam, amma ilk növbədə qeyd etmək istəyərdim ki, elmin, o cümlədən, insanların istər maddi, istərsə də mənəvi inkişafı ancaq sekulyarizm və demokratiya ilə təmin oluna bilər, dinlə deyil. Məhz bu iki amil Avropada XV-XVI əsrlərdə elm və incəsənətin çiçəklənməsinə (Renessansa) təkan verdi. O vaxta qədər Avropa Roman Katoliklərin dini doqmaları altında inildəyirdi....

Onlarla elm adamları və azad düşüncəli insanlar bir qrup din fanatının əlində həyatlarını itirdilər. Məhz bu insanların fədakarlığı hesabına Avropa onu yüz illərlə inkişafdan və qaranlıq mağarada saxlayan dini doqmatizmdən xilas oldu və onu işıqlı aləmə çıxaran elmin qulpundan yapışıb indiyə qədər də inkişaf etməkdə davam edir. Hətta bu günün özündə belə, elmin və texnologiyanın inkişaf etdiyi bir vaxtda, dini özlərinin dövlət konstitusiyası edən dövlətlər, digər dövlətlərlə müqayisədə elmin bütün sahələrində geri qalırlar. Təcrübə göstərir ki, dövlət dinə nə qədər az meylli olarsa, bir o qədər çox elmi nailiyyətlər əldə edər.
Bu sözlər islama da aiddir, belə ki, Muhammədin dövründə söylənilən və ancaq onun ölümündən bir müddət keçdikdən sonra bir kitab halına gətirilən Quran heç bir ayəsində insanları elm oxumağa çağırmır, əksinə, ona zidd olan bütün biliklərə qadağa qoyur, yeniliyi, müasirliyi, elmi və sosial inkişafı məhdudlaşdırır. İslama görə insan həqiqi biliyi ancaq və ancaq "Allahın" sözlərindən ibarət olan Qurandan ala bilər. Quran isə öz növbəsində müsəlmanlara bu dünyanın müvəqqəti, bir sınaq dünyası olduğunu vurğulayır; onları bu dünyanın nemətləri barəsində deyil, o biri dünya haqqında düşünməyi xatırladır və bunun da yeganə yolunu göydə olan "allaha" və onun yerdəki "nümayəndəsi" olan peyğəmbərə bacardıqca müti olmaqda görür. Unutmayaq ki, İslam və onun qanunları əsl müsəlmanın həyatının ilk günündən sona qədər necə olmasını tənzimləyir - bu, neçə yaşında namaza başlamaqdan tutmuş hətta kişinin öz qadınları ilə münasibətlərinə qədər, elementar su içməkdən tutmuş, ayaqyolunda özünu necə aparmağa qədər əhatə edir. Əsl müsəlman bunlara riayət etməlidir və bu qanunlardan qırağa çıxmaq haqqı yoxdur.
Quran açıq söyləyir ki, Muhamməd bəşəriyyətə bir nümunədir və müsəlmanlar mütləq onun yolunu getməlidirlər (sünnə). Hədislərə görə isə Muhamməd özünü kasıb və savadsız təbəqəyə allah tərəfindən bir himayəçi göndərildiyini bildirir. Hədisə (İbn Majah 5:4290) görə, peyğəmbər buyurmuşdur ki, allah cahil insanları sevir və cənnətə də ilk daxil olanlar savadsız müsəlmanlar, sonda daxil olanlar isə bilikli müsəlmanlar olacaqdır. Əlbəttə ki səbəb aydın idi - Muhamməd heç vaxt istəmirdi ki, onun tərəfdarları elmə yiyələnib onun yenicə yaratdığı dinə təhlükə olsunlar və o səbəbdəndir ki, Quran hər hansı növ tənqidə və yazılanlara şübhə etməyə qadağa qoyur (5:101, 5:102). Bilməliyik ki, bəşəriyyətdə baş verən elmi kəşflərin böyük əksəriyyəti şübhə edən insanların payına düşür, nəinki kor-koranə inananların, çünki şübhə müdrikliyin əsasıdır.
İslamın tanınmış simalarından olan İmam Qəzzaliyə görə, allah nəinki cahilliyi, həm də kasıbçılığı çox sevir. O deyirdi ki, cənnətə düşmək üçün namaz, böyük (çoxuşaqlı) ailə və kasıbçılıq əsas şərtlərdir. O hətta yazırdı ki, allah və onun peyğəmbəri kasıbçılıq ilə barışıb, şükr edənləri tərifləmişlər.
Digər tərəfdən islamın əsas tənzimləyici qanunları olan şəriət qanunları dini dövlətdən ayırmağı çətinləşdirir. İlahi qanun insanların qanunlarından üstün tutulur. İslama görə, demokratiya insanlar tərəfindən yaradılmışdır və ona görə də İslam ölkələrində ilahi qanun demokratiyadan üstündür. Əslində islama görə demokratiya bir növ bütpərəstlik formasıdır; belə ki, demokratiyada xalqın hakimiyyəti allahdan (ilahi hakimiyyətdən) üstündür.
İslamda elm həmişə - Quran ayələri, peyğəmbərin həyat tərzi (sünnə), qanuni bilik (fiqh), ruhani bilik və ərəb dilinin öyrənilməsindən ibarət olub və bunların xaricində olan bütün elmlər (xüsusi ilə də təbiət elmləri) küfr adlandırılıb və müsəlmanlara onları oxumaq yasaq olunub. Və əgər bu gün müsəlmanlar öz vətənlərində yaxşı təhsil ala bilmirlərsə, bunun günahı onlarda yox, əksinə islamın elmə olan neqativ münasibətindədir.
Tarixə nəzər salsaq görərik ki, ilk müsəlman mədrəsələri 11-ci əsrdə meydana gəlmişdir və orada da ancaq yuxarıda qeyd etdiyimiz fənnlər tədris olunur. Digər tərəfdən tədris sistemində tənqidi düşüncəyə deyil, əzbərçiliyə üstünlük verilirdi. Təəssüflə bu gün şəriət qanunlarının rəhbər olduğu və ya müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə (Pakistan, Əfqanıstan, Banqladeş və s.) hələ də bu metodlardan istifadə olunur və uşaqlara Quranı lap körpəlikdən onun mənasını bildirmədən əzbərlədirlər - nəticəsi də göz qabağındadır! Unutmayaq ki, sivilizasiyanın inkişafı üçün təhsil olduqca mühümdür. Təhsil insanın düsünmə qabiliyyətini yaxşılaşdırmaqla yanaşı, onun dünyagörüşünə də böyük təsir edir. Bunları isə əzbərləmək və ya fiziki cəzalandırmaqla deyil, əksinə, təcrübə ilə, başqalarını və ümumiyyətlə, dünyanı tədqiqatçı kimi seyr etməklə qazanmaq olar. Təəssüf, bütün bunlar mədrəsə təhsil sistemində yoxdur. Digər tərəfdən istənilən cəmiyyətin iqtisadi inkişafı onun təhsilə olan münasibətindən asılıdır - təhsil nə qədər yüksək olarsa, bir o qədər də iqtisadi artım olar. Elmin inkişafı üçün mütləq yeni ideyalara böyük dözümlülük (tolerantlıq) lazımdır, bütün elmi və fəlsəfi fikirlər azad diskussiyaya çıxarılmalıdır ki, yaxşı ideyalar qəbul olunsun, pislər isə atılsın. Bunların heç biri islam dünyasında yoxdur. Qurandan başqa digər biliklər lazımsız hesab olunur. Təcrübə göstərir ki, hətta Avropaya gəlmiş mühacirlər arasında savadsızlığa görə müsəlmanlar ilk yerdədirlər, çünki çox zaman valideynlər öz uşaqlarını ümumi məktəblərə deyil, həmin ölkələrdə açılmış islami məktəblərə verirlər. Bu məktəblərdə dərs verən müsəlman din xadimləri isə həmişə şagirdlərə onların allahdan asılı olduğunu və öz iradələrinin olmamasını vurğulayırlar. Onların iddiasına görə, bu dünyada baş verən hər şey allahın iradəsindən asılıdır və insan istəsə belə allahın izni olmadan bir şey edə bilməz. Beləliklə, müsəlmanların geriliyinin birinci və başlıca səbəbi elmin zəifliyi və daha dəqiq desək, islamın elmi boğmasındadır.
Digər səbəblərə gəlincə, islamda qadınların hüquqlarının olmamasını göstərmək olar. Qurana görə (Nisə surəsi, 4:34) kişilər qadınlardan üstündür, hədislərə görə, qadınlar əqli cəhətdən natamamdırlar.
Bu səbəbdən islam ölkələrində iş yerlərində qadınlara qarşı böyük ayrı-seçkilik var və çox zaman valideyinlər qızlarının oxumasına qarşı çıxırlar. Bu isə qadınlar arasında kütləvi savadsızlığa və işsizliyə qətirib cıxarır. Bu gün inkişaf etmiş Qərb və Şərq dövlətlərinə nəzər salsaq onda görərik ki, qadınlar cəmiyyətin inkişafında nə qədər böyük rol oynayırlar.
Başqa bir səbəb, islamda sələmçiliyin və əmanət kassasının (əl-Bəqərə, 2:275) qadağan olunmasıdır. İnkişaf etmiş dövlətlərdə banklar bir tərəfdən insanları həvəsləndirir ki, onlar pullarını əmanət kassalarına qoysunlar, digər tərəfdən də yığılan pulları digər iş adamlarına sələmlə borca verir. İş adamları da öz növbələrində bu pulları investisiya edərək yeni şirkətlərin və iş yerlərinin açılmasına təkan verirlər. Əmanət və investisiya iqtisadi inkişafa böyük dəstək verir; Cenevrə, London, Amsterdam, Milan və s. kimi maliyyə mərkəzlərini fikrimizə dəlil göstərə bilərik.
Digər bir səbəb, XXI əsrdə müsəlmanların hər növdən xürafata inanmalarıdır. Müsəlmanların hələ də böyük bir qismi cinə, şeytana, müəyyən bir qismi Muhammədin barmağı ilə ayı iki yerə böldüyünə və Burlaq adlanan qanadlı atla göyə, allahın yanına uçduğuna (Merac) inanırlar. Hətta bu yaxınlarda Azərbaycanda acından nərə çəkən şirin ah-naləsini müsəlman gənclərimiz "allahu əkbər" kimi eşidirdi.

Mən bu sonuncu abzasla bu bölümdəki fikirlərimi tamamlamaq istəyirəm. Bir ölkənin iqtisadiyyatının inkişafı üçün əcnəbi investorlara həmişə ehtiyac var. Quran isə müsəlmanları ancaq müsəlmanlarla yaxın olmağı və əcnəbi insanlardan uzaq durmağı əmr edir (3:118). Digər tərəfdən, islam ölkələrində islam fanatlarının (terroristlərin) olması əcnəbi iş adamlarının ölkədə işləməsinə maneə yaradır. Bütün bu və digər amillər əcnəbilərin bu ölkələrə sərmayə qoymaqdan imtina etməsinə gətirib çıxarır.
Yuxarıda sadalanan səbəblərə əlavə olaraq bildirmək istəyirəm ki, müsəlmanlar VII əsrdə yaradılmış bu dinin əsas prinsiplərinə nə qədər bağlansalar və onu "allahın" bəşəriyyətə sonuncu və bütöv xəbəri kimi qəbul etsələr, onda heç vaxt bu qapalı dairədən çıxa bilməyəcəklər və nəticədə də həmişə kasıb, cahil və geridə qalmış olacaqlar.

Əfqan Eldost:

(ardı var)

www.skype.azersayt.com

TagsTags: islam cəhalət elm 
31 December, 196931 December, 1969 3 comments Bölməsiz Bölməsiz

Ilk once Allahin adi ile Salam Embarassed

TagsTags: ilk once allahin adi ile 

Tesadüfmü?

Napoleon-Hitler

Napoleon 1760-cı ilde, Hitler 1889-cu ilde doğulub. Ferq 129 ildir. Napoleon hakimiyyete 1804-cü ilde, Hitler 1933-cü ilde gelib (ferq 129 il). Napoleon Vyanaya 1812-ci ilde, Hitler 1941-ci ilde girib (ferq 129 il). Napoleon müharibeni 1816-cı ilde, Hitler 1945-ci ilde uduzub (ferq 129 il). 

Her ikisi hakimiyyete 44 yaşları olanda gelibler. Her ikisi Rusiyaya 52 yaşları olanda hücum edibler. Her ikisi müharibeni 56 yaşları olanda uduzublar.



bu ise daha maraqlı ve daha sirlidir.

Linkoln-Kennedi 

Linkoln 1818-ci ilde, Kennedi 1918-ci ilde doğulub. Ferq 100 ildir. Linkoln 1860-cı ilde, Kennedi 1960-cı ilde ABŞ prezidenti seçilibler (ferq 100 il). Her ikisi cüme günü heyat yoldaşlarının yanında başlarından vurulan gülle ile öldürülübler. Linkoln "Kennedi" teatrında, Kennedi "Linkoln" avtomobilinde qetle yetirilibler. 

Ölümünden evvel Linkoln Merilenddeki Monro şeherinde olub. Kennedi ise ölümünden evvel Merilin Monro ile eşq macerası yaşayıb. 

Onların her ikisi demokrat ve cenublu olublar. Her ikisi prezidentlikden evvel senator seçilibler. 

Linkolnu gülleleyen Con Uilks But 1839-cu ilde, Kennedini öldüren Li Harvi Osvald 1939-cu ilde dünyaya gelibler (ferq 100 il). Her iki qatilin ingilis elifbası ile yazılışda adı 15 herfden ibaretdir. But teatrdan qaçaraq çardaqda yaxalanıb. Osvald çardaqdan qaçaraq teatrda tutulub. 

Linkolnun ölümünden sonra onu Conson evez edib. Kennedi qetle yetirilenden sonra onu Conson evez edib. Birinci - Endryu Conson 1808-ci ilde, ikinci - Lindon Conson - 1908-ci ilde doğulublar (ferq 100 il).
 

TagsTags: təsadüfmü? 
31 December, 196931 December, 1969 3 comments Bölməsiz Bölməsiz

www.esmaulhusna.tk

Ey iman gətirənlər Allahı çox zikr edin.Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin.Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur.Allah möminlərə rəhm edəndir...(Əhzab:41,42,43)

TagsTags:  
31 December, 196931 December, 1969 2 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

Adi adamlar dini həqiqət, müdrik adamlar başdan-ayağa yalan və nəhayət, hökmdarlar olduqca faydalı hesab edirlər

Demokratiya hər bir insana öz dinini sərbəst şəkildə ifadə etmək haqqı verir. Din xadimləri adətən Bəqərə surəsindəki "dində məcburiyyət yoxdur (2:256) ayəsini əsas gətirməklə, demokratiyaya işarə vururlar. Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Quran iki hissəyə bölünür - Məkkə surələri və Mədinə surələri. Məkkədə 12 il çəkən təbliğatından sonra, Mədinəyə köçərkən Peyğəmbərin ətrafında təxminən 75 adam var idi, onların da çoxu qadınlar, qocalar və uşaqlar idi. Mədinədə isə xüsusi ilə də ölümünə az qalmış Peyğəmbərin arxasında artıq on minlərlə tərəfdar var idi. Ona görə də Məkkə surələrində Allah müsəlmanları əsasən səbrli olmağa, digər dinin nümayəndələrinə hörmət etməyə çağırırsa, Mədinə surələrində, yer üzərində islam bərqərar oluncayadək cihad etməyi, islamı qəbul etməyənləri isə öldürməyi əmr edir. Sual olunur: nə oldu axı, Allah da müsəlmanlarla birlikdə gücləndi? Əlbəttə ki, bu başqa bir mövzudur və gələcək məqalələrimdə buna ətraflı toxunacağam, qayıdaq mövzuya. Uzatmadan, Mədinədə "nazil olmuş" ayələrin bir neçəsinə nəzər salaq....

"Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür" (əl-Ənfal, 8:39)
"Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır" (əl-Maidə, 5:33).
"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir" (ət-Tovbə, 9:5).
"Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din (olan İslama) etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun" (ət-Tovbə, 9:29).
"Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!" (ət-Tovbə, 9:73).
Bütün bu yazılanların çoxu, xüsusilə də Tövbə surəsi ən sonuncu surələrdəndir (yəni Mədinədə səsləndirilmişdir) və bu surədən aydındır ki, islam qanunları hökm etdiyi yerlərdə başqa dinin nümayəndələri ya islamı qəbul etməli, ya da öldürülməlidirlər; yəhudi və xristianlara isə sağ qalmaq üçün bir şans verilir: cizyə ödəməlidirlər. ("Cizyə" - ümumi gəlirin yarısından ibarət vergi. Cizyə ödəyib öz dinində qalanlar, dinlərinə açıq şəkildə deyil, ancaq evlərdə ibadət edə bilərdilər, müsəlmanlardan uzaq gəzməli idilər və s. ). Cizyə şərtini qəbul etməyənlər və yaxud edə bilməyənlər öldürülməlidirlər! Bu, bir daha sübut edir ki islam sülh deyil, əksinə, zorakılıq dinidir! Beləliklə, din xadimlərinin sadə insanları aldatmaq üçün istifadə etdikləri bu arqument də əsassızdır.
İslamda qadınların
vəziyyəti

Din xadimlərinin istifadə etdikləri 3-cü və sonuncu dəlil islamda qadınların hüquqları ilə əlaqədardır. Təəssüflə qeyd etməliyəm ki, islamdan qabaqkı dövr haqqında yazılmış bütün kitablar müsəlmanlar tərəfindən yandırılmışdır. Muhamməd peyğəmbərin özü haqqında ilkin məlumat belə İbn İshaqın 768-ildə yazdığı "Sirat ər-Rəsulallah"ından daha qədimə getmir. Bir şey haqqında obyektiv məlumat əldə etmək üçün mütləq bir neçə mənbəni oxuyub, təhlil etmək lazımdır. Təəssüf ki, əlimizdə olan ilkin məlumatlar məhz peyğəmbərin ölümündən təxminən 150 il keçdikdən sonra və müsəlmanlar tərəfindən yazılmış mənbələrdir. Amma bununla belə, bu mənbələri diqqətlə oxuduqda az da olsa, islamdan qabaqkı dövrlərdə qadınların hüququ haqda məlumat əldə etmək olar və yetər ki, peyğəmbərin ilk arvadı Xədicəni misal gətirək. Ət-Təbəri yazırdı kı, Xədicə Peyğəmbərdən qabaq iki ərini özü boşamış və Peyğəmbərə də onunla evlənməyi özü təklif etmişdi. Digər tərəfdən, Xədicənin bir biznes qadını kimi əlinin altında kişi işçiləri olmuş, o cümlədən, Muhammədə də onunla işləməyi o təklif etmişdir. Bu, bizə söyləməyə əsas verir ki, islamdan qabaq qadınlar nəinki ərlərini boşaya və seçə bilərdilər, hətta kişilərə rəhbərlik edə bilərdilər. Yəqin ki, bu gün islam ölkələrində qadınlar Xədicənin sərbəstliyinə və öz dövründə cəmiyyətdə oynadığı roluna paxıllıq edərlər. Müasir zəmanədə yadımızda qalan müsəlman qadın lider Pakistandakı müxalifətin keçmiş lideri Bənazir Bhutto idi - o da ki, 2007-ci dekabırında müsəlman fanatlar tərəfindən öldürüldü.
Əlbəttə ki, qadınların vəziyyəti barəsində çoxlu səbəblər ola bilər, amma ki əsas səbəblərdən birini gəlin, elə Peyğəmbərin öz sözündə axtaraq:
"Qadın rəhbərliyi altında olan xalq heç vaxt müvəffəqiyyət qazana bilməz" (Səhih Buxari, 9, 88:219).
Qurana və şəriət qanunlarına müraciət edərək qadınların hüqüqlarına baxaq:
"Kişilərin qadınlar üzərində olan haqları bir dərəcə üstündür" (2:228)
"Bir kişi şahid iki qadın şahidə bərabərdir" (2:282)
"Mirasda kişiyə, iki qadının payı qədər (pay) düşür" (4:11)
"Kişi qadını döyə bilər" (4:34)
"Kişi dörd arvada eyni vaxtda sahib ola bilər" (4:3).
Şəriət qanunlarına görə, müsəlman kişi istənilən an üç dəfə talaq deməklə boşandığı halda müsəlman qadının demək olar ki, boşanmaq haqqı yoxdur; müsəlman kişinin yəhudi və xristian qadına evlənmək haqqı olsa da, müsəlman qadınlar ancaq müsəlman kişiyə ərə getməlidirlər; qadınlar istədiyi geyimi geyə bilməzlər, belə ki, hicab məcburidir; ərindən boşanan qadın təzədən ərinə ərə getmək üçün mütləq bir günlük də olsa başqa kişiyə ərə gedib boşanmalıdır; cinsi zorakılığa məruz qalmış qadın dörd nəfər şahid gətirməlidir, əks halda zina ilə məhkum edilib daş qalaq olunmalıdır və s.
Bütün bunlar göstərir ki, qadınların islamda nəinki hüquqları var, onlar hətta ikinci dərəcəli vətəndaşdırlar və din xadimlərinin bu dəlili də əsassizdir.

Əfqan ELDOST

www.skype.azersayt.com

TagsTags: islam zorakılıq din 
31 December, 196931 December, 1969 2 comments Haqq Din İsLam. Haqq Din İsLam.

 

DİQQƏT!!!: Burada izah olunanlar fərqli yanaşma və ya hər hansı fəlsəfi düşüncə deyil; hər kəsin qəbul edəcəyi və müasir elmin isbatladığı həqiqətlərdir!

 

 Beynimizin İçində Yaranan "Xarici Dünya"

Buraya qədər yazılan fiziki gerçəklər bizi mübahisə olunmaz nəticəyə gətirir: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya", "kainat" dediyimiz anlayışlar əslində beynimizdə şərh olunan elektrik siqnallarıdır. Məsələn, meyvə yeyən bir insan əslində meyvənin beynindəki alqısı ilə əlaqədardır, əsli ilə yox. İnsanın meyvə deyə adlandırdığı şey meyvənin forması, dadı, iyi və sərtliyinə aid olan elektrik siqnalının beyində şərh olunmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssək, meyvə görüntüsü o an yox olar. Və ya burundan beynə gedən sinir tellərində bir nasazlıq olarsa, qoxu hissiyyatımız tamamilə yox olar. Çünki meyvə bir sıra elektrik qıcıqlarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

 

 

 

Bu yerdə üzərində düşünülməsi lazım olan əsas məsələ uzaqlıq hissidir. Uzaqlıq- məsələn bu kitabla aranızda olan məsafə beyninizdə meydana gələn boşluq hissindən başqa bir şey deyil. Bir insanın özündən çox uzaqda zənn etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxaraq ulduzların ondan milonlarla işıq ili uzaqda olduğunu zənn edir. Əslində isə ulduzlar onun içində- beyninin görmə mərkəzindədir. Və ya təyyarədən aşağıdakı şəhərə baxıb onun kilometrlərlə uzaqda olduğunu düşünür. Halbuki o ucsuz-bucaqsız genişlik və o şəhər içindəki insanlarla birlikdə yenə də beynindədir. Bu yazını oxuyarkən içində olduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz. Əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizin otağın içində olmağınıza inandırır. Ancaq bunu unutmayın: bədəniniz də beyninizdə yaranan görüntüdür!      

 

Siz yan otaqdakı TV-nin səsini eşitdiyinizi sanarkən əslində, beyninizin içindəki səsi duyursunuz. Metrlərlə uzaqdan gəldiyini sandığınız səslər də lap yanınızdakı adamın danışması da əslində beyninizdəki fındıq ölşüsündəki eşitmə mərkəzində alqılanır. Bu eşitmə mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi anlayışlar yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz. Səsin gəldiyi bir istiqamət yoxdur!    

Aldığınız qoxular da belədir. Heç bir uzaq məsafədən sizə gəlmir. Qoxu mərkəzində yaranan təsirləri xaricdəki maddələrin iyi zənn edərsiniz. Əslində isə çiçəyin görüntüsü necə ki görmə mərkəzinin içindədirsə, o çiçəyin iyi də qoxu alma mərkəzindədir. "Xaricdə" nə çiçək var, nə də ona aid olan qoxu..  

 

  

Alqılarımızın bizə tanıtdığı "xarici dünya" eyni anda beynimizə çatan elektrik qıcıqlarının cəmindən başqa bir şey deyil. Beynimiz həyatımız boyu bu qıcıqları şərh edir. Biz də bunları maddənin "xaricdəki" əsli hesab edərək aldandığımızdan xəbərdar olmadan ömür sürürük. Aldanırıq çünki, alqılarımızla maddənin əslinə əsla çata bilmərik. Bu, son dərəcə önəmli həqiqətdir.    

 

Çünki, "xarici dünya" sandığımız siqnalları şərh edib mənalı hala gətirən də yenə bizim beynimizdir. Məsələn, eşitmə hissi. "Xarici dünya"dakı səs dalğalarını ritmə çevirən əslində beynimizdir. Yəni musiqi beynmizin yaratdığı duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan sadəcə olaraq işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını işığa çevirən yenə də beynimizdir. "Xarici dünya"da rəng yoxdur. Nə limon sarı, nə göy üzü mavi, nə də ağaclar yaşıldır. Onlar sadəcə olaraq biz elə hiss etdiyimiz üçün elədirlər. "Xarici dünya" tamamilə hiss edənə bağlıdır. Məsələn, rəng korluğu bunun isbatıdır. Gözdəki retinada yaranan kiçik bir nasazlıq rəng korluğuna səbəb olur. Belə vəziyyətdə kimisi mavini yaşıl, kimisi də rəngləri bozun fərqli tonları kimi görür. Artıq xaricdəki əşyanın rəngli olub olmaması önəmli deyil.   

 

George Berkeley də bu həqiqətə belə münasibət bildirir: "Əvvəl rənglərin, qoxuların və s. "həqiqətən var olduğu" hesab edilirdi. Amma daha sonra bu kimi baxışlar rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır." ("Treaties Concerning the Principle of Human-KnowlEdge", 1710, Works of George Berkeley, vol.1, ed. A.Fraser, Oxford 1871)       

Nəticə: Biz əşyaları onlar rəngli olduqlarına görə rəngli görmürük. Çünki varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər "xarici dünyada" deyil, içimizdədir. Bəs yaxşı, "xarici dünyanı" tam olaraq bildiyimizi necə iddia edə bilərik? 

 İnsanın Məhdud Bilgisi 

Buraya qədər anlatdığımız gerçəyin ortaya çıxardığı ən önəmli nəticələrdən biri insanın "xarici dünya" haqqında məlumatının son dərəcə məhdud olmasıdır. Xarici dünya haqqında məlumatımız həm 5 duyğumuz ilə məhduddur, həm də bu duyğuların bizə hiss etdirdiyi dünyanın "əsl dünya" ilə birə-bir eyni olduğunu göstərəcək heç bir dəlil yoxdur.      

Dolayısı ilə əsl dünya bizim hiss etdiyimizdən çox fərqli ola bilər. Orada bizim hiss etmədiyimiz və ya beynimizin şərh edə bilmədiyi varlıqlar ola bilər. Biz insanların informasiyası kainatın ən uzaq nöqtələrinə varsaq belə əksik olaraq qalmağa davam edəcəkdir.      

Bütün varlıqları və qüsursuz bilən isə onları yaratmış olan Uca Allahdır. Allahın yaratdığı varlıqlar ancaq Onun izin verdiyi qədər informasiyaya sahibi ola bilərlər. Bu gerçək Quranda belə xəbər verilir: "Allah...Ondan başqa ilah yoxdur. Diridir, qaimdir. Onu yuxulama və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun qatında şəfaət tapacaq kimdir? O, önlərindəkini və arxalarındakını bilir. (Onlar isə) dilədiyi qədərinin xaricində Onun elmindən heç bir şeyi qavrayıb əhatə edə bilməzlər. Onun kürsüsü bütün göyləri və yeri örtüb əhatə etmişdir. Onların qorunması Ona çətin gəlməz. O, çox ucadır, çox böyükdür." (Bəqərə Surəsi, 255)

 

 

Süni Olaraq Meydana Gətirilən "Xarici Dünya"

 

Tanıdığımız yeganə dünya zehnimizin içində olan, orada şəkilləndirilən, orada səsləndirilən və rəngləndirilən - bir sözlə zehnimizdə meydana gələn dünyadır. Beynimizdə seyr etdiyimiz bu alqılar "süni" mənbədən də gələ bilər. Bunu belə bir misalla zehnimizdə canlandıra bilərik:Beynimizi vücudumuzun xaricinə çıxarıb şüşə qabın içində süni  olaraq yaşatdığımızı düşünək. Yanına isə hər cür elektrik siqnalını istehsal edə bilən kompyuter yerləşdirək. Sonra hər hansı bir mühitə aid görüntü, səs, qoxu, sərtlik , dad və vücud görüntüsü kimi verilən elektrik siqnallarını süni olaraq bu kompyuterdə yaradaq və qeyd edək. Bu kompyuteri sinir vəzifəsi həyata keçirəcək elektrik kabelləri ilə beynimizin müvafiq mərkəzlərinə bağlayaq. Kompyuterdə qeyd olunmuş siqnalları kənardakı beynimizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (yəni SİZ) bunların qarşılığı olan həmin mühiti görəcək və yaşayacaqsınız. Bu komputerdən beyninizə öz görüntünüzə aid olan informasiya da göndərə bilərsiniz. Müvafiq görmə, eşitmə, toxunma kimi hisslərin elektrik qarşılığını beyninizə göndərdiyimizdə beyniniz özünü məsələn, ofisində oturmuş iş adamı hesab edəcək. Kompyuterdən gələn təsirlər davam etdiyi müddətdə bu xəyali dünya davam edəcək. Sadəcə beyindən ibarət olduğunuzu anlamağınız isə heç zaman mümkün olmaz. Çünki beynin içində bir dünyanın yaranması üçün həqiqi bir dünyanın var olması lazım deyil, sadəcə bir sıra qıcıqların olaması kifayətdir. Bu qıcıqların süni mənbədən gəlməsi isə elmi cəhətdən mümkündür.    

Maddi qarşılığı olmayan müəyyən qıcıqları gerçək sanaraq aldanmağımız çox asandır. Bu həqiqəti yuxularımızda tez-tez yaşayırıq.Yuxuda gördüklərimiz alqıdan başqa bir şey deyil. Yuxu ilə "gerçək dünya" arasında isə təməl fərq yoxdur. Çünki hər ikisi zehində yaşanır. 

 

 ALQILAYAN KİMDİR? 

Qeyd: Alqı - qəbul olunan elektrik qıcıqların beyin tərəfindən şərh olunmasıdır. 

"Xarici dünya" olaraq bildiyimiz maddi dünyanın əslində beynimizdə yarandığına şübhə yoxdur. Əsl sual da elə burada meydana çıxır. Bildiyimiz bütün maddi varlıqlar əslində bir alqıdırsa, o zaman beynimiz nədir? Beynimiz də qolumuz kimi, ayağımız və digər maddələr bir alqıdır. Yuxu ilə bağlı bir misal məsələni daha yaxşı izah edəcək: Beynimizin içində yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali qolumuz, xəyali gözümüz və xəyali beynimiz olacaq. Yuxuda bizə "harada görürsən?" deyə bir sual gəlsə, "beynimdə görürəm" deyəcəyik. Amma ortada həqiqi beyin yoxdur. Yuxudakı görüntünü görən iradədirsə, yuxudakı xəyali beyin deyil, ondan daha "kənarda" olan varlıqdır. Yuxudaki mühitlə həqiqi həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda bizə həqiqi həyat dediyimiz mühitdə "harada görürsən?" sualı veriləndə də yuxarıdakı misalda olduğu kimi "beynimdə" cavabını verməyin mənası yoxdur. Hər 2 vəziyyətdə də görən və alqılayan iradə ət parçası olan beyin deyil. Buraya qədər ancaq xarici dünyanın kopiyasını beynimizdə izlədiyimizdən danışdıq. Bunun önəmli bir nəticəsi xarici dünyanın əslini heç zaman tam olaraq bilməyəcəyimizdir.  

     

Ən az bu qədər vacib olan ikinci bir məsələ isə beynimizdə izlədiyimiz bu dünyanı izləyən "iradənin" beynin özü olmadığıdır. Beyin ona gələnləri görüntüyə çevirən kompyuter-monitor sistemi kimidir. Amma bilindiyi kimi kompyuterlər özləri özlərini seyr etmirlər. Var olduqlarından xəbərləri də yoxdur. 

Bu şüuru axtarmaq üçün beyni analiz etdiyimizdə qarşımıza yağ və proteyn molekullarından başqa bir şey çıxmır. Yəni beyin dediyimiz ət parçasında "MƏN" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur. R.L.Gregory beynin içində görüntünün yaranması ilə bağlı insanların düşdüyü bu yanılqını belə ifadə edir: "İnsanlarda gözlərin beyində görüntü yaratdığına aid səhf fikirləri var. Bundan qaçmaq lazımdır. Beyində görüntünün yarandığı deyilirsə, bunun da görünməsi üçün beyində daha bir göz lazımdır. Bu gözün rəsmini görmək üçün daha bir gözə ehtiyac var.... və bu da sonsuz göz görüntü olmasını vacib edir. Bu mümkün ola bilməz."   

Maddədə nə başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri məsələ elə budur: Görən, gördüyünü alqılayan və reaksiya verən "daxildəki göz" kimə aiddir? İndi belə düşünək: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısası qarşınızdaki bütün görüntülər beyninizin içində görünür. Yoxsa bu görüntüləri atomlarmı görür? Kor, şüursuz, cansız atomlar necə hiss edə bilər, necə görə bilər? Yaxşı, tutaq ki, atomların bir hissəsi bu "qabiliyyəti" qazanıb. Bəs digərləri niyə qazanmayıb? Düşünməyiniz, qavramağınız, sevinməyiniz, kədərlənməyiniz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir? Xeyir, bütün bunları edən iradə beyin ola bilməz.   

Bütün buları düşündüyümüzdə atomlarda iradə axtarmağın mənasız olduğunu görürük. Aydındır ki, görən, eşidən, hiss edən varlıq maddədən kənar bir varlıqdır. Bu varlıq "canlı"dır və nə maddə, nə də görüntü deyil. Bu maddə vücud görüntüsündən istifadə edərək qarşısındaki alqılarla əlaqədar olur. Bu varlıq ruhur.

Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar bir atom, molekul yığımı və bunların arasındaki kimyəvi reaksiyalar deyil, bir RUHDUR!

TagsTags: diqqət!!! 
31 December, 196931 December, 1969 2 comments Haqq Din İsLam. Haqq Din İsLam.

 

 

 

    DİQQƏT!!!: Burada izah olunanlar fərqli yanaşma və ya hər hansı fəlsəfi düşüncə deyil; hər kəsin qəbul edəcəyi və müasir elmin isbatladığı həqiqətlərdir!

 

 

  

 

"Əsla düşünməyin, yoxsa inanarsınız!" (Leninin yoldaşlarına əmri)

 

"Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınsa, şübhəçiliyə (agnostisizm) və subjektivizme düşəcəyindən, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən. Bu da fideizmin istədiyi şeydir. Barmağını qapdırdınmı, əvvəl qolun sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın bir görüntüsü olaraq deyil, xüsusi bir element olaraq götürdüyündə, digər bir deyişlə materializmə güzəşt etdiyində, mənliyini fideizmə qapdırarsan. Sonra duyğuların heç kimin duyğuları olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, könül heç kimsənin könlü olar."  (V. I. Lenin, Materialism and Empirio-criticism, Progress Publishers, Moskva 1970, s. 334-33)

"Maddənin gerçəyi" mövzusu tarix boyu düşünən insanlar arasında gərgin mübahisə, müzakirə mövzusu olub. İnsanlar ta başdan bu mövzuda 2 əsas qrupa ayrılmışlar. Materialist adlanan bir qrup insan maddənin mütləq varlıq olduğunu hesab edərək fəlsəfələrini, bütün həyatlarını bu fikir üzərində inşa etmişlər və özlərini aldadaraq yaşamışlar. Digər qrup insanlar isə səmimi davranmış və düşünməkdən qorxmayaraq daha da irəli getmiş və əlaqədar olduqları "ŞEY"lərin əslini və ardındakı dərin mənanı qavrayaraq həyatlarını yaşamışlar. İnkişaf edən elm və texnologiya bu məsələyə son nöqtəni qoymuş və onsuz da son dərəcə aydın olan bu həqiqəti- yəni, maddənin əsli ilə heç bir zaman əlaqədar olmadığımızı isbatlamışdır.

 

Əsrlərdir Cavab Axtarılan Sual: Maddənin Gerçək Mahiyyəti Nədir?

Ağıl və vicdan sahibi olan hər insan içində yaşadığı kainata, qalaktikalara, planetlərə, onların sahib olduğu nizama, atomun stukruturundakı dayanıqlığa, kainatın hər yerində mövcud olan nizama, ətraf aləmdə qarşısına çıxan saysız canlı növünə, onların yaşayışına, heyrətamiz qabiliyyətlərinə və ən sonunda öz bədəninə baxdığında bir möhtəşəmlik görər. Ətrafındakı bu qüsursuzluğun və incəliklərin öz-özünə yaranmadığını asanlıqla anlayar. Bir sözlə, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır. Ancaq, gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyildir. Deməli, Yaradıcımız gözümüzlə gördüyümüz hər şeydən fərqli və üstün varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını göstərdiyi üstün bir gücdür. Allahın varlığını tanımayanların çaşdıqları nöqtə də buradadır. Bu adamlar Allahı gözləriylə görmədikləri müddətcə Onun varlığına iman etməməyə özlərini şərtləndiriblər. Belə olduqda kainatın hər yerində mövcud olan "yaradılmışlıq" həqiqətini gizlətməyə, kainatın və canlıların yaradılmamış olduğunu "öz aləmlərində" isbat etməyə çalışırlar. Təkamül nəzəriyyəsi  belə yalanların və nəticəsiz çapalamaların ən bariz nümünəsidir. Bu nəzəriyyə çox vaxt Allahı inkar etməyən, lakin cafəng bir Allah inancına sahib olan bir sıra insanlar tərəfindən qəbul olunur və onların Allahın "harada" olduğuna dair yalnış inancları var:

1.  Çox adam Allahın "göydə" olduğunu zənn edir.

2.  Şüuraltındakı yalnış düşüncəyə görə bəziləri Allahın çox uzaqlardakı bir planetin arxasında olduğunu və nadir hallarda "dünya işlərinə" müdaxilə etdiyini zənn edir.

3.  Və yaxud heç müdaxilə də etmir, sadəcə kainatı bir dəfə yaratmış və buraxmışdır. İnsanlar özləri öz qədərlərəini yazırlar (Allahı tənzih edirik).

4.  Bəzi insanlar da Quranda bildirilən Allahın hər yerdə olduğu gerçəyini eşidiblər, amma mahiyyətini bilmirlər.

Onların şüuraltındakı yalnış düşüncəsinə görə Allah radio dalğa və ya hissedilməz bir qaz kimi bütün əşyaları əhatə edir (Allahı tənzih edirik).

Allahın "harada" olduğunu heç cür qavraya bilməyənlərlər ortaq SƏHV fikirə əsaslanırlar. Heç bir əsası olmayan bu səhv fikirləri mənimsəyir və Allah ilə bağlı müxtəlif zənlərə qapılırlar. Nədir bu səhv düşüncə?

Bu yalnış düşüncə maddənin mahiyyəti ilə bağlıdır. İnsanların böyük bir qismi gördüyümüz maddi aləmin var olan gerçəkliyin elə ÖZÜ olduğuna şərtləniblər. Əslində isə elmin son nailiyyətləri bu yalnış əsasları sarsıdaraq çox  vacib və təsirli həqiqəti ortaya qoyub.

 

Elektrik Siqnallarından İbarət Olan Kainat

Bütün imformasiyalar bizə 5 duyğu orqanımız vasitəsiylə gəlib çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulaqlarımızın eşitdiyi bir dünyanı tanıyırıq. Doğulduğumuzdan etibarən bu duyğu üzvlərinə bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik

 

 

 

 

 

Bizim "xarici dünya" olaraq qəbul etdiyimiz  yalnız və yalnız duyğu orqanlarımızın göndərdiyi elektrik siqnallarının beynimizdə yaratdığı təsirlərdir. Gözünüzlə qəbul etdiyiniz müxtəlif rənglər, toxunma duyğusu ilə hiss etdiyiniz sərtlik və ya yumşaqlıq, dilinizlə aldığınız dadlar, qulağınızla eşitdiyiniz fərqli musiqilər, səslər, qoxuladığınız müxtəlif qoxular, işiniz, eviniz, sahib olduğunuz bütün mallar, bu kitabın özü, ananız, atanız, ailəniz və həyatınız boyu gördüyünüz, bildiyiniz, tanıdığız, alışdığınız bütün dünya yalnız və yalnız duyğu orqanlarınız tərəfindən göndərilən elektrik siqnallarından ibarətdir. Bəri başdan anlaşılması çətin olsa da bu, elmi həqiqətdir.

Frederick Vester elmin bu mövzuda nail olduğu son nəticəni belə ifadə edir: "Bəzi mütəfəkkirlərin "insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır, bu kainat bir kölgədir" kimi sözləri günümüzdə elmi cəhətdən sübut olunur." (Frederick Vester, "Düşünmek, Öğrenmek, Unutmak" İstanbul: Arıtan Yayınevi,1991, s.6)

Məsələni tam açıqlamaq üçün əvvəlcə xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan söz edək.  

 

TagsTags: diqqət!!! 
31 December, 196931 December, 1969 2 comments Haqq Din İsLam. Haqq Din İsLam.

 

 

 

Zaman nədir ?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə ortaya çıxan anlayışdır. Yəni zaman, bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girər, sonra yerdə olan qələmi görər və əyilib onu götürər. Daha sonra bu qələmi masaya qoyar. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edər. Hər biri arasında bir müddət keçdiyini düşünər və beləcə zaman qavrayışı əldə edər. 

Yəni, zaman, beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan yalnız içində olduğu anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısilə zaman qavrayışı da meydana gəlməyəcəkdi.

  

Bütün hadisələr bizə müəyyən bir sıralama ilə göstərildiyi üçün zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn bir xizəkçi həmişə dağdan aşağı doğru sürüşər, yuxarı doğru sürüşməz və ya bir su damlası su yığınından yuxarı doğru çıxmaz, həmişə aşağı doğru düşər. Bu vəziyyətdə xizəkçinin təpədəki halı keçmiş, aşağıya çatdığı halı gələcəkdir. Halbuki əgər yaddaşımızdakı məlumatlar, bir filmin əvvələ yığılması kimi tərsinə doğru göstərilməyə başlarsa bizim üçün gələcək, yəni aşağı enmiş halı keçmiş, təpədəki halı isə gələcək olar.

 

Beynimiz müəyyən bir sıralama üsuluna görə işlədiyi üçün bu anda dünya yuxarıda izah edildiyi kimi işləmir və biz də zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizin içində verilən qərardır və dolayısilə tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar geriyə doğru oynadılan filmlərdəki kimi düzülsə, zamanın axışı da bizim üçün geriyə doğru oynadılan filmlərdəki kimi olacaq. Belə bir vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayar, həyatı indiki nizamının tam tərsi bir nizamda yaşayarıq. 

Gerçəkdə isə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq bir gerçək olmadığını, yalnız bir qavrayış forması olduğunu göstərir. 

Ümumi Nisbilik Nəzəriyyəsinə görə "zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil bir varlığı yoxdur."

Yuxularımız, zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxumuzda günlərlə sürdüyünü düşündüyümüz hadisələr yaşadığımız halda, əslində yalnız bir neçə dəqiqə hətta bir neçə saniyə davam edən bir yuxu görürük.

Fərqli şərtlərdə, insanların eyni zaman bölümünü, daha uzun və ya daha qısa qavramaları da bunun bir nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən bir insan üçün, bir saatlıq müddət aradan saatlar keçmiş qədər uzun gələr. Ancaq eyni adam çox zövq aldığı bir işi edərkən, bir saatın necə keçdiyini anlamaz. 

Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti, bir cisimin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalmaqda, sıxılmaqda; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşmaqdadır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın bir sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa çıxan adam, geri qayıtdığında əkiz qardaşını özündən çox daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın bir sürətlə hərəkət edən raketlə kosmosda səfər edən bir ata və Dünyada qalan oğulu üçün də düşünülə bilər. Eynşteynə görə "Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya döndüyündə oğul 33 yaşında, ata isə 30 yaşında olacaq. " (Paul Strathern, Einstein ve Görelilik Kuramı, Gendaş Yayınları, 1997, s. 57)

Zamanın nisbi olması, saatların yavaşlaması və ya sürətlənməsindən deyil; bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə fəaliyyət göstərməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insan bədənindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyin fəaliyyətləri kimi fəaliyyətlər daha ağır işləyir. Bu halda insan zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirir.

ZAMANIN NİSBİ BİR ANLAYIŞ OLDUĞU QURAN'DA BİLDİRİLMİŞDİR

Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi bu gerçəyin Quranda 1400 il əvvəl bildirilmiş olması isə çox böyük möcüzədir. 

Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir.



Dedi ki: "İl sayı olaraq yer üzündə nə qədər qaldınız?" Dedilər ki: "Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş." Dedi ki: "Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz." (Muminun Surəsi, 112-114)



Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə axdığı xəbər verilir. Məsələn Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu ifadə edilir. (Həcc Surəsi, 47) Bu mövzu ilə əlaqədar digər ayələr belədir:

Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)


O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə Surəsi, 5)



ZAMANIN NİSBİLİYİ, QƏDƏR (TALEY, QİSMƏT, AQİBƏT, ALIN YAZISI) GERÇƏYİNİ DƏ AÇIQLAYIR


Zamanın nisbiliyi ilə əlaqədar şərhlərdən və ayələrdən görüldüyü kimi zaman qavrayana görə dəyişən, sabit olmayan anlayışdır. Məsələn, bizim üçün milyardlarla il davam edən bir zaman parçası, Allah qatında bir andır. Bizim üçün 50 min illik bir müddət mələklər və Cəbrayıl üçün bir gündür. 

Bu gerçəyin bilinməsi, qədər mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək bütün hadisələri "tək bir an" içində yaratmış olmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların əhəmiyyətli hissəsi, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini, Allah qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin həqiqətini heç cür qavraya bilmirlər. Halbuki "yaşanmamış hadisələr" bizim prizmadan baxdıqda yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı olaraq həyatımızı davam etdiririk və yaddaşımıza verilən məlumatlar olmadan heç bir şey bilmirik. Allah, dünyadakı imtahan mühiti gərəyi "gələcək" olaraq adlandırdığımız hadisələri yaddaşımıza vermədiyi üçün, gələcəkdə nə olacağını da bilmərik. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və bu an hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləməz. Zatən bir hadisənin başı da sonu da Onun qatında tək bir anda yaşanar. Məsələn, Fironun necə bir sona uğradığını Allah hələ Hz.Musanı Firona göndərmədən, Hz.Musa hələ doğulmadan, hətta Misir dövləti daha qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an olaraq yaşanmışdır. Bundan əlavə Allah üçün keçmişi xatırlama deyilən bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daim qarşısındadır, hamısı eyni anda mövcuddur. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq olan bütün insanların dünya və axirətdəki həyatları, hər anları ilə Allahın qatında hazır və yaşanmış olaraq var. Allahın sonsuz "hifzi"ndə milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılı hadisələr də heç zaman azalmadan və ya itmədən vardır. Qədər gerçəyi, Allahın Hafiz (Mühafizə edən, Qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.

"KEÇMİŞ" ANLAYIŞI YADDAŞIMIZDAKI MƏLUMATLARDAN ÖTRÜ MEYDANA GƏLİR

Bizə verilən təlqindən ötəri, keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edirik. Halbuki, "keçmiş" anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza bəzi hadisələrin verilməsidir. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə meydana gələcək" hadisələr kimi qəbul edirik. Halbuki keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr oduğu qədər gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik. 

Allah, bizə hadisələri müəyyən bir sıra içində, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi qavratdığı üçün bizə gələcəyimizlə əlaqədar hadisələri bildirmir, bunların məlumatını yaddaşımıza vermir. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allahın sonsuz hifzində, bütün insanların keçmişləri və gələcəkləri var. Bu, bir insanın həyatını zatən mövcud olan filmdən izləməsi kimidir. Film, onsuz da çəkilmiş və bitmişdir. Ancaq, bu filmi irəli yiğma imkanı olmayan insan kadrları tək-tək seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.

KEÇMİŞ VƏ GƏLƏCƏK QEYB XƏBƏRİDİR

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir: 

De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah (qeybi və müşahidə edilə biləni bilən Allahım)! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!" (Zumər Surəsi, 46)

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Bu halda səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud Surəsi, 49)


Allah Peyğəmbərimizə (səv) hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fəth Surəsi, 27) və Rumun bütpərəstlərə qarşı qalibiyyəti (Rum Surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə (səv) bildirilmişdir. Peyğəmbərimizin (səv) qiyamət əlamətləri, axır zaman kimi mövzulardakı hədisləri də, o dövr bütün insanlar üçün qeyb olan bu məlumatları Allahın ona öyrətdiyini göstərir.

Nəticə olaraq, bizim keçmiş və gələcək olaraq adlandırdığımız hadisə və məlumatların hamısı, Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah dilədiyi zaman dilədiyi insanın yaddaşına bu xəbərlərdən bəzilərini verərək, qeybin bir qisimini bilinən hala gətirir. Və beləliklə, müşahidə edilə bilən, yəni görülə bilən, şahid olunmuş hala gələn bu hadisələr, insanlar tərəfindən keçmiş olaraq xarakterizə edilir.

QƏDƏRƏ TƏSLİMİYYƏTİN ƏHƏMİYYƏTİ

Keçmiş və gələcəyin gerçəkdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələr olması bizə çox əhəmiyyətli gerçəyi göstərir: Hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, eləcə də gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, eləcə də nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın hafizəsində yaşanmış olaraq var. Yalnız bunların məlumatı hələ bizim yaddaşımızda yoxdur.

Bu səbəbdən başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqırıb çağıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki, necə olacağından narahatlıq və qorxu duyduqları gələcəkləri zatən yaşanmışdır. Və nəsə etsələr də bunları dəyişdirmə imkanları yoxdur.

ALLAH BİZİM KEÇMİŞİMİZİ VƏ GƏLƏCƏYİMİZİ TƏK BİR AN OLARAQ BİLƏR VƏ GÖRƏR

Yeri gəlmişkən, burada yanlış qədər anlayışından çəkinməyin lazım olduğu qeyd edilməlidir. Bəzi insanlar, "necə olsa qədərimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur" deyərək yanlış qədər anlayışı qəbul edirlər. Yaşadıqlarımızın qədərimizdə müəyyən olduğu həqiqətdir. Biz daha o hadisəsi yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah qatındakı Lövhü Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verər. Məsələn insan, su içmək istədiyində bunun üçün "qədərimdə varsa içərəm" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər. Həqiqətən də qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar. Və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli olan insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək yanılar. 

Bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan, bunun qədərində olduğunu bildiyi üçün son dərəcə təvəkküllü davranar. "Allah bunu qədərimdə yaratdığına görə, mütləq böyük bir xeyr var" deyə düşünər. Amma "hər nə olsa qədərimdə sağalmaq varsa sağalaram" deyərək tədbir görmədən gözləməz. Əksinə, ola biləcək bütün tədbirləri görər. Həkimə gedər, qidalanmağına diqqət yetirər, dərman qəbul edər. Ancaq getdiyi həkimin, həkimin tətbiq etdiyi müalicənin, dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, sağalıb sağalmayacağının, qısası hər detalın qədərində olduğunu unutmaz. Bunların hamısının Allahın yaddaşında, daha özü dünyaya gəlmədən əvvəl hazır olaraq olduğunu bilər. Allah, Quranda, insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)

Buna görə də qədərə iman edən bir insan başına gələn heç bir hadisədən ötəri kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə son dərəcə təvəkküllü, təslimiyyətli və daim rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəldən müəyyən olduğunu, bu səbəblə başlarına gələn çətinliklərə kədərlənməmələrini və özlərinə verilən nemətlərlə lovğalanmamalarını əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəlcədən təyin etdiyi hadisələrdir.

Allah ayədə
"Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq." (Qəmər Surəsi, 49) deyə bildirir. Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir qədəri vardır.

O halda, hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ də Allahın yaddaşında hazır olan bir həyat üçün narahat olmaq, qorxmaq, kədərlənmək böyük qəflətdir. Bu halda ağıl və vicdan sahibi bir insanın bu gerçəyi qavrayaraq, Allaha və Allahın yaratdığı qədərə könüldən təslim olması lazımdır. Əslində hər insan zatən Allaha təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki, istəsə də, istəməsə də Allahın özü üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən insan da qədərində "qədəri inkar etmək" olduğu üçün inkarçıdır. 

Mömin, Allahın yaratdığı qədərə təslim olmalı, bununla birlikdə qarşılaşdığı hadisələrdə əlindən gəldiyi qədər səbəblərə sarılmalı, ehtiyat tədbir görməli, hadisələri xeyirə istiqamətləndirmək üçün çalışmalı, amma bütün bunların qədər içində reallaşdığı və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olmalıdır. Quranda bu rəftara nümunə olaraq Hz.Yaqubun oğullarının təhlükəsizliyi üçün aldığı ehtiyat tədbirdən danışılır. Hz.Yaqub, pis niyyətli insanların diqqətini çəkməmək üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, amma bunun Allahın təyin etmiş olduğu qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:

(Yəqub) dedi: "Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusuf Surəsi, 67)

Allah, insanların nə edirlərsə etsinlər qədərlərini dəyişdirə bilməyəcəklərini bir ayəsində belə bildirir:

"Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: "Bu işdə bizim üçün bir şey (xeyir) varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)". Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik", - deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!" (Ali-İmran Surəsi, 154)

Ayədə də görüldüyü kimi, bir insan ölməmək üçün xeyr və ibadət olan bir işdən qaçsa belə əgər ölüm yazılmışsa zatən öləcək. Hətta, ölümdən qaçmaq üçün istifadə etdiyi yollar və üsullar da qədərində müəyyəndir və hər insan qədərindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə edir.

Qəmər Surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilir, cənnət xalqının yaşadıqları isə yaşanmış hadisələr olaraq izah edilir. Daha əvvəl də ifadə edildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq, cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində var. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzində mühafizə edilir: 

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! 
Kiçik, böyük hər şey sətir sətir (yazılı)dır.
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarındadırlar. 
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurundadırlar. (Qəmər Surəsi, 52-55)


Qeyd: bu ayələr Qurani-Kərimin ərəbcə orijinalındakı zaman formasındadır. Burada Ali Bulaçın Qurani Kərimin Türkcə Məalından istifadə edilmişdir.

Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcəyin olmadığını Quranda istifadə edilən üslubdan da anlaşılır. Görüldüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş hadisələr kimi izah edilir. Çünki Allah keçmişi də gələcəyi də, bir an olaraq zatən yaratmışdır. Bu səbəblə gələcəkdə olacağı izah edilən bir hadisə onsuz da olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların verəcəkləri hesabatın olduğu ayələr, çoxdan olub bitmiş hadisə kimi izah edilir:

Sur üfürüldü, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha ona üfürüldü, artıq onlar ayağa qalxmış vəziyyətdə müşahidə edirlər.
Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm verildi... 
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər...
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə sövq edildilər... 
(Zumər Surəsi, 68-73)


Qeyd: bu ayələr Quranin ərəbcə mətnində keçmiş zamandadır. Ona görə də bəzi ayələr Ali Bulaçın Qurani Kərimin Türkcə Məalından götürülmüşdür.

Yuxarıdakı ayələrdə, ölümümüzdən sonra yaşanacaq olan hadisələr, yaşanmış və bitmiş hadisələr olaraq izah edilir. Çünki Allah, bizim tabe olduğumuz nisbi zaman ölçüsünə tabe deyil. Allah bütün hadisələri zamansızlıqla təqdir etmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik böyük hər cür hadisənin, Allahın məlumatı daxilində həyata keçdiyi və bir kitabda yazıldığı aşağıdakı ayədə xəbər verilir:

Sən nə iş görsən, Qur'andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)

 

31 December, 196931 December, 1969 2 comments Haqq Din İsLam. Haqq Din İsLam.

PROFESSOR RAFİQ ƏLİYEV: "MƏN ALLAHSIZ ALİM TANIMIRAM" - MÜSAHİBƏ, 26.09.2008

 

 

"İntellektual robotlar artıq istehsal edilir və yaxın zamanlarda onların hissləri də olacaq"

Dünya şöhrətli alim Rafiq Əliyevin Lent.az-a müsahibəsi

Qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Əliyev 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Orta məktəbi medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirib, 25 yaşında namizədlik, 32 yaşında doktorluq dissertasiyasını müdafiə edib, 47 yaşında AMEA-nın müxbir üzvü seçilib.

 

Onun rəhbərliyi altında 30 doktorluq, 150-dən çox namizədlik dissertasiyası müdafiə olunub. Nəşr edilən 60 kitabından 48-i xarici ölkələrdə çap olunub, "Soft komputing" və "Soft komputing its aplications" bestseller-kitabları dünyanın 5 qitəsində dərsliklərə salınıb. Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırılmış idarəetmə sistemləri" kafedrasının müdiri, eyni zamanda Corciya Dövlət Universiteti (ABŞ), Təbriz Universiteti (İran) və Zigen Universitetinin (Almaniya) professorudur.

Onunla söhbət etmək çətindir - kimin qarşısında əyləşdiyini yaxşı bilirsən...
Onunla söhbət etmək asandır - çox mürəkkəb elmi nəzəriyyələri olduqca səlis, aydın bir tərzdə izah edir...

- Bu gün dünyanın yaranma səbəbini tapmağa çalışan alimlərin qeyri-adi eksperiment keçirmək istəyi birmənalı qarşılanmadı. Siz necə düşünürsünüz, layihə bəşəriyyət üçün təhlükəli ola bilərmi?

- Mən fizik deyiləm, amma həmişə deyirəm ki, bir yaxşı nəzəriyyə yüz təcrübədən irəlidir. Düzdür, nəzəriyyəni həmişə axıra çatdırmaq olmur. Bu layihədə yalnız dünyanın əvvəli və sonunun öyrənilməsi nəzərdə tutulmayıb. Zərrəciklərin toqquşması nəticəsində həmçinin digər fiziki proseslərin öyrənilməsinə də eksperimental cəhd göstərilir. Bu layihənin müsbət tərəfləri var. Əvvəla, dünyanın diqqəti siyasətə deyil, alimlərin tədqiqatlarına yönəlib. İkincisi, tədqiqatlara, demək olar ki, dünyanın bütün alimləri cəlb edilib. Bu layihə dünya alimlərinin böyük miqyaslı əməkdaşlığına imkan yaradıb. Ehtimal edilir ki, təcrübə zamanı o qədər çox informasiya əldə ediləcək ki, onu emal etməyə dünyanın əksər ölkələri cəlb olunub. Eksperimentin əsas məqsədinin dünyanın yaranma səbəbini tapmaq olduğunu düşünmürəm. Dünyanın yaranmasında bir başlanğıc var - Allah. Layihənin dünya üçün təhlükəli olacağına inanmıram. Alimlərin ən xırda detalı belə nəzər aldıqlarına əminəm.

- Sizcə, müasir elm nəyə can atır - dünyanın yaranma səbəbini tapmağa, yoxsa onu təzədən yaratmağa?

- Atom nüvə proqramı üzrə "Manhetten" proyektində iştirak etmiş bir qrup görkəmli Amerika alimləri "Qiyamət gününün saatı" adlı simvolik nəhəng bir divar saatı quraşdırıblar. Bu saatda gecə yarısı 12.00 qlobal nüvə fəlakət anını ifadə edir. İndi bu saat 11.55- i göstərir. Gecə yarısına cəmi beş dəqiqə qalıb... Bu simvolik saatın böyük bir mənası var: yəni ay alimlər, dünyanı bu günə siz qoymusunuz. Amma dünyanın bu vəziyyətə düşməsində siyasətçilərin günahı alimlərdən çoxdur. Alimin öz dünyası var və hər halda onun ümumbəşəri əxlaqı başqalarından yüksək səviyyədə olur. O, nəyisə yaradanda bir mənəvi açar da qoyur. Albert Eynşteynin ABŞ-ın prezidenti Ruzveltə yazdığı məşhur məktub ABŞ-da atom silahının yaranmasına əsas təkan oldu. Lakin o, atom bombası ilə Yaponiyanın dağıdılmasını istəmirdi.

Dünya balaca bir gəmidir. Göründüyü kimi, maliyyə böhranı hazırda bütün dünyanı əhatə edib. Bu böhranın nə ilə qurtaracağını, həmin bu balaca gəmini gələcəkdə nə gözlədiyini indi heç kim bilmir. Bu gün dünya zəncirvarı şəkildə bir-birinə bağlanıb. Heç bir uğur və ya təhlükə artıq konkret ərazi tanımır. Dünyanın diqqətini özünə çəkən yeni eksperimentin bir cəhdi də elə budur ki, alimləri bir yerə yığıb həyəcan təbili vursunlar: Dünya hara gedir? Unutmayaq ki, bəşəriyyəti bütün dolaşıq vəziyyətlərdən siyasət, ədəbiyyat, sənət yox, məhz elm xilas edib.

- Bəs elm özü bu gün hansı səviyyədədir, nəyə qadirdir?

- Mən düşünürəm ki, elm bu gün çox yüksək səviyyədə inkişaf edib. Elm inkişaf edib, amma ümumbəşəri əxlaq çox geri qalıb. Əgər belə olmasaydı, İraqda qan tökülməzdi. Yerdə belə problemlərə nə qədər ehtiyac var? Nəyimiz əskikdir, yaşamaq üçün burada hamıya yer çatır axı! Ən böyük problem budur ki, siyasətçilərin əxlaqı elmin səviyyəsi ilə uzlaşmadı. Məndən tez-tez soruşurlar ki, doğrudanmı, amerikanlar robot əsgərlər istehsal ediblər? Deyirəm, bəli. Elm bundan da artığına qadirdir, baxır onu nəyə, hansı səmtə yönəldirsən. Eyni zamanda çəkinmədən bunu da deyirəm ki, klassik iqtisadi və neoklassik iqtisadi nəzəriyyələr iflasa uğradı. Çünki bu nəzəriyyələrin əsasında real olmayan bir postulat durur: bütün iqtisadi agentlər rasionaldır. İstehsalçı öz gəlirini, istehlakçı öz faydalılığını, istəklərini maksimallaşdırır. Qərar qəbul edənlərin motivasiyaları, sosial normaları nəzərə alınmır. Eqoistik nəzəriyyə, Alturizm yoxdur. Yəni heç kim qonşusunu, Afrikada acıdan ölənləri fikirləşmir. Ona görə də dünya yeni iqtisadi model axtarır. Bu gün elmi bəşəriyyətin sabahı, taleyi düşündürür. Gəlin, dünyanın xəritəsinə baxaq, neft ölkələrinin hamısının ərazisindən qan iyi gəlir. Yalnız Norveçdən başqa, çünki bu ölkə Avropada yerləşir. Həm də Norveçin iqtisadiyyatı yalnız neftdən gələn gəlirə söykənməyib. Əgər biz dünyanı bu vəziyyətdən xilas etmək istəyiriksə, onda alternativ yanacaq tapılmalıdır. Neftin yerini tuta biləcək bu alternativ yanacağın tapılması dünyanın nicatı olacaq. Bunu isə yalnız elm bacara bilər.
Digər tərəfdən isə, elm dünyanın sirlərinin heç milyonda birini hələ açmayıb. Xüsusən də, anomaliyalarla bağlı olanları.

- Bizi hansı yeni elmi sıçrayışlar gözləyir?

- Bunu yalnız proqnoz şəklində demək olar. Mənim fikrimcə, ilk sıçrayışlar intellektual maşınlarda olacaq. Onlarla insanlar arasında ünsiyyətin təbii dildə olması hazırda alimləri çox düşündürür. Onda maşınları idarə etmək qat-qat asanlaşacaq. Bu dil isə daha çox qəlibləşmiş, yəni hamı tərəfindən başa düşülən ümumi dil olacaq. Mən yaxın 30-40 ildə bu ideyanın gerçəkləşməsini gözləyirəm. Digər tərəfdən, elmin alternativ yanacaq məsələsini həll ediləcəyinə ümid edirəm. Törəmə məsələlərə gəlincə, elmi nəzəriyyəyə görə, dünya birqütblü yaşaya bilməz. Ona görə də, dünya bu gün dayanıqlı deyil. Amerikadakı, Avropadakı çıxışlarımda, mühazirələrimdə də bunu vurğulayıram. Söhbət iki rəqibin üz-üzə dayanıb müharibə aparmasından getmir. Artıq hamının taleyi bir-birinə elə birləşib ki, dünyanın bir tərəfinin əyilməsi bütün yer üzünün silkələnməsi deməkdir. Başqa sözlə, artıq hər kəsin mənafeyi başqasının mənafeyi ilə uzlaşmalıdır. Dünyada iqtisadi bərabərsizliyin aradan qaldırılmasına yönələn yeni iqtisadi modelin yaranması növbəti sıçrayışlardan biri olacaq.

- Bir vaxt qeyri-səlis məntiq nəzəriyyəsi də dünya elmində, istehsalatda bir sıçrayış yaratdı. Bu sahə dünya elmi üçün hələ də modern sayılır, yoxsa artıq onu qabaqlayan başqa istiqamətlər yaranıb?

- Dünyada bu günə kimi elmin üç inkişaf modeli olub. Hər üçünün bəşəriyyət üçün əvəzsiz xidmətləri olub. Əvvəllər, determinizm dövründə deyirdilər ki, bütün məsələlər bizə məlumdur, hər şey barədə tam informasiyamız var və hər şey məlum qanunla yazılır, necə deyərlər, qətiyyən əl yeri qoymurdular. Alimlər təbiət və cəmiyyət proseslərinin sadə bir modelini yaratmağa çalışırdılar. Əslində heç bir elm real həyatın üzərində yox, onun modeli üzərində qurulur. Dünyada elm həmin modelin reallığa yaxın olduğu qədər inkişaf edib. Sonralar kvant mexanikası, riyaziyyatda ehtimal nəzəriyyəsi meydana gəldi. Ehtimal nəzəriyyəsi dünyada olan qeyri-müəyyənliyi nəzərə almağa imkan verir. Ehtimal nəzəriyyəsi ikili Aristotel məntiqinə əsaslanır, onun real həyat proseslərindəki qeyri-müəyyənlikləri nəzərə almasına ciddi məhdudiyyətlər var. Mən həmişə belə bir misal çəkirəm: ABŞ-da qadının prezident olması ehtimalı nə qədərdir? Klassik ehtimala görə, gərək, məsələn, 43 belə nəticə qeydə alınsın ki, onun əsasında nə isə deyəsən. Tutaq ki, 43 əvvəl seçilmiş prezidentdən ikisində qadın prezident olubsa, onda deməlisən ki, 43-də iki ehtimalı var. Real həyatda isə heç vaxt belə hadisə olmayıb, lakin qadının ABŞ-da prezident olması ehtimalı qüvvədə qalır. Lütfi Zadə də bunu dedi. Başqa sözlə, nəzəriyyənin kökündə duran modeli köklü yaxşılaşdırdı, reallığa körpü saldı. Hazırda müasir sənayenin çox sahələri qeyri-səlis məntiq üzərində qurulub. Müasir kompüter, paltaryuyan maşın, fotoaparatlar və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və gəlirlər milyardlarla hesablanır. Eynşteyn ölümündən bir neçə saat əvvəl ağzından bir söz çıxarıb: imkanlar nəzəriyyəsi. Bu, elə qeyri-səlis məntiqdir və Zadə bu imkanlar nəzəriyyəsini yaratdı. İndi Zadə bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addım da yaxınlaşmaq.

- Qeyri-səlis məntiq nəzəriyyəsi yeni texniki avadanlıqlarla yanaşı artıq insan yaratmağa can atır. Robotlarla insanlar bir-biri ilə necə yola gedəcək?

- Bu çox ağır sualdır, bütün bəşəriyyəti düşündürən bir məsələdir. Mənim ən qorxduğum məsələ robotların insanları əvəz etməsidir. Qorxuram ki, robotlar insanlardan daha ağıllı ola bilər və üsyan edər. İndi virtual hisslər, onların modelləri yaradılıb. Robotlar artıq istehsal olunur və yaxın zamanlarda onların hissləri, "mənəviyyatı" da olacaq. Amma bu, proqramlaşdırılmış "mənəviyyat" olacaq. Bu o deməkdir ki, robotlar rüşvət almayacaq, üz vuranda güzəştə getməyəcək... Yəni robotlar ümumbəşəri əxlaq baxımından insanlardan üstün olacaq, əxlaqsızlığa meyl etməyəcəklər. Ona görə də hazırda məni ən çox qorxudan insandır, robot deyil. İnsanın mənəviyyatı elmin inkişafı ilə ayaqlaşa bilmir. İnsan-robot müstəvisində qərarı ağıl və mənəviyyat verəcək. Yəni "mən-mən" iddiası insanı da, dünyanı da məhvə apara bilər.

- "2009-2015-ci illər Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın layihəsi artıq hazırlanıb. Bu layihədə konkret təklifləriniz əks olunubmu?

- Xeyr. Mən fikirlərimi bildirməmişəm və mənə müraciət edən də olmayıb. Mən islahatı yalnız belə görürəm: elmə ayrılan vəsait 10 dəfələrlə artırılmalıdır, elmlə məşğul olanların məvacibi dəfələrlə bugünkündən çox olmalıdır. Mənim həmkarım, Corciya Dövlət Universitetinin professoru ildə təxminən 180 min dollar məvacib alır. Amma maliyyədən də vacib olan amil elm adamlarının vicdanlılığı, dürüstlüyüdür. Nəhayət, üçüncü amil - elmə sosial sifariş olmalıdır. Bu gün Azərbaycanda elmə sosial sifariş, tələbat yoxdur.

- Yaxın 40-50 ildə dünyanın tamam dəyişəcəyini, elmi potensialı olmayan ölkələrin təkrar neolitə qayıdacağını deyirsiniz. Güclü elmi potensialın yaranması üçün ən azı neçə il lazımdır?

- Millət vəkili Rəbiyyət Aslanova bir dəfə yaxşı dedi ki, Allahın altında bizimkilər özümüzünkülərə başqalarından daha tez inanaydılar. Bizdə dünyada yaxşı tanınmış alimlər var. Bir dəfə Zadədən soruşdum ki, Azərbaycanın gələcəyini necə görürsünüz? Cavab verdi ki, Sinqapura, Malayziyaya baxın, onların nə qızılı, nə də nefti var. Yaxşı seçilmiş gəncləri, mütəxəssisləri qabaqcıl ölkələrə təhsil almağa göndərmək lazımdır. Qoy onlar bu ölkədə həm elm, həm də dürüstük, dəqiqlik öyrənsinlər. Deyirlər ki, o millət azaddır ki, axırıncı qulu ölür. O universitet yaxşı ola bilər ki, axırıncı rüşvətxoru yox olsun. Yalnız ciddi elmi-texniki baza, seçilmiş, tanınmış alimlərin olması, kreativ və rüşvətsiz təhsili böyük elmi potensial yarada bilər və bunun üçün də onilliklər lazımdır.

- Elmin, texnikanın tərəqqisi ilə dünya təbiilikdən animasiya olunmuş bir şəklə çevrilir. Elm süni dünya, süni insan yaradır... Sizcə, bu yaxşıdır, yoxsa pis?

- Bütöv götürəndə, bu yeniliklərə münasibətim müsbətdir. Elmi-texniki inkişaf qorxulu deyil, əsas məsələ bütün bu imkanların kimin əlində olmasıdır. Ona görə də bu gün Madonnanın modernləşdirilməsini, insanı necə öldürməyin təsvirini, ölümü sürətləndirmək üsulunun açıqlanmasını anlaya bilmirəm. Bu baxımdan, alimlər dönə-dönə qeyd edirlər ki, elmin inkişafı ilə bərabər ümumbəşəri mənəviyyat da yüksəlməlidir. Mənəviyyatın tərəqqidən geri qalması bizi xoşagəlməz mənzərə ilə üzləşdirir ki, bu da əsla alimlərin günahı deyil.

- Sizin müasir informasiya anlayışına münasibətiniz necədir? Bu xəbər bolluğunda ürəyiniz istəyən məlumatları oxuya bilirsinizmi?

- Bugünkü xəbər bolluğunu alimlərdən biri belə qiymətləndirib: "İnformasiya dənizində boğulduq, bir damla bilik üçün ürəyimiz gedir". Müasir dünyanın televiziya, internet, mətbuatında yer alan xəbərlərin insan beyninə yüklənməsi fiziki baxımdan çox zərərlidir. Əsl elm adamı, səviyyəli oxucu odur ki, bu bolluqdan lazımlısını qəbul edir. Gəlin görək, bugünkü mətbuatda bir alimlə müsahibəyə nə qədər tez-tez yer ayrılır? Alimlərin fikirləri nə qədər oxucunu maraqlandırır? Bu problem də artıq bəşəriləşib. İndi çox adam informasiya ilə məlumat anlayışını qarışdırır. İnformasiya məlumat deyil. Cəmiyyətin bol informasiyalı yox, bilikli adamlara ehtiyacı daha çoxdur.

- Rasional düşünən bir insanın, dəqiq elmlər üzrə tanınmış alimin dinə münasibəti də maraqlıdır...

- Mən dünyada elə bir alim tanımıram ki, Allahsız olsun. Söhbət elmi dərəcəsi olanlardan getmir, Nyuton, Eynşteyn, Zadə... Onların heç biri Allahsız olmayıb. Ümumiyyətlə, istənilən insanın dünyagörüşünün üç başlanğıcı var: Allah, insanın daxilindəki Mən və universitetlər. Söhbət yüksək bilik, səviyyə verən universitetlərdən gedir. Mənim inamım və imanım dinimdən çox yüksəkdir. Yanlış başa düşülməsin, dini etiqada tolerant yanaşıram, amma məndə qətiyyən fatalizm yoxdur. Lev Tolstoy vəfat edəndə onun üstündən Məhəmməd peyğəmbərin "Qurani-Kərim"ə düşməyən 100 kəlamı tapılıb. Bu kəlamlardan biri belədir: "Allaha ümid et, amma dəvəni bağlamağı unutma". Allah məni yaradıb, mənə əxlaq, normalar verib, deyib ondan kənara çıxma. Mənim qəti fikrim belədir ki, normadan kənara çıxan cəzalanır. Bizdə həmişə deyirdilər ki, Allahın barmağı olmur ki, adamın gözünü çıxartsın... Amma Allah insanı tarazlıqda yaradır və yaşadır, nəyisə sənə çox versə, bil ki, əvəzində nəyisə də alacaq, ona görə həmişə həddi gözləmək lazımdır. Allah rəhmət eləsin, Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə həmişə deyirdi ki, dədəm danışırdı, mən "Tülkü həccə gedir"i böyüklər üçün yazmışam, onu niyə uşaqlar üçün oxuyurlar, başa düşə bilmirəm...

- Deyirlər, insanı doğulduğu torpaq həmişə özünə sarı çəkir. Bu illər, iş-güc Lütfi Zadəni Azərbaycana, Sizi Qarabağa bağlayan bağlardan tamam ayırmayıb ki?

- Lütfi Zadənin qəlbində Azərbaycana sonsuz sevgi var. O, Bakıda doğulub, burda məktəbə gedib. İnsan yaşlandıqca tədricən onda torpaqlaşma gedir, ona görə də doğulduğu torpağı arzulayır. Bu, bir həqiqətdir, amma gərək Zadəni yaxından tanıyasan. "Başına dönüm, qurbanın olum" deməklə ona yaxınlaşmaq mümkün deyil, onunla danışmaq üçün ortaq, ümumi harmoniya olmalıdır. Mənim ən yaralı yerimə gəlincə, Qarabağın xilası çox ağır yoldur. Qarabağı ilk növbədə beyin laboratoriyasında, masa arxasında qaytarmaq lazımdır...

 MÜSAHİBƏ

http://lent.az/news.php?id=9315

31 December, 196931 December, 1969 2 comments islam satiruq pulsuz. islam satiruq pulsuz.

Qardashim islamnan ela danishisan ki elabil biz hec islam zad gormamishux.islam axtarisan gal sana islam gostarim.san get bu sozlari mascida danish.sizin aluzdan axi hara gedax?bazara chixisan islam.maktaba gedisan islam.evlanisan islam.yiyisan islam giyinisan islam,baba daha bu internetda qoyun rahat olax da.gal sana iranda gozal islam verax gotur apar.30 ildi islamin adiynan miniblar belimiza.Dudub diyisan Ana dilimda yazmaq istiram diyillar kafarsan tutub oldurullar.san indi durub nagil danishisan.get bu sozlari mascidda danish hami al chalsin sana.Biz azarbayjanlilari ela tarix boyu islaminan aldadib belimiza miniblar.san bela sheylari bilmasan 100 ilda sana danishsam yena mana ayatul kuri oxuyacaxsan.

Amma bir shey diyim bunu qulagiva sirqa ela.ela elama ki sabah ushaqlarun desinar ki atamiz niya bizi bu guna qoydi.neca ki indi biz diyirux.Duzdi ela shah zamanida bizi ayri yolunan azirdilar.Amma da bu sharafsiz mollalar kimi islaminan yox.bular ayri bir ocubedilar.molla tutdugun buraxmaz.Vay o guna ki shimali azarbayjan dusha islamin alina.Onda garah gedib hamimiz olax.Aglizi bashuza topluyun yazix olasuz haaaaa.Amandi.yenada amandi.Ey manim yazilarimi oxuyanlar.bunun sozlarina allanmiyun.bir baxun cenubda yashiyan bizlara.gunda bir necha azarbaycanlini haqqini istamasina gora tutub kafir adiyla aparib bashini akillar.istiyisuz bizim gunumuza dushasuz ayar onda buyurun bu siz buda islam.na diyiram ki.Amma razi olmiyun bir gun ushaqlaruz sizi nifrin elasinlar.Ay islam boy gal bu irandaki islamin hamisin verdux siza apar.ustundada na istiyisan verax.Bir masal var diyir tuk manan qopsun getsin itin orasinda bitsin.Bu islami bizim alimizdan alana qurban olaram.islam dadamizi yandirib axi.san indi gena dur mana aya oxu.san blahda olanda biza quran darsi diyirdilar san daha biza quranan islamnan danishma haaaaa.hech korpiyede rehm elamiller.ela ushax anadan olanda qulagina azan oxuyub sorada .....ni kasillar diyillar get bala san oldun musalman.Axi qardash bunun harasi azadliqdi.San bir doz boyusun ozunnan sorush gor musalman olmaq istiyir ya yox sora .....ni kas.hala maraqlisi budu ki aglun kasanda desan man musalman olmuram diyallar na?neca yani musalman olmuram bayam oz bashinasan?....vi kasiblarsa onda musalmansan olmusan gal davay kafir oldun olduracaqlar.Bali na bashuzi agridim qardashim bu bizim islamin hikayasidi.indi san genada otur sahardan axshama islamnan tarifla.Axi diyallar man sana inanim yoxsa xoruzun quyruguna?9 yashinda ushagi maktabda bashin ortullar diyillar namaz qil.san gal dina islamda zorakilix yoxdur.Vallah manim urayim siza yanir bela sheylar yaziram.cunki Azarbayjanliyux va buna biz fexr elamaliyix.na inki ereb olax gunda 5 dafa arab dilinda hech ozumuzda bulmiyax na diyirux arabistana donbalax.Bu sanin musalman dovlatlarivin birin tap gorum bir dafa ermanistanin qulaqin burmush olsun.Qardashim 12 imama yalvarinja bir allaha yalvar gal otur al ala verax qarabagimizi ermanilardan alax.bashimizda dunyada dikk olsun.hech bir musalman olkesi galib ermeniye hixda demaz.Budubax iranin islam olkesi ki islamin gobeyidi bilmirem gobekden ashagidi bilmirem gelsin azerbayjana yardim elasinda.Bayam azarbayjan musalman dayir?hala yardimi bashina daysin molla rejiminin hech olmasa ermanilara komak elamasin.al alti olara silah dashimasin.islam dediyin budur qardash 1000 uzluluk demekdi.istisan oturum gejiya qadar islamin bela gozal sheylarinan sana yazim.indi bilirem yazajaxsan axi iranin islama na daxli var.qardash san bir dana numuna islam olkesi ad apar ki orda hami mehriban yashiyir.sulh ichinda qushlar oxuyur guller chicheklenir.Ayar bir dana numuna ucun islam olkesi ad aparsan dediyim xususiyyetlerde onda haq sannandi.buluram axi ele bir olke yoxdu.Amma gal san bax kafirlarin olkesine.kafirler ele yashiyillar ki san indi gal mikroskopunan orada problem axtar.tapa bulmasan ki.kafirdilar amma ayda footbol oynullar.(biz diyarux bala qol qoyub oynullar)bizda hala tuvaleta gedanda bulmurux birinci sag ayagimizi qoyax yoxsa sol ayaqimizi?dogurdan islam boy qardash san mana de gorum tualeta gedanda avval sag ayagi atmax lazimdi yoxsa sol ayagi?Siz azadlixdan bezmisuz bizde esaretden.dogurdan chox maraxlidi.burda kadinlar bashlarin ashmag istillar sizda ozlari ozlarin qapadillar.chox maraqli dunyadi chox.Ay jamaat bu nagillara allanmiyun allansaz oz gunahuzdi sora qamchi bashuz usta olanda diyasuz bir gun uzler saytinda bir bashdan xarab biza demishdi haaaa. bas biz niya fikir vermadux.ondada chox gec olacax.cunki molla cixdigi yerden dushmaz hech vaxt.siz bir oli yerinde bir mollani yerinnan qaldirsaz galin manim uzuma tupurun.buluram ki qaldiranmasuz.galun siza bir dastan danishim bashuzuda agritdim buluram amma bu chox maraqlidi.buluram ki xoshuz galacax.

Bir gun bir almanni galir bir musulman shaharina orda qand zavodi achir.

o shaharin mollasi yaxinashir almanniya diyir zavod achdun amma har ay mana bir bela pul vermalisan.

Almanni diyir yeri atil gorax sana niya pul verim ki zavod achmisham ishladajagam.

molla diyir yaxshi gor sanin bashuva na ish acharam.

molla geca chixir manbara mascidda diyir ay cammat ayiq olun ki kafirlar galib burda qand zavodu achiblar o qandlar haramdir chun onlari xristianlar duzaldir.

sabahdan hech kim qand almir.almanni gorur ki az qalib bankrut olsun.gelir gene mollanin yanina diyir bu na ishdi xahish ediram bir sahvdi elamisham.buda pul aydan ayada gatirib puluvi veraram.

molla diyir han adam ol adamlara qoshul molleynan zarafat olmaz.

axsham chixir manbara mascidda diyir ay camaat yadizdadi man dedim qand haramdi?deyiller bali.molla deyir amma bir yol diyim halal olsun.qqndi agzuza qoymadan avval batirun chaya agzuza qoyun belaliklede qqnda qusul verisuz.olur halal.

indi siz gorun bu islam ve bu mollalarinan bacarmaq olarmi olmazmi?

Daha bashuzi agritmiyim.indi ozunuz bilasiz.Bu islam buda siz

Buda qardashizin nasihatlari.Oxuyanada barakat oxumayanada min barakat

TagsTags:  
31 December, 196931 December, 1969 2 comments Bölməsiz Bölməsiz

DONUZ ƏTİNİ YEMƏK NİYƏ HARAMDIR?
• R.Haşımov, tibb elmləri nam.
G.Sarıyev, fəlsəfə elmləri nam.
S.Tağıyev, əzcaçılıq elmləri nam.


Nə üçün donuz ətini yemək olmaz?

İnsan idrakı üçün aydın olmayan bu və digər sualların bircə cavabı var - həqiqəti bilmək gərəkdir. Həqiqəti bilməyin isə yeganə yolu - Allaha üz tutmaqdır.

Müsəlmanlar Allahın donuz ətini haram buyurduğunu yaxşı bilir və öz qidalarında donuz ətindən qətiyyən istifadə etmirlər.

Donuz ətindən istifadə edən və onun çox faydalı, dadlı olduğunu, yalnız soyuducu olmayan keçmiş zamanlarda tez korlandığı üçün haram buyurulduğunu söyləyənlər isə, ilk növbədə bu qadağanın mahiyyətini başa düşərək, üzərində düşünülməlidirlər. Müzakirələr aparmaq lazımlı şeydir; lakin müzakirələr təkzibedilməz faktlar əsasında olmalıdır.

Donuz ətinin qida kimi yararsız olması barədəki faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-kütləvi ədəbiyyatda dərc olunmuşdur. Lakin insanlar nədənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növlü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti və ondan hazırlanmış məlumatlar hələ qədim dövrlərdən başlayaraq ən çox istifadə edilən qida məhsullarındandır.

Donuzun ev heyvanına necə çevrilməsi və insan həyatında bu "fəxri" yeri nə cür tutmasını göstərən bəzi tarixi faktları sadalayaq.

Ev donuzlarının əcdadı digər vəhşi heyvanlara nisbətən insandan daha az qorxan vəhşi qabandır. Qədim insanın əkdiyi müxtəlif bitkilər vəhşi qabanları şirnikləndirirdi. İnsanların ciddi səylərinə baxmayaraq, vəhşi qabanlar öz balaları ilə birlikdə əkin məhsullarının "gecə oğrularına" çevrildi. İnsanlar donuz balalarını tutmağa, çoxaltmağa və əhliləşdirməyə başladılar. Qabanlar qabaqlarına çıxan hər şeyi yediklərindən (onlar palıd qozası, qoz, toxum, giləmeyvə, göbələk, yabanı bitkilərin kökləri, həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s. ilə qidalanırlar) onları əhliləşdirmək çətin olmadı. Beləliklə, vəhşi qaban indiki donuza çevrildi və ev heyvanları cərgəsində itdən sonra ikinci yer tutdu.

Qədim dövrlərdə Çin və Misirdə donuzlar müqəddəs heyvan sayılırdı. Bu ölkələrdə donuzlar xoşbəxtlik və firavanlıq rəmzi idi. Fironların, imperatorların və kralların sarayında xüsusi donuzabaxan vəzifəsi mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz əti yeməyə icazə verilirdi. Roma imperiyasında donuz ətinin dadını yaxşılaşdırmaq üçün, kəsməmişdən əvvəl donuza çaxır içirirdilər.

Bəzi papuas qəbilələrində isə hətta qadınlar donuz balalarına öz döşlərindən süd də verirdilər. Yeni Qvineyada yaşayan papuas qəbilələri arasında donuza pərəstiş halı indiyə kimi qalmaqdır. Donuz onlarda ailənın üzvü sayılır. Donuza adla müraciət edir, onunla söhbətləşir, danışırlar. Donuz xəstələndikdə, yaxud şikəst olduqda papuaslar kədərlənır və ağlayırlar. Papuaslar donuzu öz yedikləri qidalarla yemləyirlər. İnsanlar ilə donuzlar, həmçinin digər heyvanlar arasındakı bu cür münasibətlər indi də bəzi başqa (hətta "mədəni") xalqlarda mövcuddur.

Lakin insanlarla donuzlar arasındakı "yaxşı" münasibət, donuz əti yeməklə insanların ağır nəticələrə gətirib çıxaran (hətta ölümlə nəticələnən) müxtəlif xəstəliklərə yoluxmaları ilə pozulmağa başladı.

İnsanların mənafeyi naminə böyük Yaradan, donuz əti yeməyə onlara qadağan etdi. İnsanlara bu qadağan haqqında hələ Bibliyada xəbər verilmişdir:

"Onların ətini yeməyin və leşlərinə toxunmayın; onlar sizin üçün murdardırlar"("Bibliya", "Levit" kitabı, 11:8).

Lakin təəssüf ki, insanlar həqiqəti anlamalıdılar, idraklarının səsinə qulaq asmadılar və "öz yolları" ilə getdilər. Həmin yolun hara aparıb çıxardığını isə, gəlin, birlikdə araşdıraq.


Artıq bu gün donuz ətinin insan orqanizminə zərəri barədə inkaredilməz elmi faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq.

Alimlərin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, təkcə ev donuzunun deyil, qabanın da ətini yedikdə, insan trixinellyoz kimi ağır xəstəliyə yoluxur. Bu xəstəliyin törədicisi donuz orqanizmində yaşayan "trixinella" (Trichinella spiralis) adlı parazitdir.

Yoluxmuş donuz ətini yedikdən, adətən 2 -3 həftə sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin hərarəti xeyli yüksəlir, möhkəm baş ağrıları və əzələlərdə ağrılar başlayır, mədə-bağırsaq pozuntuları, ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrətmə müşahidə edilir. Xəstəliyin daha xarakterik əlaməti üzün, xüsusən də göz dəlikləri tamamilə də xalq arasında bu xəstəlik "şişkinlik" adlandırılır.

Bunu da bilmək vacibdir ki, donuz ətindəki xəstəliktörədici "trixinellər" xarici təsirlərə qarşı xeyli davamlıdır. Onlar hətta - 10ºC temperaturda dondurulmuş ətdə belə yaşayır. Bir vaxtlar hesab edirdilər ki, trixinellər - 35ºC-dən aşağı və +100ºC-dən yuxarı temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, bu cür tövsiyələr tamamilə səmərəsizdir; çünki ətdəki trixinell süfrələrini heç bir üsulla məhv etmək mümkün deyil. Trixinell süfrələri üçün yüksək və aşağı temperaturlarda istənilən üsulla emal prosesləri qətiyyən qorxulu deyil; bu mənada, duzlama və hisəvermə proseslərindən danışmağa belə dəyməz.

Bəzən hətta ölümlə nəticələnən bu cür təhlükəli xəstəlikdən yeganə qorunma üsulu - donuz əti yeməməkdir.

Trixinelldən başqa, donuzların bədənində viruslar da yaşayır və çoxalır. Ensefalit (baş beyin iltihabı) kimi ağır xəstəliyin virusu qansoran həşəratlar vasitəsilə donuzlardan insanlara ötürülür. Yoluxucu ensefalit virusu çox kəskin ağırlaşmalara - üz və ətraf əzələlərinin qıc olmasına, iflicə, udma və tənəffüs pozuntularına, huşun itirilməsinə, psixi pozğunluqlara, çox vaxt isə ölümə səbəb olur.

1999-cu ilin yazında Malayziyada yüksək ölüm səviyyəsi ilə müşayiət olunan ensefalit epidemiyasının yayılması, bu mənada çox səciyyəvi hadisədir. Ölkə hökuməti əlverişsiz bölgələrdəki bütün donuzların məhv edilməsi haqqında qərar qəbul etdi. Bu zaman 400 000-ə yaxın donuz məhv edildi. əlbəttə, bu, dövlət üçün böyük maddi zərər idi. Amma bütün əhalisi Yaradanın qadağanlarına riayət edən bir ölkədə belə hadisələr baş verə bilməz.

Donuz vasitəsilə insanın yoluxduğu, bundan heç də az təhlükəli olmayan digər xəstəlik isə listeriozdur. Bu xəstəliyi B. Proteus bakteriyaları törədir. Donuz əti, ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi və satışı ilə məşğul olan ət kombinatı, ictimai yeyinti və ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar.

K. V. Bobrişevin "Allah bu cür müalicə edir" adlı kitabında nəşr edilmiş elmi arayışda, donuz əti yeyən insanların xərçəng kimi dəhşətli bəla ilə xəstələnmə mexanizmi barədə informasiya verilir. Aşağıda həmin kitabdan qısaca sitat göstəririk: "Dünya alimləri donuz hüceyrələrini əsaslı surətdə tədqiq etdikdən sonra belə bir yekdil rəyə gəlmişlər: yağlı donuz hüceyrəsi mədə şirəsində həll olmur; lakin insan orqanizmində yığılaraq sonradan bədxassəli şişə çevrilən yad cisim təşkil edir...", (K. V. Bobrişev, 1996, c. 43).

Oxucunu yormamaq üçün, donuz əti vasitəsilə insanın yoluxduğu digər xəstəliklərin adını sadalamırıq.

Bunlar, donuz ətindən qida kimi istifadə etmək və bunun insan üçün ağır nəticələri ilə bağlı məlumatlar idi. Donuz əti yeyən insanlar bunu da bilməlidirlər ki, donuz ətinin fiziki sağlamlığa zərərli təsiri özünü həmin an deyil, sonradan da büruzə verə bilər.

Donuzların öyrənilməsi ilə bağlı tibb-biologiya elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur. Bunlardan bəzisini sadalayırıq.

Hüceyrə və molekulyar səviyyələrdə aparılan müasir tədqiqatlarla sübut olunmuşdur ki, donuz toxumalarının strukturu insan toxumalarının strukturuna çox yaxındır. Bir çox göstəricilər, xüsusilə qadın tərkibi həzm prosesinin fiziologiyası, hər şeylə qidalanmaq və s. cəhətdən insana digər heyvanlara nisbətən donuz daha çox yaxındır. Bu mənada yalnız meymunlar istisna təşkil edir.

Doğumdan sonrakı ilk günlərdə qadının süd vəzilərindən xaric olan və körpənin immun sisteminin formalaşmasında mühüm rol oynayan süd, bala verən donuzun südü ilə, demək olar ki, eyni amin turşu tərkibinə malikdir.

Donuzlar, insanlara xas olan xəstəliklərlə xəstələnirlər. Bu zaman onlar, elə insanları müalicə etmək üçün istifadə olunan dərman preparatları ilə (həm də təxminən eyni dozalarda) müalicə oluna bilər. Bu oxşarlıqdan istifadə edən tədqiqatçılar, yeni yaradılan dərman preparatlarının dozasını ilk öncə donuzlar üzərində sınaqdan keçirirlər. Radiaktiv və toksik maddələrin insan orqanizminə təsir mexanizmi və nəticələri, donuzlar üzərində keçirilmiş təcrübələr əsasında öyrənilmişdir.

Donuzların orqanizminə alkoqolun təsirinin öyrənilməsi üzrə tibbi-bioloji təcrübələr çox maraqlı nəticələr vermişdir. Tədqiqatlar göstərmişdir ki, həm cavan, həm də yaşlı donuzlar asanlıqla və heç bir məcburiyyət olmadan böyük miqdarda alkoqol qəbul edə bilirlər.

Orqanizmlərində alkoqola qarşı refleks yaranmış "əyyaş donuzlar"ın davranışı bu cür təsvir edilir: "əyyaş donuzlar müəyyən saatlarda ayaqlarının birini götürüb digərini qoyub xortuldayır, səbrsizliklə spirt dolu çanağı gözləyirlər. Həsrəti çəkilən içki görünən kimi, heyvanlar öz payları uğrunda mübarüzəyə başlayır, sonra isə birlikdə bəxtəvər surətdə döşəmənin üstündə tir-tap uzanıb yatırlar".

Xroniki "əyyaş donuzlar"ı öyrənən alimlər müəyyən etmişlər ki, alkoqol donuzların orqanizmini tədricən dağıdır, onların ürək, qara ciyər, böyrək və digər orqanlarına patoloji təsir göstərməklə acınacaqlı nəticələrə gətirib çıxarır.

Donuzlar üzərində aparılmış təcrübələrin nəticələri xroniki "əyyaş donuzlar"la xroniki əyyaş insanların hərəkət və aqibətlərində olan bənzərlikləri nümayiş etdirir. Donuza gəlincə, onun beyni bütün bədən kütləsinin cəmi 0,05%-ni təşkil etdiyindən, sərxoş vəziyyətdə öz davranışına nəzarət edə bilmir və xroniki əyyaşlığın təhlükəsini dərk etmir. İnsan beyni isə, bədən kütləsinin 2%-ni təşkil etdiyindən, o, öz davranışına nəzarət etməli və özünü xronik sərxoşluqdan çəkindirməli idi. Heç olmazsa, bu fərqə görə, şüurlu insan donuz kimi içməməlidir. Bunu da qeyd etməyi zəruri sayırıq ki, sistematik surətdə alkoqol qəbul edərək öz davranışlarında donuzlarla eyniyyət təşkil edən insanlar da az deyillər; çünki onlar böyük Yaradanın başqa bir qadağanını pozurlar. Müqəddəs Quranda həmin qadağan haqqında belə deyilir:

"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (Quran, "Maidə" surəsi, 90-cı ayə).

Oxucuda sual yarana bilər ki, donuz problemini nə üçün bu qədər dəqiqliklə araşdırırıq?

Bu suala elə Miçurinin təcrübələrinə istinad etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir ki, Təbiətdən bəxşişlər gözləməyərək özü ondan nəsə alırdı; həm də bu nəsə, naməlum bir şey olaraq qalmaqdadır... Buna görə də hal-hazırda insanlar nəinki faydası olmayan, hətta çox zaman zərərli olan müxtəlif cür hibrid meyvələr yeyirlər. Bu barədə də sübutlar istənilən qədərdir.

İnsanın Təbiət üzərindəki təcrübələrinin mümkün olan məhvedici nəticələri barədə müəyyən aydınlıq yaratmaq üçün daha bir nadir təcribə ilə tanış olaq və onun nəticələri üzərində düşünək. Elmi ədəbiyyatda təqribən 20-25 min növü əhatə edən birhüceyrəlilər üzərində aparılmış təcrübələr barədə məlumatlar mövcuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsindən ibarət idi. Nəticə heyranedici oldu: digər növdən olan birhüceyrəliyini yemiş birhüceyrəlidə, öz "yem"inə məxsus irsi əlamətlər əmələ gəlmişdi.

Bundan nə nəticə çıxarmaq olar?

Məntiq sadə, nəticə isə birmənalıdır: bir fərdin özünəbənzər digər fərdi yeməsi ilə irsi əlamətlərin bir fərddən digərinə ötürülməsi baş vermişdi. Bu zaman xromosomlar həzmetmə prosesində qida məhsullarının mənimsənilməsi ilə örtülürdü. Birhüceyrəli orqanizmlər üzərində aparılmış təcrübənin və birhüceyrəlilər arasındakı qarşılıqlı münasibətlərin modelini mürəkkəb sistemli orqanizmlər, xüsusi halda insan və donuz orqanizmləri üzərinə köçürək və fərziyyə irəli sürək:

"İnsanlara donuz əti ilə qidalanmaq, donuzların orqan və toxumalarını transplantiya etmək qadağan olunmalıdır; çünki bu zaman ien mutasiyası təhlukəsi mövcuddur".

Donuz əti yeyənlərin çoxu bu mövqe ilə razılaşmayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, "onda, mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz".

Lakin bu, qətiyyən belə deyil.

Əlbəttə, inək, qoyun, toyuq orqanizmlərində də hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal zamanı məhv olur. Lakin donuz parazitləri - trixinellər, qeyd edildiyi kimi, emal zamanı məhv olmur. Hətta əgər donuz parazitləri, donuz ətinin emalı prosesində məhv edilsəydilər belə, donuz orqanlarının köçürülməsi zamanı həmin parazitlər məhv olmazdı; çünki transplantasiyada praktiki olaraq canlı toxumalar köçürülür.

Amma məsələ tamamilə başqa şeydədir. Araşdırılan məsələnin əsasını bu sual təşkil edir: bəlkə donuzların orqan və toxumaları vasitəsilə ksenotrasplantasiya problemlərinin həllinə yönəldilmiş metod və vasitələr axtarmaq lazımdır?

Zənnimcə, bu, lazım deyil. əldə olan əsas - çoxsaylı elmi tədqiqatlardan göründüyü kimi, insan və donuzların genetik kodlarının bir-birinə çox oxşar olmasıdır. Dünyada bircə nəfər alim tapmaq mümkün deyildir ki, bu cür riskli təcrübələr zamanı mutasiya prosesinin imkansızlığına təminat versin.

Bunlar, belə demək mümkünsə, sırf bəşəri mülahizələrdir və onlarda səhv də ola bilər; 100 faizlik təminat yoxdur.

Lakin məsələ insani düşüncəsinə yox, böyük Yaradanın buyuruqlarına aid olduqda, bəşəri mülahizə və hərəkətlərdə risk mənasızdır.

Böyük Yaradanın Quran və Bibliyadakı sözlərini oxuculara bir daha xatırladırıq:

"...Donuz əti... sizə haram edildi..." (Quran, "Maidə" surəsi, 3-cü ayə). "Onların ətini yeməyin və leşlərinə toxunmayın; onlar sizin üçün murdardır" ("Bibliya", "Levit" kitabı, 11:8).

Oxuculara xatırladaq ki, bunlar Allahın bütün bəşəriyyətə və bütün zamanlar üçün buyurduğu sözlərdir.

"İlahi əczaxanın dərmanları" adlı kitabda nəşr edilmiş təmiz və natəmiz (murdar) ətlər barəsindəki müasir elmi məlumatlar barədə informasiyanı təqdim edirik. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə təmiz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən ətdə olan bütün substansiyaları (əsas maddələri) çıxararaq, onlarla acıpaxla əkinlərini gübrələmişlər. Təcrübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvanların ətindən çəkilmiş şirə bitki əkinlərinin artımına mane olmamışdır; donuz ətindən elə həmin texnologiya əsasında çəkilmiş şirə isə əkinlər üçün zəhərli olmuşdur. (Yan Şuls, Edita Uberquber - "İlahi əczaхananın dərmanları", MÇP "Anfas", Kiyev, 1994, s. 24).


Allahın qadağanları insanlar üçün mütləq həqiqət olmalıdır. əgər Böyük Yaradan insana donuz əti yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu yeməyin. Lakin əgər insan, Böyük Yaradana qulaq asmayıb donuz əti yeyir və şeytanın təhriklərinə uyursa, bu halda Allah tərəfindən ciddi cəzalanmaq təhlükəsi altına düşür. Demək, daha yaxşı olar ki, insan bu qadağana əməl etsin, həm də tərəddüdsüz surətdə. İnsan bilməli və yadda saxlamalıdır ki, donuz əti yeməklə onun mənəviyyatına dəyən ziyan, onun sağlamlığına dəyən ziyandan daha artıqdır.

Axı, kim deyə bilər ki, haram ət yeməklə insanın başına nələr gələ bilər?

Axı, Böyük Allaha qulaq asmamaq və onun qadağan etdiyi donuz ətini yeməklə insanların genetik kodunda müəyyən dəyişikliklər və irəlicədən bilinməyən mutasiyalar baş verə bilər. Bəşəriyyət isə bunu bütövlükdə dərk etmək iqtidarında deyil...

Düşünün: Ağıllı insanın bir tikə donuz budu, yaxud ətindən hazırlanmış sosiska, kolbasa yemək naminə öz həyatı bahasına risk etməsinə dəyərmi?.
 

 

 

 

 

 

 

 

 

 

TagsTags: donuz eti niye haramdir 
31 December, 196931 December, 1969 2 comments Türk dünyası Türk dünyası

Türk, bütün varlığı ve heyecanı ile islamiyete koşarken hasretle beklediği
dine kavuşmanın mutluluğunu yaşamıştır. "Allah'tan başka ilah yoktur"
diyen, "cihad" emri ile "alplik ruhunu" besleyen, öte yandan "hak yolda"
alimlerin akıttığı mürekkebi, şehid kanından daha mübarek bulan
islamiyet, kısa zamanda Türk'ün ruhunu keşfetmekle kalmamış, Türk'ü
yeniden Türk'e buldurmuştur.

S. AHMET ARVASİ

 

Türkler ve İslamiyet

İslamiyeti kabul etmeleriyle birlikte millet olma sürecini tamamlayan Türkler kısa sürede islamiyeti bir "dünya dini" haline getirmiş,hakimiyeti altında olsun ya da olmasın tüm müslüman azınlıkları koruyup kollama görevini üstlenmişlerdir. Tarihte hiçbir millete nasip olmayacak kadar köklü ve güçlü imparatorluklar kuran Türk Milleti, bu gücünü hiç şüphesiz İslam dininden almıştır

Tarihte hiçbir millete nasip olmayacak kadar köklü ve güçlü imparatorluklar kuran Türk Milleti bu gücünü hiç şüphesiz İslam dininden almıştır. Türklerin İslamiyeti kabulünün en önemli sonucu, islam dinine girmeleriyle millet olma sürecini tamamlayan Türklerin kısa süre içerisinde islamiyeti bir "dünya dini" haline getirmeleri olmuştur

 


Türkleri İslamiyete Yakınlaştıran Sebepler

Türkleri islamiyete yakınlaştıran en önemli sebep, tevhid inancı olmuştur. Allah'ın birliği inancı Türkler'de çok yaygın olan bir inançtı. Din adamlarını huzuruna çağıran Mengü Kağan, "biz tek Tanrı'nın varlığına, onun sayesinde yaşadığımıza ve onun emri ile öldüğümüze inanıyoruz" demişti. (Süleyman Kocabaş, Adil Türk İdaresi, s.15)

Türklerde Allah'ın birliği inancı "Kök Tengri" (Gök-Kainat Tanrısı) olarak isimlendirilmişti. Türkler'in inançları ile islam inancı arasındaki benzerlik sadece bununla sınırlı değildi. İslamiyet öncesi Türkler ahiret gününe, öldükten sonra dirilmeye, kaza ve kadere inanırlar ve kurban keserlerdi. Zina ve eşcinsellik kesinlikle yasaktı ve hırsızlık ağır ceza ile cezalandırılırdı. (İ. Hami Danışmend, Türk Irkı Neden Müslüman Oldu, s.17) Türklerin islamiyeti kabul etmelerinde islam öncesi Türklerin inançları ile islamiyet arasındaki büyük benzerlikler önemli rol oynamıştır. Bu benzerlikleri kavradıkça islamiyete her geçen gün yakınlık duyan Türkler, Emevi Valisi'nin Horosan'da İslamiyeti yaymak için cami ve medrese açmasına hiçbir tepki göstermemiştir. Bu yakınlaşma süreci Arap Müslümanlarla Türklerin ortak düşmanları olan Çinlilere karşı omuz omuza mücadele etmesiyle doruk noktasına ulaşmıştır.


Dünya Tarihinin Dönüm Noktası

Türkler'in İslam dini ve müslüman Araplarla tanışmasına vesile olan "Talas Savaşı"ndan Çin Ordusu karşısında zorlanan Müslümanların yardımına Türk süvarileri yetişmiştir. Savaşı izleyen Karluk beyinin emriyle savaş alanına giren Türk süvarileri karşısında neye uğradıklarını şaşıran Çinliler Talas Savaşı'nda yenilgiye uğramışlardır. Bu savaşın ardından islamiyet Maveraünnehr'de kalıcı hale gelmiş ve Türkler de uzun zaman Çin tehlikesinden kurtulmuşlardır.

Bölgeye adım atan Müslüman Araplar, Türklerin yüksek ahlaklarını, idarecilik ve savaştaki üstün meziyetlerini yakından tanıma imkanı bulmuşlardır. Bu savaş sonucunda, Türklerin islamiyete girmesiyle bu dinin kısa sürede bir "dünya dini" olacağı inancı doğmuştur. Türklerin müslüman Arapları, Arapların da Türkleri tanımasına neden olan "Talas Savaşı" dünya tarihi için bir dönüm noktası olmuştur.

Talas Savaşı'nın ardından kitleler halinde islam dinine geçen Türkler, iddia edilenlerin aksine hiçbir zorlama ile karşılaşmamışlardır:

"Türkler, İslamiyeti samimi olarak, kendi istekleriyle, hiçbir zorlama ve dış baskı olmaksızın kitle halinde kabul edince, tarihlerinin yeni bir devresine ayak basmış oluyorlardı... Türkler müslüman olmak suretiyle Türklüklerini kemale erdirmiş, adeta tamamlamışlardı." (Yılmaz Öztuna, Türk Tarihinden Yapraklar, s.47)


Müslüman Olmayan Türklerin Akibeti

Türkler islamiyeti kabul etmeselerdi hiç şüphesiz tarihteki milletler mezarlığına gömülürlerdi. İslamiyeti kabul etmeden çeşitli uzakdoğu dinlerinin etkisi altında kalan Türkler, bu dinlerden olumsuz şekilde etkilenmiştir.<İslamiyeti kabul etmeyen Türk boyları, tarih boyunca milli kültürlerini kaybetmeye mahkum olmuşlardır. Nitekim Budizmi eden Tabgaçlar, Museviliği Hazarlar bugün Türklüklerini tamamen kaybetmişlerdir. Allah'ın insanlığa son mesajı olan Kuran'ın yolunu izleyen hiçbir boyu benliğini kaybetmemiştir.>

Türklerin islamiyeti kabulünden çok önce M.S 375 yılında Avrupa'ya ayak basan ilk Türkler olarak tarihe geçen Hunlar, siyasi ve askeri açıdan uzun yıllar kendinden söz ettirmiş ancak çeşitli uzakdoğu dinlerinin etkisi altında kaldıkları için Türklüklerini kaybetmişlerdir. Büyük bir kısmı Hristiyanlaşan bu Hun Türkleri sosyal asimilasyona uğrayarak milli varlıklarını kaybetmişlerdir. Dün olduğu gibi bugün de Müslüman olmak ve islamiyetin gereklerine uygun bir yaşam sürmek Türk Milleti'nin varlık şartı olarak önemini korumaktadır. (Süleyman Kocabaş, Adil Türk İdaresi, s.17)

TagsTags: türk islam 
31 December, 196931 December, 1969 2 comments Haqq Din İsLam. Haqq Din İsLam.

  

 Elmi söhbətlər

 

 

 

YAĞIŞLAR

 

 

Yağış Yer üzündəki həyatın davamı üçün həqiqətən ən önəmli faktorlardan biridir. Quran insan daxil olmaqla, bütün canlılar üçün əhəmiyyət daşıyan yağışlardan müxtəlif ayələrdə bəhs edir. Bundan başqa, yağışların əmələ gəlməsi, miqdarı və təsiri mövzusu­nda mühüm məlumat verir. O dövrün insanları tərəfin­dən əsla bilinməyəcək olan bu məlumatlar bizə Quranın ilahi bir söz olduğunu göstərir.

Gəlin Quranda yağışla əlaqədar məlumat­ları növbə ilə araşdıraq.

Yağışdakı ölçü

Quranda yağış haqqında verilən bir məlumatda onun müəyyən ölçü ilə endirilməsidir. ''Zuxruf'' surəsində belə buyrulur: ''O Allah ki göydən bir qədər su endirdi, biz onunla ölü bir məmləkəti diriltdik. Siz də belə çıxardılacaqsınız''. (''Zuxruf'', 43/11).

Yağışdakı bu ölçü zamanımızdakı araşdırmalarla təsbit edilmişdir. Ölçülərə görə, yer üzündə bir saniyədə 16 milyon ton su buxarlanmaqdadır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıq içində ''bir ölçüyə görə'' çevrilməkdədir. Yer üzündə həyatın davamı da bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan istifadə etsə belə, bu dövran əsla süni olaraq baş verə bilməz.

Əgər bu miqdirda ən kiçik bir dəyişiklək belə olsa, qısa bir vaxt keçdikdən sonra böyük bir ekoloji natarazlıq ortaya çıxacaq və bu da həyatın sonunu gətirəcəkdir.

Yağışın əmələ gəlməsi

Yağışın necə əmələ gəldiyi uzun zaman insanlar üçün sirr idi. Ancaq hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəldiyi dəqiqləşdi.

Yağış üç mərhələdən keçərək əmələ gəlir: əvvəl külək yolu ilə yağışın ''xammalı'' havaya qalxır. Sonra da buludlar meydana gəlir və ən sonda yağış damlaları ortaya çıxar.

Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar bildirilənlər isə bütövlükdə bu proseslərdən söz etməkdədir. Bir ayədə bu əmələgəlmə haqqında belə məlumat verilir: ''Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. O, yağışı bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər'' (''Rum'', 30/48).

İndi ayədə ifadə edilən üç mərhələni texniki olaraq araşdıraq:

I mərhələ. ''Allah küləkləri göndərir...''

Okeanlardakı köpüklənmə nəticəsində əmələ gələn saysız hava qabarcığı davamlı ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu zərrələr daha sonra küləklərlə atmoferdə yuxarılara doğru yol alır. Aerozol adı verilən bu kiçik parçalar ''su tələsi'' adı verilən bir mexanizmlə dənizlərdən qalxan su buxarını öz ətrafında kiçik damlalar halında toplayaraq bulud topalarını əmələ gətirirlər.

II mərhələ. ''...Buludları hərəkətə gətirən onları göy üzündə istədiyi kimi yaradar və topa-topa edər...''

Duz kristallarının ya da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damlaları çox kiçik olduqlarına görə (0,01 və 0,02 mm) havadan asılı qalırlar və havaya yayılırlar. Beləcə göy buludlarla örtülür.

III mərhələ. ''...Artıq buludların arasından yağış çıxdığını görürsən''.

Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damlalarını əmələ gətirirlər. Beləcə, havadan daha ağır bir vəziyyətə gələn damlalar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayırlar.

Ağ dənizdə və Atlantik okeanında böyük dalğalar, güclü axınlar, qabırb-çəkilmələr vardır. Ağ dənizin suyu Cəbbəllütariq boğazında Atlantik okeanı ilə qarışır. Amma bu qarışma nəticəsində dənizin istilik, duzluluq və sıxlıq xüsusiyyətləri dəyişməz qalır. Çünki iki dəniz arasında görünməyən bir sədd vardır.

DƏNİZLƏRİN BİR-BİRİNƏ QARIŞMAMASI

Dənizlərin tədqiqatçılar tərəfindən uzaq keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın ''Rəhman'' surəsində belə açıqlanır: ''Suları şirin və acı olan iki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar''. (''Rəhman'', 55/19-20).

Bir-birinə qovuşan, fəqət, suları qətiyyən bir-birinə qarışmayan dənizlərin ayədə bildirilən bu xüsusiyyəti okeanolaqlar tərəfindən bir müddət əvvəl kəşf edilmişdir. ''Səth daralması'' adı verilən fiziki bir qüvvə üzündən qonşu dənizlərin sularının bir-birinə qarışmadığı ortaya çıxmışdır. Dənizlərin fərqli sıxlıqlarından qaynaqlanan səth daralması adətən bir divar kimi suların bir-birinə qarışmasına mane olur.

Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralmasından, nə də okean elmindən xəbərdar olmadıqları bir dövrdə bu həqiqətin Quranda bildirilmiş olmasıdır.

İNSANIN DOĞULMASI

Quranda insanlar imana çağırılarkən olduqca fərqli mövzulardan bəhs edilir. Allah bəzən göyləri, bəzən yer üzünü, bəzən heyvanları və bitkiləri insana dəlil göstərir. Bir çox ayədə insanın dönüb yaradılışına baxması nəsihət edilir. Onun yer üzünə necə gəldiyi, hansı mərhələlərdən keçdiyi və təməl maddəsinin nə olduğu tez-tez xatırladılır. Məsələn, bir ayədə belə deyilir: ''Ey kafirlər! Biz sizi yoxdan yaratdıq. Məgər qiyamət günü yenidən diriləcəyinizi təsdiq etməzsiniz? Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Biz?!''. (''Vaqiə'', 56/57-59).

İnsanın yaradılışı və bunun möcüzəvi xüsusiyyəti başqa ayələrdə də vurğulanır. Ancaq bu vurğulanmalar arasında elə elmi faktlar vardır ki, bunlar VII əsrdə yaşayan insanların əsla bilmədiyi incəliklərdir. Budur bunlardan bəziləri:

1. İnsan məni mayenin hamısından deyil, əksinə, çox kiçik bir parçasından (spermadan) yaradılır.

2. Uşağın cinsiyyətini kişi müəyyən edir.

3. İnsan embrionu ana bətninə adətən bir zəli kimi yapışır.

4. Uşaq ana bətnində 3 qaranlıq mərhələ içində inkişaf edir.

Quranın endirildiyi əsrdə də insanlar əlbəttə, doğumun maddəsinin cinsi əlaqədən sonra kişidən gələn məni ilə əlaqədar olduğunu bilirdilər. Uşağın təqribən 9 aya əmələ gəlməsi də asanlıqla müşahidə edilən, bilinməsi üçün araşdırma tələb etməyən bir mövzu idi.

Ancaq yuxarıda bildirdiyimiz məlumatlar o dövrün insanının bilik səviyyəsinin fövqündəydi. Bunlar ancaq XX əsrdə kəşf edildi.

İndi bu məlumatları sıra ilə araşdıraq.

Mənidən bir damla

Cinsi əlaqə zamanı kişidən bir dəfədə təqribən 250 milyon sperma axır. Spermalar qadın yumurtalığına çatana qədər çətin bir yol keçirlər. Bu yolda 250 milyon spermanın ancaq minə qədəri yumurtaya çatmağa müvəffəq olur. Beş dəqiqəlik yarışın sonunda yarım duz dənəsi böyüklüyündəki yumurta spermadan yalnız birini qəbul edir. Yəni insan mənin hamısı deyil, ondan kiçik bir hissədir.

Quranda bu həqiqət belə açıqlanmışdır: ''Məgər insan elə güman edir ki, o, başlı-başına, cəzasız buraxılacaq?! Məgər o, ata belindən ana bətninə tökülən bir qətrə nütfə deyildimi?!'' (''Qiyamət'', 75/36-37).

Diqqət etsək, görərik ki, Quranda insanın məninin hamısından deyil, onun içindən alınan kiçik bir parçadan yaradıldığı xəbər verilməkdədir! Bu ifadədəki xüsusi vurğunun ancaq müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə ifadənin ilahi qaynaqlı bir məlumat olduğuna sübutdur.

Mənidəki mürəkkəblik

''Məni'' adlandırılan və spermaları daşıyan bəsləyici maye sadəcə olaraq spermalardan əmələ gəlmir. Əksinə, məni bir-birindən fərqli mayelərin qarışığından əmələ gəlir. Bu mayelərin vəzifələri arasında spermanın ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkərə malik olmaq, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytranlaşdırmaq, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etmək kimi xassələri saymaq olar.

Maraqlıdır ki, Quranda mənidən bəhs edilərkən müasir elmin ortaya çıxartdığı bu həqiqətə də işarə edilməkdə və məni ''qarmaqarışıq'' bir maye kimi təsvir edilməkdədir: ''Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq''. (''İnsan'', 76/2).

Başqa bir ayədə isə yenə mənin qarışıq bir madə olduğuna işarə edilir, insanın isə bu qarışığın ''özündən'' yaradıldığı vurğulanır: ''O yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən -bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi''. (''Səcdə'', 32/7-8).

Burada ''öz'' deyə tərcümə edilən ''sulala'' ərəb kəlməsi ''öz'', ya da bir şeyin ən yaxşı qismi deməkdir. Hansı şəkildə alınırsa-alınsın, ''bütövün bir parçası'' mənasına gəlir.

Bu vəziyyət Quranın insan yaradılışını ən incə xırdalığına qədər bilən bir İradənin sözü olduğunu açıq göstərməkdədir. Bu İradə insanı yaratmış olan Allaha məxsusdur.

Uşağın cinsiyyəti

Yaxın vaxtlara qədər insanlar uşağın cinsiyyətinin ana hüceyrələri tərəfindən müəyyənləşdiyini sanırdılar. Ya da ən azından, ana və atadan gələn hüceyrələrin birlikdə cinsiyyəti müəyyənləşdirdikləri zənn edilirdi. Ancaq Quranda bu mövzuda fərqli bir məlumat verilmiş və erkəklik və dişiliyin ''bətnə tökülən mənidən'' sılı olduğu bildirilmişdir: ''Hər bir sırf erkək və dişi yaradan Odur. Bir qətrə nütfədən axıb töküldüyü zaman'' (''Nəcm'' surəsi, 53/45-46).

Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə sübut edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmadığı ortaya çıxdı.

Cinsiyyətin müəyyən olunmasındakı amil xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XU, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. U xromosomu kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

İnsanın əmələ gəlməsi kişi və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalama zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə X və U xromosomları daşıyan iki fərqli sperma ilə birləşərsə, uşaq qız olur, əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, uşaq oğlan olur.

Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosom­lardan hansının qadının yumurtası ilə birləşəcəyinə bağlıdır.

Şübhəsiz, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bunların heç biri bilinmirdi. Əksinə, bir çox mədəniyyətdə doğulacaq uşağın cinsiyyətinin qadın tərəfindən təyin edildiyi inancı yayılmışdı. Hətta bu səbəblə qız uşağı doğan qadınlar qınanılırdı.

Lakin Quranda insanlara genlərin kəşfindən 13 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn məni olduğu bildirilmişdir.

Bətndən asılıb qalan ''ələq''

Quranın insanın əmələ gəlməsi haqqında verdiyi məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə çox mühüm bəzi elmi möcüzələrlə qarşılaşırıq.

Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi əmələ gəlmiş olur. Biologiyada ''ziqot'' adlandırılan bu tək hüceyrə böyüyərək çoxalacaq və getdikcə kiçik ''ət parçası'' halına gələcəkdir.

Ancaq ziqot bu böyüməsini boşluqda həyata keçirmir. Bətn divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi buraya yapışır. Bu bağ sayəsində də inkişafı üçün ehtiyac duyduğu maddələri ananın vücudundan əmə bilir.

Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxmaqdadır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başlayan ziqotdan bəhs edərkən ''ələq'' kəlməsini istifadə edir: ''Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir''.(''Ələq'', 96/1-3).

''Ələq'' kəlməsinin ərəbcədəki mənası isə ''qan laxtası''dır. Hətta bu kəlmə dəriyə yapışaraq oradan qan əmən zəlilər haqqında da istifadə olunur.

Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotu bütün xüsusiyyəti ilə təqdim edən bir kəlmə istifadə edilməsi Quranın Aləmlərin Rəbbi olan Allah tərəfindən endirildiyini bir daha sübut edir.

Sümüklərin əzələ ilə sarılması

Quran ayələrində çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnində əvvəl sümüklərinin əmələ gəldiyinin, daha sonra isə əzələlərin ortaya çıxaraq bu sümükləri sardığının xəbər verilməsidir: ''Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur'' (''Muminin'', 23/14).

Ana bətnindəki inkişafı araşdıran elm sahəsi embriologiyadır. Və embriologiya sahəsində yaxın vaxta qədər sümüklərlə əzələlərin eyni vaxtda əmələ gələrək inkişaf etdikləri zənn edilirdi. Buna görə də bəzi adamlar uzun zaman bu ayələrin elmlə düz gəlmədiyini iddia etmişlər. Ancaq inkişaf edən texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının doğru olduğunu ortaya qoymuşdur. Bu mikroskopik araşdırmalar göstərir ki, ana bətnində ayələrdə izah edildiyi kimi inkişaf gedir. Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edər.

Bu proses ''Developinq human'', yəni ''İnkişaf edən insan'' adlı elmi bir jurnalda belə izah edilir: ''6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər əmələ gəlməyə davam edərkən əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini meydana gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır''.

Qısacası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam harmoniya içindədir.

Dölün inkişafının bətndəki 3 mərhələsi

Quranda insanın ana bətnində üçmərhələli bir yaradılışla yaradıldığı bildirilməkdədir: ''...O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu, sizin Rəbbiniz olan Allahdır. Hökm Onundur. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə dönürsünüz?'' (''Zümər'', 39/6).

Diqqət etsək, ayədə insanın ana bətnində birindən digərinə keçən 3 ayrı mərhələdə əmələ gəldiyinə işarə edilir.

Həqiqətən də bu gün müasir biologiya uşağın ana bətnində embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya qoymuşdur. Bu gün tibb fakültələrində dərs vəsaiti kimi tədris edilən bütün embriologiya kitablarında bu mövzu ən fundamental məlumatlar sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan ''Basic Human Embriology'' adlı kitabda bu həqiqət belə ifadə edilir:

''Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik (ilk 2,5 həftə), embrionik (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər)''.

Tibbi dildə ''trimeester'', yəni ''üç dövr'' adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca belədir:

- Preembrionik mərhələ:

Əsasən, ''1-ci meester'' olaraq xatırlanan bu ilk mərhələdə ziUot bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır. Hüceyrələr çoxalmağa davam edərkən 3 təbəqə halında təşkilatlanır.

- Embrionik mərhələ:

''2-ci meester'' kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və bu müddət boyunca canlı ''embrion'' adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin təməl orqan və sistemləri əmələ gəlir.

- Fetal mərhələ:

Hamiləliyin ''3-cü meester''i adlandırılan mərhələyə girildiyi zaman embrion artıq ''fetus'' adlandırılır. Bu mərhələ hamiləliyin səkkizinci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti fetusun üzü, əlləri, və ayaqları müəyyən olunan insanın xarici görünüşə malik bir canlı olmasıdır. Mərhələnin başında dölün 3 sm ölçüsündə olmasına baxmayaraq bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyə qədər davam edir və inkişaf doğuş həftəsinə qədər sürür.

Ana bətnindəki inkişafla əlaqədar bu məlumatlar ancaq müasir texnoloji alətlərlə aparılan müşahidələr sayəsində əldə edilmişdir. Ancaq göründüyü kimi, bu məlumatlar da digər bir çox elmi həqiqəttək möcüzəvi şəkildə Quran ayələrində xəbər verilmişdir. İnsanlığın tibbi sahədə heç bir təfərrüatlı biliyə sahib olmadığı dövrdə Quranda bu dərəcədə təfərrüatlı və doğru məlumatlar verilmiş olması əlbəttə, Quranın insan sözü deyil, Allah Kəlamı olduğunun aşkar sübutudur.

BARMAQ İZİ

Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilərkən insanların xüsusilə barmaq uclarına diqqət edilir: ''Bəli, biz onun barmaqlarını da düzəltməyə qadirik'' (''Qiyamət'', 75/4).

Ayədə barmağın vurğulanması son dərəcə hikmətlidir. Çünki bütün insanların barmaq izləri tamamilə özlərinə xasdır. Yer üzərində yaşayan hər insanın barmaq izi digərininkindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir.

Bu səbəbdən, barmaq izi hər kəs üçün bir növ ''şəxsiyyət vəsiqəsi'' sayılır və bütün dünyada bu məqsədlə istifadə edilir.

Ancaq mühüm olan barmaq izinin özünəməxsusluğunun ancaq XIX əsrin axırlarında kəşf edilmiş olmasıdır. Ondan əvvəl insanlar barmaq izini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul etmişlər. Fəqət, Quranda o dövrdə heç kimin diqqətini çəkməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.

TagsTags: yaradılış 
31 December, 196931 December, 1969 2 comments qurtuluşumuz-İSLAM qurtuluşumuz-İSLAM
Uzakdoğu öğretilerinin dayandığı insan modeli ile Kur’an-ı Kerîm ve Sünnet’in bize öğrettiği insan modeli farklıdır. Uzakdoğu öğretileri, esas olan varlık tabakasının ruh ve ona bağlı enerjiler olduğunu, beden ağırlıklı bir hayat sürmenin bu enerjileri hapsettiğini hattâ hasta ettiğini, enerji dolaşımını engellediğini vurgulayarak, bedenî arzuları, düşünceleri, şehvânî sevgiye dayalı bağlılıkları azaltmayı, mümkünse terk etmenin gerekliliğini vurgular. Bu açıdan vurgu, enerjiye, düşünceye ve ruhî güçleri açığa çıkarıcı farkındalığa, odaklanmaya yapılır. Odaklanma için tek bir sembol ve kelime (mantra) tercih edilir ve belli sürelerle tekrarlanır. Ayrıca beden ve ruh arasındaki münasebetlerin, bedenin çeşitli egzersizlere maruz bırakılması (yoga) neticesinde artırılabileceğine inanılmaktadır. Kısmen de doğrudur. Her bir beden duruşu, belli mânâlara ve değerlere sahip olduğundan psikolojik ve ruhî enerji akışını değiştirir. Ama bunların hiçbirinde İslâmiyet’in tavsiye ettiği ve modellediği bütüncül kamil insan portresi yoktur. Açarsak, aynı ânda çalışıp üreten, kazanan, kazandıklarını paylaşan, şükreden, diğer yandan aklî ve zihnî melekelerini kullanarak tefekkür eden, gönlünü sevgiye, hoşgörüye ayarlamış aşk, şevk ve muhabbet insanı olma yönünde gayret gösteren ve insanın üç fakültesini (mide, akıl ve gönül-vicdan) entegre eden dengeli ve uyumlu insanî gelişme modeli sadece İslâmiyet’te vardır. Ancak bize düşen, kendi öz değerlerimize sahip çıkmak, onları öğrenmek, yaşamak ve çevremizdeki insanlara rol-model olarak, hakikatin bütüncül ve dengeli resminin İslâmiyet’te olduğunu anlatmaktır. İbadetlerin yapılmasının illeti (hakiki sebebi) Allah’ın emri ve isteği olması yanında, Hakîm-i Alîm olan Allah’ın her bir ibadetin sonunda muazzam sayıda hikmetleri ve faydaları hâsıl etmesi de bir hakikattir. Bu faydalar, Reiki, Yoga ve TM tekniklerinin hâsıl edeceği rahatlama ve gevşemeyle mukayese edilemeyecek kadar fazladır.
www.sizinti.com.tr
TagsTags:  
31 December, 196931 December, 1969 2 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

tövlədə inəyin böyürməsini, qəfəsdə aslanın bağırmasını onun "allah" qışqırtısı kimi eşidirlər. belə cəfəngiyyata ali həqiqət kimi inanır və belə "allah" qışqırtılarının fövqəl-elmi əsaslarının olduğunu hesab edirlər....

Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinə ithaf edilir

Son illər Azərbaycanda dinə artan meyllilik aşkar hiss olunmaqdadır. Bu meyl xüsusən savadsız kütlə, hətta tələbə gənclər, hətta və hətta alimlər arasında da geniş vüsət alır. Belə görsənir ki, XX əsrin əvvəllərindən başlanan və Sovet dövründə davam etdirilən elmi savadlanma XXI əsrdə öz yerini dini radikal meyllərə buraxıb. Bu, nədən qaynaqlanır? Nə baş verdi?

Dindar görsənməyin faydaları

Səbəb nədir ki, toplum bir vaxtlar əlindən təngə gəldiyi mövhumata, xurafata, cəhalətə "YOX" deyib, elmə, yeniliyə uz tutmuşdusa, indi tam əksi baş verir (yeri gəlmişkən, bəzən "din", "xurafat" və "mövhumat" anlayışları arasında sədd çəkilərək, bu anlayışların bir-birindən tamamilə fərqli məzmunlar daşıdığı iddia edilsə də, bunların doğrudan da, fərqliliyini ortaya çıxaran ağlabatan, tutarlı bir dəlilə rast gəlməmişik). Görəsən, geriyə, əsrin əvvəllərindəki zehniyyətə qayıdışın, millətin əlindən dad-həzər etdiyi din qaranlığının üstünü ört-basdır edib, onu belə "cazibədar" göstərən nədir?
Səbəblər müxtəlif ola bilər. Ən başlıcası, cəmiyyətin depressiv durumda olmasını və elmi maariflənmənin, o cümlədən, təhsilin getdikcə artan xətt üzrə tənəzzülünü göstərmək olar. Hər cür cızma-qaranın elm adıyla təbliğ və tədris edilməsi, nəyin yaxşı, nəyin pis, nəyin elmi həqiqət, nəyinsə cəfəngiyyat olmasının fərqi arasındakı ayrıc xəttinin görünməz olması elə bir durum yaradıb ki, artıq Azərbaycan insanı tövlədə inəyin böyürməsini, qəfəsdə aslanın bağırmasını onun "allah" qışqırtısı kimi eşidir. Ən dəhşətlisi də odur ki, o, belə cəfəngiyyata ali həqiqət kimi inanır və belə "allah" qışqırtılarının fövqəl-elmi əsaslarının olduğunu hesab edir.
Dindarlığın süni şəkildə təbliğ olunması, xüsusən də gənclərin yenilik axtarışlarının səhv istiqamətləndirilməsi, onların kütlənin nəzərində etibar və inam qazanmaq, yaşıdlarından seçilmək həvəslərinin, bir sözlə, dindar imicinin (məhz imicinin!) bir növ dəb halını alması, yeni nəsilin dinə maraq göstərmələrinin ən başlıca səbəblərindəndir (təbii ki, bütün bunlar müvəqqəti, müalicə etməyən, sadəcə, ağrıkəsən çarələrdir. Ona görə də deyirlər ki, din sadəcə, işsizlik dovrünün əyləncəsidir). "Dubay" sindromunun hökm sürdüyü bir vaxtda gənc qızların "hicab"a bürünməsi isə onların, asan ər tapmalarına kömək edə bilər. Yəni, "mən onlardan deyiləm ha". Cəmiyyətin dindara olan münasibəti ilə ateistə olan münasibəti arasındakı fərqi müşahidə etmək kifayətdir ki, gəncliyin (əslində komformist gəncliyin) dinə meyllənməsinin səbəbi aydın olsun!
Teleefirdə, ictimai məkanlarda belə "sübutlara" hər an rast gəlmək olur: məsələn, "mən hacı, kərbəlayi adamam, yalan danışmaq mənə yaraşmaz", yaxud, "filankəs təmiz, saf və düzgün adamdır, niyə, çunki o, hacıdır, imanlıdır, namazqılandır". Bu məntiqə görə, hacı olmayanın, namaz qılmayanın, imansızın natəmiz, yalançı, əliəyri olması daha gözləniləndir. Belə çıxır ki, əgər hacı "hacı" olmasaydı, yalan danışardı və bunu özünə rəva görərdi. Guya namaz qılmaq, oruc tutmaq, hədis bilmək, zəncir vurmaq, Həccə getmək, qısası, allaha inanmaq adamda mənəviyyatsızlığa və əxlaqsızlığa qarşı immunitet yaradır (sanki natəmizi, oğrunu, yalançını Həccə buraxmırlar. Unudulur ki, yolpulusu olmayanı həccə buraxmırlar). Bununla da din həm də natəmizlərin, oğruların, yalançıların cəmiyyətdə xoşagəlimli örtüsü rolunu oynayaraq, natəmizliyi, oğurluğu, yalanı ictimai qınaqdan mühafizə edir. Beləliklə, dini imiclə şəxsi əxlaqi keyfiyyətlər eyniləşdirilir, dinə inanmaq, dindar olmaq doğruluğun, əxlaqlılığın təkzibedilməz sübutu; ateizm, dinsizlik və yaxud dinə inanmamaq da əxlaqsızlıq, yalançılıq, fırıldaqçılıq kimi başa düşülür və təqdim edilir.

Mənəvi bazar

Sizcə, benzindoldurma məntəqəsində, yaxud bazarın içərisində məscidin olması nəyin göstəricisidir? Bu, yanacaqdoldurma məntəqəsinin, yaxud bazar sahibinin kamil "iman"ındanmı xəbər verir? Buna inanmaq sadəlövhlük olardı. Çünki inanc hər kəsin şəxsi seçimidir. İmanını reklam etmək benzinsatana və yaxud bazarkoma nə üçün gərəkdir? O ki bunu allaha bildirməlidir, bəs bizə niyə car çəkir? Nəyə əsasən düşünmək olar ki, burada ancaq daxili mənəvi ehtiyac, iman rol oynayır, heç bir maddi maraq güdülmür? Nə üçün kimlərsə benzinsatanın namaz əhli, hacı, kərbəlayi, məşədi olduğunu bilməlidir? Dini titulların bu şəkildə gözə soxulmasının arxasında nə durur? Bunda fərdin marağı nədir? Cavab sadədir: maraq baş alıb gedən qeyri-sağlam iqtisadi rəqabət, ticarət fırıldaqçılığından sığortalanmaqdır. Məqsəd müştərinin diqqətini çəkmək, yaxınlıqdakı rəqibinin müştərisini asan yolla şirnikləndirib özünə cəlb etməkdir. Yəni, "bu kişi hacıdır, imanlıdır, namazqılandır, o, yanacağa qatqar etməz, fırıldaq işlətməz, gəlin benzimizi burada dolduraq". Bəs görəsən, insanlar bu gümanda yanılmırlar ki? Fırıldaqçılar, halalla haramı qarışdıranlar əksər hallarda elə məhz bu kimi titullar arxasında gizlənənlər olmurmu? Praktika göstərir ki, həmişə iqtisadi tənəzzül, insanların sosial yaşayıs səviyyəsinin aşağı həddə olması dinin genişlənməsi, yayılmasıyla müşayiət edilir.
Burada bizim üçün başqa bir məsələyə də aydınlıq gəlir: deməli, yanacaqdoldurma stansiyasında və oxşar yerlərdə məscid, yaxud dükan-bazarın adının qabağına əlavə edilən "halal" epiteti bu adamlara həm də allahın qəzəbindən özlərini sığortalamaq məqsədi daşıyır. Axı onların özləri də çox yaxşı bilirlər ki, ən böyük oğru, ən böyük fırıldaqçı elə özləridir! Biz təbii ki, burada benzindoldurma stansiyasını və yaxud bazarı misal kimi veririk. Dindar imicinin dəbi ilə iş görənlər təkcə onlar deyil...

"Qırxıncı otaq" sindromu

Əslində Sovetlərin qatı antidin dövrünün özündən sonra qatı dinçi bir cəmiyyət buraxması anlaşılan və bəlkə də məntiqlidir. Məlumdur, insan psixologiyası elə qurulub ki, o, həmişə qadağan olana meyllənir. Qadağan edilən mübhəmlik, sirrlilik, əsrarəngizlik, əlçatmazlıq maraq doğurur. İnsan hər an gördüyünə, onun üçün əlçatan olana deyil, daha az gördüyü nəsnəyə meyllidir. Uşaqkən dinlədiyimiz nağıl qəhrəmanlarının onlara qoyulmuş qadağalara meyl göstərmələri yada düşür: "Otuz doqquz otaqdan ancaq qırxıncı otağı açmaq olmaz" ("Ax-vax" nağılı), yaxud, "süfrədəki bütün təamlardan dada bilərsən, amma bir şərtlə ki, bu qapalı siniyə toxunmaq olmaz" və s. Folklorumuzdakı bu nümunələrlə tanış olanlar bilir ki, bütün hallarda nağıl qəhrəmanları qoyulan qadağanı pozur, həm qırxıncı otağa daxil olur, həm də dözməyib örtülü sininin qapağını açır və bəlaya düşür!
Bundan başqa, keçmiş Sovet xalqlarının yaddaşındakı kommunizmlə bağlı təəssüratlar, totalitarizmə antipatiya, vahimə və xof onun qarşı çıxdığı hər bir şeyə - istər yaxşı, istərsə pis - kütlə şüurunda avtomatik simpatiya oyadır. Yəni, insanların düşüncələrində Sovetateizmibolşevizm-kommunizm-diktatura-təkfikirlilik-repress iya-ate izm kimi ardıcıl assosiasiyalarla qavranılır və sonrakı baxışlar da bu yöndə formalaşır. Deməli, bolşeviklər qəddar, qaniçən, ermənilərlə əlbir və bizə düşmən idilər, belə isə onların sevmədiyi, qadağan etdiyi hər şey eyni dərəcədə yaxşıdır. Bolşevizmə nifrət avtomatik olaraq dinə simpatiya yaradır. Müqayisə edək: iki eyni xalq, yarıya bölünmüş Azərbaycan. Kökü, dili, dünyagörüşü bir olan bu xalq az qala iki yüz ilə yaxın bir müddətdə iki fərqli sivilizasiyada, iki müxtəlif rejimin basqısı altında yaşayıb. Azərbaycanın Arazdan cənubunda teokratik rejim hansı şəkildə inkişaf edibsə, şimalında da liberallıq, xüsusilə də, Sovetlər dönəmində ateizm təbliğatı eynilə yayılıb. Və bu rejimlərin basqı altına aldığı insanların nəyə daha çox meylli olduğu üzdədir. Əgər molla rejimi çökərək onun söykəndiyi radikal islam qanunları, edamlar, şallaq, daşqalaq cəzaları bir günün işərisində aradan götürülərsə, heç şübhə yoxdur ki, orada dinə inanmayanların, daha dogrusu dinin əlindən cana yığılmışların sayı dindarların sayından əhəmiyyətli dərəcədə çox olacaq. Bunu İslamın edam və daşqalaq cəzalarının əlinin çatmadığı Avropaya gələn İran vətəndaşlarının mütləq əksəriyyətinin antidin, antiislam əhvallı olması da sübut edir (statistik məlumatlara görə, postkommunist Şərqi Avropada dindarların sayı liberal Qərbə nisbətən daha çoxdur).
Ötən əsrin əvvəllərində maarifçi elmin "din gerilikdir, din bəşəriyyəti orta əsr zülmətinə sürükləməkdir" çağırışları da sanki unudulub. Sanki tarixdə dərisi soyulan, diri-diri oda atılan elm insanları dinin fitvasıyla mühakimə edilməyiblər. Sanki Cordano Brunonu tonqalda yandıran, Qalileo Qalileyi canını labud ölümdən qurtarmaq üçün alçaldıcı tövbəyə məcbur edən, Nəsiminin diri-diri dərisini soymağa fitva verən nəsnə din olmayıb.
Din artıq demokratiya ilə, qadın haqları, insan hüquqları, fikir müxtəlifliyi ilə birgə təqdim edilir, sanki tikan məxmər mələfəyə bükülərək millətin başının altına yumşaq balış deyə, qoyulur. Sanki başımıza ipək örtüyə bükülmüş dəmir gürzlə zərbə endirilir.

Hacı alimlərimiz

Elmimiz niyə inkişaf etmir? Cavabını bilmək üçün yolunuzu Elmlər Akademiyasından salın. Alimlərimizin bəzəkli çərçivələrdə başlarının üstündən asdıqları "Nəzər duaları"na, "Ruzi duaları"na, "Fatihə"lərə və daha nələrə tamaşa edin. Əgər gəlişiniz orucluğa təsadüf edibsə, alimlərimizin çoxunu "ağzıoruclu" görərsiniz. Bir dəfə yaxın dostumun xahişiylə bir məsələylə bağlı AMEA-nın Kimya İnstitutuna getmişdim. Yanında olduğumuz üç "elm xadimi"nin otağında məhz həmin bu mənzərəni müşahidə etmişdim. İndi eşitdiyimə görə, alimlərimizin sırasında "iman" əhli olanların sayı əvvəlkindən də çoxdur. Əvvəllər kimyaçıların başlarının üstündən Mendeleyevin dövri sistem cədvəli, kimya elminə töhfə vermiş alimlərin portretləri asılarmış, alimlər isə oruc tutmaqla deyil, elmi araşdırmalarla məşğul olarmışlar. Çoxlarının bəyənməyib lənətlədiyi Sovet ateizminin gücü idi ki, əsrin əvvəllərində əhalisinin mütləq əksəriyyətinin adını da yaza bilmədiyi savadsızlar ölkəsi olan Azərbaycanda az müddət ərzində dünya səviyyəli onlarla alim yetişdirə bildi. Buyurub, indiki Akademiyamıza baxın. Hələ ki ateist Sovetlərdən qalma enerjini sərf edirik.
Dinin Akademiyamızda daha hansı "elmi xarüqələr" yaradacağını proqnozlaşdırmaq çətindir. Bəlkə də, vaxt gələcək artıq funksiyasını itirmək üzrə olan Akademiyanın yerində nəhəng bir məscid tikmək lazım gələcək. Kim bilir, bəlkə də alimlərimiz düz edirlər?!. Yaxşıymış din də, xurafat da, mövhumat da... Rədd olsun təhsil, rədd olsun maarifçi elm, rədd olsun intellektual tərəqqi! Yaşasın gerilik, yaşasın qaranlıq, yaşasın din!

P.S. Bizim məqalənin girişində qoyduğumuz sualları əslində Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ortaya qoymalı idilər və yaxud biz bu sualın cavabını onlardan soruşmalı idik. İndi görün, işin harasıdır ki, onların öz vəziyyətidüşündürücüdür.

Fəxrəddin Hacıbəyli
 

www.skype.azersayt.com

TagsTags: islam azerbaycan 
31 December, 196931 December, 1969 2 comments Bölməsiz Bölməsiz
IUYTRFDGHJKLJHGFDRTYUILIKJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBBJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJJ
TagsTags:  
31 December, 196931 December, 1969 1 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

Aydınlanma insanın çevrəsinə olan sayğılı münasibətin kültürə, davranışa dönüşməsidir. Camilərdə sürü-sürü namaz qılıb və ordan da çıxıb, sevişən köpəkləri, sevişmiş qadınları daş-qalaq edən dindarlar nə qədər Tanrı qatında sevimli insanlardır, əcəba?...

Finlandiyanın yazı və yayı gerçəkdən də tam bir gözəllik örnəyidir. Ormanlıqların dərinliklərinə qədər təkərlək (velosiped) yolları çəkilib. Yazın son günlərindən etibarən, artıq gün batmır. Təkərləyimlə mən də ormanlıqların dərinliklərini gəzirəm. İnsan özünü gerçək anlamda azad hiss edir. Şəhərdən çox uzaqlarda təkbaşına dolaşan bir yarıçılpaq qıza rastlanırsan. Günəş şüalarını yansıdan bəyaz dərisinin cazibəsinə dayana bilməyib bir söz söyləyə bilirsən. Əlində bir bardaq pivə varsa, "Xanım, bu pivəni bir yerdə içəkmi?" deyə bilirsən. O da dadlı təbəssümü ilə ya qəbul edəcək, ya da "vaxtım yoxdur"- deyib yoluna davam edəcək.
Kültürəl basqıların bitdiyi bir ölkə.
Ancaq burda da mutsuz olanlar var.
Şəhərin mərkəzindən təkərləyimin üstündə yavaş-yavaş keçirdim. Çoxu qızlardan ibarət bir qrup gəncin bələdiyyənin önündə aksiya keçirdiklərini gördüm. Təkərləyimdən enib nələr olduğunu öyrənmək istədim. İki dünya gözəli gənc qız gözlərindən yaş axa-axa mənə yaxınlaşırdı. "Lütfən, bizə dəstək verin, bəy!"-dedilər.
"Niyə ağlayırsınız, nə olub, sizə necə dəstək verə bilərəm?"-dedim.
- Dünən gecə gölün kənarında bir köpək ölüb. Bizlər "Heyvan Haqlarını Qoruma Dərnəyi" olaraq bələdiyyəyə etiraz edirik. Köpəklərə bu ölkədə çox sayğısız davranırlar. Köpəklərin haqlarını qorumaq üçün imza toplayırıq.
- Başımız sağ olsun, mən sizə dəstək verə bilərəm. İmza atım. Ancaq istərsiniz sizinlə bir yerdə bələdiyyənin önündə "köpəklərə diqqət!"- deyə bağıra da bilərəm.
- Çox sağ olun. Minnətdar olarıq.
Bələdiyyənin önündə etirazımızı bildirdik. Böyük bir sənəd imzalanmışdı. Vətəndaşların etiraz imzalarını toplayıb bələdiyyəyə verdilər.


Köpəklər üçün ağlayan qızların gözlərindəki sevgi içimi doldurmuşdu. Öz-özümə "Yaxşı ki, bu qızlar Finlandiyada yaşayırlar. Bizim tərəflərdə yaşasaydılar bədbəxt olardılar"- düşündüm. Bu millətin kültüründə nə "mərdimazarlıq" var, nə də "heyvanazarlıq". Bizim kültürümüzdə isə hər ikisi var.
Köpəklərin sevişdiyi zamanlar qucağımızı doldurub daşlarla köpəklərin qabırğalarına zolladığımız günlər yadıma düşürdü. Kültürümüz belə tələb edirdi. İndi də o şəkildədir. İnternetdə yazışdığım adamlardan soruşuram ki, yenə də köpəklər sevişdiklərində daş-qalaq edilirmi? Cavab yazırlar ki, hə, yenə də o şəkildə davam edir həyat, heç bir şey dəyişməyib, sadəcə əhalinin sayı artıb və təkcə sevişmiş qadınlar deyil, sevişmiş köpəklər də daş-qalaq olunurlar.
Bir tək köpəyin öldüyü üçün etiraz mitinqi keçirən fin gözəllərinin göz yaşları durur gözlərimin önündə. Onları aparıb, bizim kültürümüzdə sevişmə zamanı daş-qalaq olunan köpəkləri göstərsək, bəlkə də oradaca dəhşətdən ölə bilərlər. O zaman bizim insanlarımız nədən köpəklərin həyatına belə qəddarca yanaşırlar? Nədən seks həyatı bizim kültürümüzdə bu qədər yasaqlarla əhatə olunub? Heyvanlara belə, bu haqqı tanımır bizim "aydınlıq boğan" dəyərlərimiz.


Köpəklər klassik ədəbiyyatda vəfanın, sədaqətin rəmzidir. Füzuli də qəzəllərində vəfadarlığını, sədaqətini bildirmək üçün özünü köpəyə bənzədib. Gerçəkdən köpəklər çox vəfalı olurlar. Birinə bağlandıqlarında əsla qopmazlar. Sevgilərində dəyanətli, vüqarlı, dönməz olurlar. Yalları artanda qudurmurlar. Bəzi qadınlar, ya da erkəklər kimi əllərinə 5 qəpik para və ya bu kimi fürsət keçəndə sahiblərinə arxa çevirmirlər.
Finlandiyada yalnızlıq önəmli bir problemdir. Bu problemi də köpəklərin yardımı ilə çözüblər. Yaşlı adamlar vəfalı köpəkləri ilə ormanlıqlarda dolaşırlar. Onlarla rəqs edirlər.
İnsanlar köpəklərdən vəfa dərsi almalıdırlar. Bunu Füzuli kimi ulular söyləyib, ancaq hər növ "insan haqları"na, "heyvan haqları"na qapalı olan bizim "mədəniyyətimiz" bu söylənənlərə diqqət etməyib, etməməkdədir.
Kəndimizdə çobanlıq etdiyim zaman mənim də bir köpəyim var idi. Sarı köpək. Şəhərə köçdüyümüzdə buraxıb getmişdik. Kəndlilər deyirdilər ki, 1 ay damımızın üstünə çıxıb gözlərindən yaş axa-axa üzünü tutub getdiyimiz yola və ulayıb. Umidini kəsdikdən sonra gedib dağların arasındakı dərələrdə yox olub. Köpəklərdən vəfa dərsi almırıq biz şərqlilər. Düşünürəm ki, vəfasız qadınları və kişiləri qancığa, köpəyə bənzətmək itlərə böyük sayğısızlıqdır, itlərin vəfasını anlamamaqdır. Zatən Şərqin qaranlıq din kültürü nəyi doğru-dürüst anlamışdır ki? Səməd Mənsur insanlar arası münasibətlərin hamısının "rəng" olduğunu yazır. Köpəklərin vəfası rəng deyil, gerçəkdir. Kültürümüzdə köpəklərin haqqını qorumağa yer olduğunda qurtulmuşuq deməkdir.
Köpəklərə azadlıq!
Bu azadlıq çox uzun sürəli aydınlanmanı, çağdaşlaşmanı gərəkdirir. Aydınlanma insanın çevrəsinə olan sayğılı münasibətin kültürə, davranışa dönüşməsidir. Camilərdə sürü-sürü namaz qılıb və ordan da çıxıb, sevişən köpəkləri, sevişmiş qadınları daş-qalaq edən dindarlar nə qədər Tanrı qatında sevimli insanlardır, əcəba?

Güntay Gəncalp

www.skype.azersayt.com

31 December, 196931 December, 1969 1 comments qurtuluşumuz-İSLAM qurtuluşumuz-İSLAM

 

Rahmân ve rahîm Allah'ın adıyla...

Dinimizi en güzel şekilde yaşama ve onu başkalarına da anlatma hususunda Allah bize yeter. Dünyamızı mamur kılma, yeryüzünde Hakk'ın muradını gerçekleştirme ve bu yolda karşılaşacağımız her türlü musibete sabretme noktasında Allah bize yeter. Zihnimizi ve kalbimizi meşgul eden her meseleye karşı -iyilik ve ikram sahibi, yegâne kerim- Allah bize yeter. Taşkınlıkla üzerimize hücum edenlere karşı -bütün zalimlere hadlerini bildirme kudretine sahip bulunan- Allah bize yeter. Hakkımızda sinsi planlar hazırlayan ve akla hayale gelmez entrikalar çevirenlere karşı -cezalandırması da çok şiddetli olan- Allah bize yeter. Ölümün sıkıntılarına maruz kaldığımızda -kullarına hep hilm ile muamele eden- Allah bize yeter. Kabirde aşılması gereken bir akabe olan sorgu-sual esnasında -şefkati engin- Allah bize yeter. Kıyamet koptuktan sonra yeniden dirilme ve hayatın hesabını vermek üzere toplanma vaktinde -rahmeti sonsuz- Allah bize yeter. Amel defterlerinin uçuşup durduğu hesap hengamında ve herkesin yapıp ettiklerinin tartıldığı o dehşetli anda -çoğu zaman sürpriz ikramlarla kullarını sevindiren- Allah bize yeter.. ve Sırat'tan selametle geçip ebedî saadet yurduna girme mevzuunda -her vakit bütün mahlukâtın ihtiyacını görüp gözeten- Allah bize yeter. Rasûl-ü Ekrem'ine "Allah bana yeter. O'ndan başka mabud yoktur. Ben yalnız O'na dayanırım. Çünkü O, büyük Arş'ın, muazzam hükümranlığın sahibidir." (Tevbe, 9/129) diyerek Kendisine sığınmasını talim buyuran Allah dünyevî ve uhrevî her ihtiyacımıza karşı bize yeter.

TagsTags:  
31 December, 196931 December, 1969 1 comments Islam & Həqiqətlər Islam & Həqiqətlər

"Əhli-həq fərq etmədi məscidləri meyxanədən"

Ey qaranlıqlar sevənlər, əqli viraan eylədiz
Din ilə girdiz yola, haqsızca min qaan eylədiz
Doğrunu inkaar edib, Tanrıını nisyaan eylədiz
Qatil olmaqlıq yolun dini ilə asaan eylədiz...

Tərki-din etdim də mən umdum mədəd peymanədən
"Əhli-həq fərq etmədi məscidləri meyxanədən"

"Doğru" tək bir dində olmaz, olması mümkün deyil
"Doğru"nu tək dində axtarmaq da heç düzgün deyil
Başqa bir dinlə qiyasda bir inanc üstün deyil
Min can almış şeyx-ül islamlar nədən üzgün deyil?


Çünkü onlar cənnət uğrunda tökərlər qan həmən
"Əhli-həq fərq etmədi məscidləri meyxanədən"

Din əsir almışdır insan ruhunu etmiş örən
Dinin abaad etdiyi bir dünya vardırmı görən?
Harda aydınlıq göründü dinimiz boğdu həmən
Olmadı yanmış vətən fəryadına bir səs verən


Ey varıp imdad umanlar dəstə-dəstə, Kəəbədən
"Əhli-həq fərq etmədi məscidləri meyxanədən"

 


31.12.2009

Güntay Gəncalp

www.skype.azersayt.com

31 December, 196931 December, 1969 1 comments Elm Dini İslam Elm Dini İslam

 

 


Bu barədə İngiltərənin “Sandi Tayms” qəzeti yazıb.


Qəzetin xəbərinə görə, krallığın Bristol universitetinin alimləri hər bir insanın dünyaya gəldiyi zaman anadangəlmə Allaha imanla doğulduğunu müəyyən ediblər. “Sandi Tayms” alimlərin bu araşdırmasının ölkənin elmi və intellektual dairələrində maraqla qarşılandığını yazıb.

“Apardığımız tədqiqatlar nəticəsində körpənin təfəkküründə ali həqiqətə intuitiv imanın olduğunu öyrəndik”, - deyə araşdırma qrupunun rəhbəri professor Brüs Hud qeyd edib.

Xəbərdə bildirildiyinə görə, sözügedən yeni araşdırma iman amili olmadan nə “Homo Sapiens”in, nə də müasir cəmiyyətin formalaşmasının qeyri-mümkünlüyünü ortaya qoyub. Alimlər araşdırma nəticəsində belə qənaətə gəliblər ki, Allaha inanan insanlardan ibarət topluluqlar ədalətli, nizam-intizamlı, sağlam cəmiyyət və sosial münasibətlər qurmuş və belə cəmiyyətlərin ömrü digərləri ilə müqayisədə daha uzunmüdətli olmuşdur.

Mövzu ilə bağlı “İTAR-TASS” informasiya agentliyinin xəbərində məhz Allaha inanan insanların müasir mədəniyyətin əsasını qoyaraq, onun inkişafına impuls verdikləri, eləcə də Allaha inanmayan tayfaların özlərindən sonra heç bir iz qoymayaraq yox olub getdikləri qeyd edilib.

/İTAR-TASS/

 

 

TagsTags:  
31 December, 196931 December, 1969 1 comments Azerbaycan Azerbaycan

Nadanlığın, geriliyin, fırıldaqçılığın İslamla nə əlaqəsi var və İslam onlara qarşı hansı mövqedədir?

Təəssüflə bildirməliyəm ki, bu gün müsəlmanların geriliyinin və cahilliyinin ən böyük səbəbi elə islam özüdür. Nəyə görə? Bunun səbəblərini aşağıda açıqlayacam, amma ilk növbədə qeyd etmək istəyərdim ki, elmin, o cümlədən, insanların istər maddi, istərsə də mənəvi inkişafı ancaq sekulyarizm və demokratiya ilə təmin oluna bilər, dinlə deyil. Məhz bu iki amil Avropada XV-XVI əsrlərdə elm və incəsənətin çiçəklənməsinə (Renessansa) təkan verdi. O vaxta qədər Avropa Roman Katoliklərin dini doqmaları altında inildəyirdi....

Onlarla elm adamları və azad düşüncəli insanlar bir qrup din fanatının əlində həyatlarını itirdilər. Məhz bu insanların fədakarlığı hesabına Avropa onu yüz illərlə inkişafdan və qaranlıq mağarada saxlayan dini doqmatizmdən xilas oldu və onu işıqlı aləmə çıxaran elmin qulpundan yapışıb indiyə qədər də inkişaf etməkdə davam edir. Hətta bu günün özündə belə, elmin və texnologiyanın inkişaf etdiyi bir vaxtda, dini özlərinin dövlət konstitusiyası edən dövlətlər, digər dövlətlərlə müqayisədə elmin bütün sahələrində geri qalırlar. T